Məhkəmə qərarları › İş №e-2(041)-1690/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1690/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1690/2025 01.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli KRLMB-13640 saylı kredit müqaviləsi üzrə kreditə görə 1666,26 manat əsas, faiz borcuna görə 148,7 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 1814,96 manat pul və dövlət rüsumu kimi ödənilmiş 39,4 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, 1. Boyunbağı kolye -1 ədəd, çəkisi – 9,6 qr, əyarı – 583, 2. Sırğa halqalı burma -1 ədəd, çəkisi – 5 qr, əyarı – 583, 3. Sırğa rəngli daş -1 ədəd, çəkisi – 6 qr, əyarı – 583, 4. Qolbaq zəncir -1 ədəd, çəkisi – 2,2 qr, əyarı – 583, 5. Nişan üzüyü -1 ədəd, çəkisi – 5,2 qr, əyarı – 583, cəmi: 28 qr. Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2024-cü il tarixli KRLMB-13640 saylı kredit müqaviləsi üzrə 1666,26 manat əsas, faiz borcuna görə 148,7 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 1814,96 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 39,4 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024-cü il tarixli KRLMB-13640 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Kürdəmir” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli KRLMB13640 saylı kredit müqaviləsinə əsasən illik 28 % dərəcəsi olmaqla 24 ay müddətinə 2085 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4. bəndləri). xx.xx.2024-cü il tarixli KRLMB-13640 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli KRLMB-13640 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1666,26 manat əsas, faiz borcuna görə 148,7 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 1814,96 manat təşkil edir. xx.xx.2024cü il tarixli KRLMB-13640 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli KRLMB-13640 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Kürdəmir” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: 1. Boyunbağı kolye -1 ədəd, çəkisi – 9,6 qr, əyarı – 583, 2. Sırğa halqalı burma -1 ədəd, çəkisi – 5 qr, əyarı – 583, 3. Sırğa rəngli daş -1 ədəd, çəkisi – 6 qr, əyarı – 583, 4. Qolbaq zəncir -1 ədəd, çəkisi – 2,2 qr, əyarı – 583, 5. Nişan üzüyü -1 ədəd, çəkisi – 5,2 qr, əyarı – 583 cəmi: 28 qr-dır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, KRLMB-13640 saylı kredit müqaviləsinə əsasən, illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 2085 manat məbləğində cavabdehə kredit vermiş, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, RB-02/PK-2739 saylı maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, KRLMB-13640 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinədək 1666.26 manat məbləğində əsas borc, 148.70 manat məbləğində faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 1814.96 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2024-cü il tarixli KRLMB- 13640 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları İddiaçı ASC-nin “Kürdəmir” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: 1. Boyunbağı kolye -1 ədəd, çəkisi – 9,6 qr, əyarı – 583, 2. Sırğa halqalı burma -1 ədəd, çəkisi – 5 qr, əyarı – 583, 3. Sırğa rəngli daş -1 ədəd, çəkisi – 6 qr, əyarı – 583, 4. Qolbaq zəncir -1 ədəd, çəkisi – 2,2 qr, əyarı – 583, 5. Nişan üzüyü -1 ədəd, çəkisi – 5,2 qr, əyarı – 583, cəmi: 28 qr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, KRLMB-13640 saylı kredit müqaviləsi üzrə 1666.26 manat məbləğində əsas borc, 148.70 manat məbləğində faiz borcu olmaqla, cəmi 1814.96 manat və ödənilmiş dövlət rüsumu əvəzi olan 39.40 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına: 1. Boyunbağı kolye -1 ədəd, çəkisi – 9,6 qr, əyarı – 583, 2. Sırğa halqalı burma -1 ədəd, çəkisi – 5 qr, əyarı – 583, 3. Sırğa rəngli daş -1 ədəd, çəkisi – 6 qr, əyarı – 583, 4. Qolbaq zəncir -1 ədəd, çəkisi – 2,2 qr, əyarı – 583, 5. Nişan üzüyü -1 ədəd, çəkisi – 5,2 qr, əyarı – 583, cəmi: 28 qr yönəldilməli, həmin əmlaklar hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2024-cü il tarixli KRLMB-13640 saylı kredit müqaviləsinə əsasən 1666.26 manat əsas borc və 148.70 manat faiz borcu olmaqla, cəmi 1814.96 manat pul və dövlət rüsumu kimi ödənilmiş 39.40 manat məbləğində pulun ödənilməsinə yönəldilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia girov predmetinin hərracda satışından əldə edilən vəsaitin borcun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğin cavabdehin digər əmlakına yönəldilməsi hissəsində təmin edilə bilməz. Belə ki, qətnamədə cavabdehdən tutulmalı ümumi məbləğ göstərildiyindən əlavə olaraq girov predmetlərinin satışından əldə edilmiş vəsaitin borcun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğin cavabdehin digər əmlakına yönəldilməsinin qeyd edilməsinə heç bir əsas yoxdur. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia üzrə 39.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, KRLMB-13640 saylı kredit müqaviləsi üzrə 1666.26 manat əsas borc, 148.70 manat faiz borcu olmaqla, cəmi 1814.96 (min səkkiz yüz on dörd manat doxsan altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 39.40 (otuz doqquz manat qırx qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına-1. Boyunbağı kolye -1 ədəd, çəkisi – 9,6 qr, əyarı – 583, 2. Sırğa halqalı burma -1 ədəd, çəkisi – 5 qr, əyarı – 583, 3. Sırğa rəngli daş -1 ədəd, çəkisi – 6 qr, əyarı – 583, 4. Qolbaq zəncir -1 ədəd, çəkisi – 2,2 qr, əyarı – 583, 5. Nişan üzüyü -1 ədəd, çəkisi – 5,2 qr, əyarı – 583, cəmi: 28 qr yönəldilsin. Həmin əmlaklar hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2024-cü il tarixli KRLMB-13640 saylı kredit müqaviləsinə əsasən 1666.26 manat əsas borc, 148.70 manat faiz borcu olmaqla, cəmi 1814.96 (min səkkiz yüz on dörd manat doxsan altı qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 39.40 manat məbləğində pulun ödənilməsinə yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar