Məhkəmə qərarları › İş №e-2(041)-159/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-159/2024

25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-159/2024 25.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh iştirakı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasənda geri qaytarılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən işıqforun və ya nizamlayıcının işarələrinə riayət edilməmiş və nəticədə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveko Srealis markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP-2168971 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığorta ** JH *** dövlət qeydiyyat nişanlı İveko Srealis markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC yə zərərçəkən müraciət etmişdir.Sığortalı ** JH *** dövlət qeydiyyat nişanlı İveko Srealis markalı avtonəqliyyat vasitəsinin zərəri qiymətləndirilmiş, xx.xx.2018-ci il tarixli zərər aktına əsasən 5474.09 manat (835.03 ƏDV+ 4609.06 manat təmir bərpa xərcləri olmaqla) məbləğində sğorta ödənişi avtobusun təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixində 5474.09 manat məbləğində sğorta ödənişinin subroqasiya hüququ əsasənda geri qaytarılması barədə məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Həmin məbləğ Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Ona görə də Cavabdeh 5474.09 manat məbləğində vəsaitin, 74.74 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" ASC-nə lazımi qaydada məlumat verilmiş, "xxxx" ASC etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərib iddia tələbini müdafiə etdiklərini bildirib, mülki işə onların iştirakı olmadan baxılmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə "xxxx" ASC nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, xx.xx.2018-ci il tarixdə saat 11 radələrində ofisant işlədiyi çay evindən işdən çıxıb evə getmək üçün Təbriz küçəsinə doğru hərəkət etmişdir. Kontur almaq üçün yolun kənarında olan mağazaya girmək üçün yolu keçmək üçün yolun hərəkət hissəsinə daxil olmuşdlur. Həmin vaxt sol tərəfdən gələn sərnişin avtobusu onu vurub yerə yıxmışdır. Yol-nəqliyyat hadisəsindən 6 il keçəndən sonra iddiaçı "xxxx" ASC ondan əsassız olaraq 5474,09 manat məbləğində pul tələb edir. O, İİ qrup əlil olmaqla, həmin məbləğdə pulu ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxcarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli Sığorta aktının surətindən görünür ki, "xxxx" MMC-yə məxsus İveco CREALİS ** JH *** dövlət qeydiyyat nişanlı avtomobil 267020,92 manat məbləğində sığortalanmışdır. Həmin Sığorta aktının C Dəymiş maddi zərər və sığorta ödənişi bölməsində zərərin məbləği 5474,09 manat müəyyən edilmiş və həmin məbləğ "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 1162 nömrəli zərər aktının surətindən görünür ki, İveko Srealis markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə 5474,09 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, TP ******* nömrəli İnzibati Xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə işıqforun və ya nizamlayıcının işarələrinə riayət etmədiyinə görə barəsində 20 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edtilmişdir. İş materiallarına əlavə edilmiş və "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2021-ci il tarixli, 4857/L nömrəli məktubdan görünür ki, ona subroqasiya hüququna əsasən 5474,09 manat məbləğində vəsaitin 15 qəqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2018ci il tarixdə Cavabdeh tərəfindən işıqforun və ya nizamlayıcının işarələrinə riayət edilməmiş və nəticədə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveko Srealis markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP-2168971 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığorta ** JH *** dövlət qeydiyyat nişanlı İveko Srealis markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC yə zərərçəkən müraciət etmişdir.Sığortalı ** JH *** dövlət qeydiyyat nişanlı İveko Srealis markalı avtonəqliyyat vasitəsinin zərəri qiymətləndirilmiş, xx.xx.2018-ci il tarixli zərər aktına əsasən 5474.09 manat (835.03 ƏDV+ 4609.06 manat təmir bərpa xərcləri olmaqla) məbləğində sğorta ödənişi avtobusun təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixində 5474.09 manat məbləğində sğorta ödənişinin subroqasiya hüququ əsasənda geri qaytarılması barədə məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Həmin məbləğ Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrəsığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarında göründüyü kimi Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 5474,09 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürüldüyündən "xxxx" ASC həmin məbləğdə pulu Cavabdeh tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikd) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlıfəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmişfiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ il əvə ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnı tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 5474,09 manat, 74,74 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti xərci tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 5474,09 manat, 74,74 manat ödəniilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti xərci tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar