Məhkəmə qərarları › İş №e-2(041)-1634/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1634/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1634/2024 03.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədirliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı “borc tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6374.76 manat məbləğində əsas borcun, 638.72 manat məbləğində faiz borcunun, 218.70 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu, cəmi 7232.18 manat borcun və 92.33 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********22 müqaviləyə əsasən cavabdehə illik 26% faizlə 60 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, məsələnin məhkəmədən kənar həll edilməsi üçün görülən tədbirlərə baxmayaraq cavabdeh borcun qaytarılması üçün heç bir tədbir görməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə cəmi 7232.18 manat borcu mövcuddur. Bununla da borclu Cavabdeh1 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icra etməlidir. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh1 Sovqat oğlunun cavabdehlər siyahısından çıxarılması, Cavabdeh2 6374.76 manat məbləğində əsas borcun, 638.72 manat məbləğində faiz borcunun, 218.70 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu, cəmi 7232.18 manat borcun və 92.33 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, təqdim etdikləri mümkün və mötəbər sübutlar əsasında iddia tələblərinin tam təmin olunması üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC (bank) ilə Cavabdeh2 (borclu) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış BPM**********22 saylı kredit müqaviləsinə əsasən bank 60 ay müddətinə illik 26% olmaq şərti ilə 14500 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixli, kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 6374.76 manat əsas, 638.72 manat faiz, 218.70 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 7232.18 manat borcu qalmışdır. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 60 ay müddətinə illik 26% faiz olunmaqla 14500 manat məbləğində kredit verilmiş və bununla bağlı Cavabdeh2 ilə "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli, kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtinə əsasən, Cavabdeh2 xx.xx.2018-ci il tarixinə kredit müqaviləsi üzrə borcun məbləği 6374.76 manat əsas, 638.72 manat faiz, 218.70 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 7232.18 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh2 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında sübut olunur ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə onun banka 6374.76 manat əsas, 638.72 manat faiz, 218.70 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 7232.18 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh2 6374.76 manat əsas, 638.72 manat faiz, 218.70 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 7232.18 manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia üzrə xidmət haqqı (qırx qəpik) daxil olmaqla 92.73 manat dövlət rüsumu ödəmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh2 6374.76 manat əsas, 638.72 manat faiz, 218.70 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 7232.18 (yeddi min iki yüz otuz iki manat on səkkiz qəpik) və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 92.73 (doxsan iki manat yetmiş üç qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar