Məhkəmə qərarları › İş №e-2(041)-1548/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1548/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1548/2025 14.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli BPM**********89 saylı istehlak kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3,061.55 manat əsas borc və 408.33 manat faiz borcu olmaqla, cəmi 3,469.89 manat və xx.xx.2024-cü il tarixli BPM**********89 saylı istehlak kredit müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən kart kredit limiti üzrə 470.22 manat əsas borc və 86.22 manat faiz borcu olmaqla, cəmi 556.44 manat məbləğində kredit borcunun, ödənilmiş 60.27 (altmış manat 27 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1. ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2. cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə mülki işi sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) gün iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC-nin Kürdəmir filialı iləCavabdeharasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********89 saylı istehlak kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 20.9 faiz olmaqla 3400 manat məbləğində nağd kredit və xx.xx.2024-cü il tarixli BPM**********89 saylı istehlak kredit müqaviləsinə(Tam Kart vasitəsilə) əsasən Cavabdeh 35 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart kredit limiti verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İstehlak krediti müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 6-2-22/2-18116/2025 nömrəli, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Hazırda cavabdehin "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə xx.xx.2024-cü il tarixli BPM**********89 saylı istehlak kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3,061.55 manat əsas borc və 408.33 manat faiz borcu olmaqla, cəmi 3,469.89 manat və xx.xx.2024-cü il tarixli BPM**********89 saylı istehlak kredit müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən kart kredit limiti üzrə 470.22 manat əsas borc və 86.22 manat faiz borcu olmaqla, cəmi 556.44 manat məbləğində borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 60.27 AZNdövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İş materiallarına əlavə edilmiş; - "xxxx" ASC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********89 saylı istehlak kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 20.9 faiz olmaqla 3400 manat məbləğində nağd kredit; - xx.xx.2024-cü il tarixli BPM**********89 saylı istehlak kredit müqaviləsinə(Tam Kart vasitəsilə) əsasən Cavabdeh 35 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart kredit limiti verilmişdir. - iddiaçı "xxxx" ASC -nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdə borc məbləğinin 5 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh banka 3061.55 manat əsas, 408.33 manat faiz olmaqla, cəmi 3469.89 manat borcu, xx.xx.2024-cü il tarixli, BPM**********89 saylı istehlak kredit müqaviləsi üzrə 470.22 manat əsas, 86.22 manat faiz olmaqla cəmi 556.44 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. - 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. - 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh baş vermiş xətadan suiistifadə edərək hüquqi əsas olmadan vəsait əldə etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı həmin vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli BPM**********89 saylı istehlak kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3,061.55 manat əsas borc və 408.33 manat faiz borcu olmaqla, cəmi 3,469.89 manat; xx.xx.2024-cü il tarixli BPM**********89 saylı istehlak kredit müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən kart kredit limiti üzrə 470.22 manat əsas borc və 86.22 manat faiz borcu olmaqla, cəmi 556.44 manat kredit borcu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı 60.27 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu və xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Borclu Cavabdeh xx.xx.2024-cü il tarixli BPM**********89 saylı istehlak kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3061.55 manat əsas borc və 408.33 manat faiz borcu olmaqla, cəmi 3,469.89 (üç min dörd yüz altmış doqquz manat 89 qəpik) manat; xx.xx.2024-cü il tarixli BPM**********89 saylı istehlak kredit müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən kart kredit limiti üzrə 470.22 manat əsas borc və 86.22 manat faiz borcu olmaqla, cəmi 556.44 (beş yüz əlli altı manat 44 qəpik) manat kredit borcu və ödənilmiş 60.27 (altmış manat 27 qəpik) manat dövlət rüsumu və 0.40 (40 qəpik) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 4087 (dörd min səksən yeddi) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar