Məhkəmə qərarları › İş №e-2(041)-1781/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1781/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1781/2024 07.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 017A********** saylı kredit razılaşması üzrə 9570.26 manat məbləğində kredit borcu, 1744.84 manat məbləğində faiz borcu və 644.53 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11959.63 manat, xx.xx.2022-ci il tarixli 017A********** saylı kart kredit müqaviləsi üzrə 1999.80 manat məbləğində kredit borcu, 151.52 manat məbləğində faiz borcu və 144.28 manat məbləğində cərimə olmaqla cəmi 2295.60 manat, 2 kredit razılaşma üzrə ümumilikdə cəmi 14255.23 manat məbləğində borcun və ödənilmiş 132.77 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 017A********** saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.5% faiz olmaqla 13000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan ödəniş etməmiş onun 9570.26 manat məbləğində kredit borcu qalmış, faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 423 gün hesablanmış faiz borcu 1744.84 manat təşkil edir. Həmçinin 017A********** saylı kart kredit müqaviləsi üzrə götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 1000 manat məbləğində kredit borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 017A********** saylı kredit müqaviləsindən görünür ki, "xxxx" QSC tərəfindən 36 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. Bundan başqa Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 017A********** saylı kart kredit müqaviləsinə əsasən faiz 2% olmaqla 36 ay müddətinə 2000 manat məbləğində kredit götürmüşdür. İşin materiallarında olan arayışdan görünür ki, cavabdehin qeyd edilən müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 9570.26 manat əsas borcu, 1744.84 manat faiz borcu, 644.53 manat cərimə borcu olmaqla ümumilikdə 11959.63 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan arayışdan görünür ki, cavabdehin qeyd edilən müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 1999.80 manat əsas borcu, 151.52 manat faiz borcu, 144.28 manat cərimə borcu olmaqla ümumilikdə 2295.60 manat məbləğində kart kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarına eyni zamanda, borcun ödənilməsi barədə məlumat və digər sənədlərin surətləri əlavə edilmişdir. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə araşadırmaları zamanı müəyyən edildi ki, Cavabdeh 36 ay müddətinə 13000 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh götürdüyü 13000 manat krediti 36 ay müddətinə aylıq 1.5% faiz nəğd pulla ödəməli olduğu halda ödəməmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Hazırda cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli 017A********** saylı kredit müqaviləsi üzrə 9570.26 manat məbləğində kredit borcu, 1744.84 manat məbləğində faiz borcu və 644.53 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11959.63 manat və kart kredit müqaviləsi üzrə 1999.80 manat məbləğində kredit borcu, 151.52 manat məbləğində faiz borcu və 144.28 manat məbləğində cərimə olmaqla cəmi 2295.60 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit kredit müqaviləsi adlandıılır. Müstəqil peşə fəaliyyəti şəklində borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməıməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələ üzrə cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün xx.xx.2022-ci il tarixli 017A********** saylı kredit razılaşması üzrə 9570.26 manat əsas borcu, 1744.84 manat faiz borcu, 644.53 manat cərimə borcu olmaqla cəmi 11959.63 manat və kart kredit müqaviləsi üzrə 1999.80 manat məbləğində kredit borcu, 151.52 manat məbləğində faiz borcu və 144.28 manat məbləğində cərimə olmaqla cəmi 2295.60 manat ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 63 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 132.77 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" QSC-nin xeyrinə 9570.26 manat əsas borcu, 1744.84 manat faiz borcu, 644.53 manat cərimə borcu olmaqla ümumilikdə 11959.63 manat və kart kredit müqaviləsi üzrə 1999.80 manat məbləğində kredit borcu, 151.52 manat məbləğində faiz borcu və 144.28 manat məbləğində cərimə olmaqla cəmi 2295.60 manat məbləğində kredit borcu və 132.77 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" QSC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 017A********** saylı kredit razılaşması üzrə 9570.26 manat əsas borcu, 1744.84 manat faiz borcu, 644.53 manat cərimə borcu olmaqla ümumilikdə 11959.63 (on min doqquz yüz əlli doqquz manat altmış üç qəpik) manat və kart kredit müqaviləsi üzrə 1999.80 manat məbləğində kredit borcu, 151.52 manat məbləğində faiz borcu, 144.28 manat məbləğində cərimə olmaqla cəmi 2295.60 (iki min iki yüz doxsan beş manat altmış qəpik) manat, ümumilikdə 14255,23 (on dörd min iki yüz əlli beş manat iyirmi üç qəpik) manat məbləğində borc və 132.77 (yüz otuz iki manat 77 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: R.B.Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar