Məhkəmə qərarları › İş №e-2(041)-1732/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1732/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1732/2023 22.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Şıxaliyev Təhsin Xankişi oğlunun və Cavabdeh4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Şıxaliyev Təhsin Xankişi oğluna, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin Kürdəmir filialı ilə cavabdeh Şıxaliyev Təhsin Xankişi oğlu arasında bağlanmış xx.xx.2023cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsinə əsasən illik 23 % dərəcəsi olmaqla 24 ay müddətinə 13000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-nin Kürdəmir filialı ilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx.xx.2023-cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Şıxaliyev Təhsin Xankişi oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayn 18-dən gec olmayaraq hər ay 680,86 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh Şıxaliyev Təhsin Xankişi oğlunun xx.xx.2023cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 10756,42 manat, faiz borcuna görə 687 manat, dəbbə borcuna görə 82.2 manat, borcun cəmi məbləği 11525.62 manat təşkil edir. Ona görə də cavabdehlər Şıxaliyev Təhsin Xankişi oğlundan, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2023-cü il tarixli, KRFS- 12886 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 10756,42 manat, faiz borcuna görə 687 manat, dəbbə borcuna görə 82.2 manat, borcun cəmi məbləği 11525.62 manat məbləğində pulun və 124.58 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC-yə lazımi qaydada məlumat verilmiş, İddiaçı ASC-nin baş hüquqşünası Əbilfəz Zeynallı məhkəməyə ərizə göndərib mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmirdir. Məhkəmə iclasında cavabdeh Şıxaliyev Təhsin Xankişi oğlu iddia tələbini qəbul edərək göstərdi ki, İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit götürmüşdür. Ona kredit verilərkən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə Bank arasında xx.xx.2023-cü il tarixli, KRFS-12886 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bakdan krediti götürəndən sonra əsas borcundan bir qədər banka ödəmiş, lakin sonradan maddi imkanı olmadığınqa görə ödəniş edə bilməmişdir. Yaxın vaxt ərzində Banka olan kredit borcunu ödəyəcəyini bildirib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul edərək göstərdi ki, İddiaçı ASC ilə Şıxaliyev Təhsin Xankişi oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsinə əsasən Təhsin Şıxaliyev İddiaçı ASC-dən 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit götürmüşdür. Şıxaliyev Təhsin Xankişi oğluna kredit verilərkən onun və Cavabdeh1, Cavabdeh3 ilə Bank arasında xx.xx.2023-cü il tarixli, KRFS-12886 saylı zaminlik müqaviləsi bağlanmışdır. Şıxaliyev X2 krediti götürəndən sonra əsas borcundan bir qədər banka ödəmiş, lakin sonradan maddi imkanı olmadığınqa görə ödəniş edə bilməmişdir. Onun da maddi imkanı olmadığına görə zamin durduğu Şıxaliyev Təhsin Xankişi oğlunun banka olan borcunu ödəyə bilməmişdir. Yaxın vaxt ərzində Banka olan kredit borclarını ödəyəcəklərini bildirib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən təkrar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Şıxaliyev Təhsin Xankişi oğluna 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, KRFS-12886 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Şıxaliyev Təhsin Xankişi oğlunun İddiaçı ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli, RB-02/PK-3883 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Şıxaliyev Təhsin Xankişi oğlunun xx.xx.2023-cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 10756,42 manat əsas, 687 manat faiz, 82.2 manat dəbbə, cəmi 11525.62 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-i tərəfindən Şıxaliyev Təhsin Xankişi oğluna, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 göndərilmiş xx.xx.2023-ci il tarixli bildirişlərdən görünür ki, onlara banka olan kredit borcunu ödəməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, banka olan kredit borcunu ödəməmişdir. Məhkəmə cavabdehlər T.X.Şıxaliyevin və Cavabdeh4 izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Kürdəmir filialı ilə cavabdeh Şıxaliyev Təhsin Xankişi oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsinə əsasən illik 23 % dərəcəsi olmaqla 24 ay müddətinə 13000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-nin Kürdəmir filialı ilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx.xx.2023-cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Şıxaliyev Təhsin Xankişi oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayn 18-dən gec olmayaraq hər ay 680,86 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh Şıxaliyev Təhsin Xankişi oğlunun xx.xx.2023cü il tarixli, KRFS-12886 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 10756,42 manat, faiz borcuna görə 687 manat, dəbbə borcuna görə 82.2 manat, borcun cəmi məbləği 11525.62 manat manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməklə cavabdehlər Şıxaliyev Təhsin Xankişi oğlundan, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10756,42 manat əsas, 687 manat faiz, 82.2 manat dəbbə, cəmi 11525.62 manat və dövlət rüsumuna görə ödənilmiş 124,58 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Şıxaliyev Təhsin Xankişi oğlundan, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10756,42 manat əsas, 687 manat faiz, 82.2 manat dəbbə, cəmi 11525.62 manat və dövlət rüsumuna görə ödənilmiş 124,58 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar