Məhkəmə qərarları › İş №e-2(041)-1844/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1844/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1844/2024 12.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xalıq Xalıq oğlunun sədrliyi, X4 Şirvan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin etibarnamə ürə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əsasən ödənilməmiş 120000 (bir yüz iyirmi min) manat mbləğində borc və 410 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 120410 (bir yüz iyirmi min dörd yüz on) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X8 arasında bağlamış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə,yəni xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 120000 manat məbləğində borc pul vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri,11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq edilmiş və reystrdə 3M-1583 nömrə ilə qeyd edilmişdir. Kredit müqaviləsi üzrə borc məbləği 120000 manat cavabdehin notariusun depozit hesabına qoyulmaqla verilmiş və sonuncu qəbzi imzalamaqla həmin məbləği notariusun depozit hesabından götürmüşdür. Tərəflər arasında bağlanmış 21.110.2019-cu il tarixli kredit müqaviləsinin 2-ci bəndinə əsasən “Borc alan” krediti xx/xx/2021-ci il tarixədək “Borc verən”əqaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc olaraq aldığı 120000 manat məbləğində pulu bugünədək iddiaçıya qaytarmamışdır. Cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaya dair etirazda Cavabdeh göstərmişdir ki, “X1 cinayət işində İddiaçı zərərçəkmiş şəxslərdən biri olmuş, 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən X1 İddiaçı 50.000 ABŞ dolları, yəni 85.000 manat borcu olmuş, həmin məbləği qardaşı tərəfindən borc olaraq 2014-cü ildə almışdır. Ona yüngül cəza təyin olunması və bunun üçün barışıq ərizəsinin alınmasından ötrü qardaşı ilə İddiaçı borc məbləğinin ödənilməsi ilə bağlı razılığa gəlmiş, həmin razılaşmaya uyğun olaraq və qardaşının göstərişinə əsasən qeyd edilən kredit müqaviləsini imzalamışdır. Həmin vaxta kimi o, nə Firidunu tanımamış, nədə ki qeyd oluan tarixdə, nə də sonradan ondan hər-hansı bir pul məblği almamışdır. Həmin gün əməliyyat tam formal olaraq həyata keçirilmişdir. Belə ki, X2 vasitəçilii ilə həmin pul məbləği yəni 85.000 manat şahidlərin iştirakı ilə yaxınlıqdakı Exchangendən gətirilmiş və formal müqavilə bağlanmış, həmin gün də də İddiaçı tərəfindən barışıq ərizəsi yazılaraq notarius tərəfindən təsdiq edilmişdir. Bu əməliyyata görə isə həmin vaxtı ondan 2000 manat məbləğində pul da alınmışdır. Hazırki iddia üzrə ondan 120.000 manat məbləğində pul tələb olunur, halbuki qardaşının borcu 50.000 ABŞ dolları, 2019-cu ilin kursu ilə 85.000 manat olmuşdur və o, da qardaşının təklifi ilə buna razılaşmışdlr.Yəni həmin pul məbləğinin ona heç bir aidiyyəti yoxdur. Aralarında olan razılaşmaya görə isə həmin pul məbləğini Aqil həbsdən çıxdıqdan sonra özü Firudinə qaytarmalı idi. Göründüyü kimi aralarındakı kredit müqviləsi Firudin və qardaşı Aqil arasında razılaşmaya uyğun olaraq barışıq ərizəsinin alınmasına görə bağlanmışdır. Burada əsas niyyət kredit müqaviləsinin bağlanması yox, X5 yüngül cəza almağı, daha sonra isə cəzasını çəkib qurtardıqdan sonra İddiaçı olan borcunu ödəməyi idi”. Cavabdehin dəlilləri əsassızdır ona görə ki, iddiaçının həmin cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınması “X14” MMC-nin ona verdiyi, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 125 kv.m olan qeyri-yaşayış sahəsinə digər şəxslərin də iddia etməsi olmuşdur. Cinayət işinə 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı halda, iddiaçının Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 125 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə cavabdeh “X14” MMC-yə qarşı iddiası Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi təmin edildiyindən İddiaçı X6 qarşı heç bir tələbi və şikayəti olmamış, bu hal cinayət işi üzrə olan ittiham aktında və məhkəmənin hökmündə də öz tədiqini tapmışdır. Digər tərəfdən, cavabdehin aldığı pulu qaytarmamaq üçün düşündüyü bəhanələrin iddiaçıya münasibətdə heç bir əsası yoxdur. Ola bilər ki, cavabdeh aldığı borcu digər zərərçəkmiş şəxslərə qaytarmaqla qardaşının məsuliyyətini yüngülləşdirmək istəmişdir. Bundan əlavə, əgər cavabdeh bu müqaviləni qardaşının xahişi ilə bağlamışdırsa və müqavilədə göstərilən məbləği almamışdırsa onda, iddiaçının həmin borcu tələb etdiyi halda borcunu yaxın vaxtlarda qaytaracağını bildirmiş və şəxsi istifadəsində olan avtomobilini borcundan çıxmaqla iddiaçıya təklif etmişdir. Cavabdehin irəli sürdüyü dəlillərin heç bir əsası yoxdur, bu yolla borcunu ödəməkdən yayınmaq niyyəti daşıyır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, qardaşı X9 Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinmiş və onun barəsində 2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılmış, həmin cinayət işi üzrə İddiaçı da zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən X1 İddiaçı 50.000 ABŞ dolları, yəni 85.000 manat borcu olmuşdur. Həmin məbləği qardaşı tərəfindən borc olaraq 2014-cü ildə almışdır. Ona yüngül cəza təyin olunması və buun üçün barışıq ərizəsinin alınmasından ötrü qardaşı ilə İddiaçı borc məbləğinin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Həmin razılaşmaya uyğun olaraq və qardaşının göstərişinə əsasən hazrki kredit müqaviləsinə qol çəkmişdir. Həmin vaxta kimi Firidunu tanımamış, ondan hər-hansı bir pul məblği almamışdır. Həmin gün əməliyyat tam formal oalraq həyata keçirilmişdir. Belə ki, X2 vasitəçiliyi ilə həmin pul məbləği yəni 85.000 manat şahidlərin iştirakı ilə yaxınlıqdakı Exchangendən gətirilmiş və formal müqavilə bağlanmış, həmin gündə də İddiaçı tərəfindən barışıq ərizəsi yazılaraq notarius tərəfindən təsdiq edilmişdir. Bu əməliyyata görə isə həmin vaxtı ondan 2.000 manat məbləğində pul da alınmışdır. Hazırki iddia üzrə ondan 120.000 manat məbləğində pul tələb olunur, hansı əsasla bəlli deyil. Halbuki qardaşının borcu 50.000 ABŞ dolları, 2 019-cu ilin kursu ilə 85.000 manat olmuşdur və o, da qardaşının təklifi ilə buna razılaşmışdlr. Yəni həmin pul məbləğinin ona heç bir aidiyyəti yoxdur. Aralarında olan razılaşmaya görə isə həmin pul məbləğini Aqil həbsdən çıxdıqdan sonra özü Firudinə qaytarmalı idi. Göründüyü kimi aralarındakı kredit müqviləsi Firudin və qardaşı Aqil arasında razılaşmaya uyğun olaraq barışıq ərizəsinin alınmasına görə bağlanmışdır. Burada əsas niyyət kredit müqaviləsinin bağlanması yox, X5 yüngül cəza almağı, daha sonra isə cəzasını çəkib qurtardıqdan sonra İddiaçı olan borcunu ödəməyi idi. Kredit müqaviləsi sadəcə formal olaraq bağlanmışdır. Hesab edir ki, onlar arasında bağlanmış yalan əqddir və ona qarşı olan iddia tələbi əsassız olduğu tam rədd olunması barədə qətnamə çıxrılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq Cavabdeh bildirdi ki, borc müqaviləsini, depozitə qoyulmuş pulun alınması barədə qəbzi özü imzalamış, 85.000 manat pulun yaxınlıqdakı Exchangendən gətirilməsində iştirak edən şahidləri şəxsən tanımır, onların şahid qismində dindirilmələri üçün məhkəməyə gətirilməsi mümkün olmamış, İddiaçı qızına toy etdiyini və pula ehtiyacı olduğunu ona bildirmiş və pulu olmadığından borcuna görə öz avtomobilini ona təklif etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə namyəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyib, iddiaya qarşı cavabdehin verdiyi etirazda göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmamasısını xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçı ilıə cavabdeh arasında bağlanmış müqavilə məcburiyyət qarşında bağlanmış və barışıq ərizəsi almaq üçün imzalanmışdır. Əgər cavabdehin qardaşının İddiaçı borcu var idisə və həmin borc qaytarılmalıdırsa o hansı etibar və inam əsasında heç bir girov qoyulmadan və gəlir güdmədən bu qədər pul məbləğini hazırki iş üzrə cavabdehə vermişdir. Çünki hər borc verən şəxs onun qaytarılmasında maraqlı olur. Cavabdehin verdiyi məlumata görə qardaşının iddiaçıya olan borcu ödənilməmiş, aralarında olan razılığa görə həmin borcu X9 həbsdən çıxandan sonra özü ödəyəcəkdir. Bütün binlar onu göstərir ki, iddiaçının tələb etdiyi borc əsassızdır və həmin borcun yaranmasına səbəb olan kredit müqaviləsi formal olaraq bağlanmış, mahiyyətinə görə yalançı əqddir. Bununla bağlı AR Konstitusiya Məhkəməsi Plenumunun çoxlu sayda qərarları var. Hesab edir ki, iddia tələbi əsasssızdır və rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - 21 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilən, reyestrdə 3M-1583 nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin 1-ci bəndində “Borc verən” ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ilə “Borc alan” Kürdəmir rayonu ,Muradxan kəndində qeydiyyatda olan Cavabdeh 120000 manat məbləğində pul borc vermişdir. Müqavilənin 2-ci bəndində “Borc alan” krediti xx.xx.2021-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, “Borc verən” və “Borc alan” imzaları ilə bərabər borc müqaviləsi iraədələrinə uyğunluğu barədə qeydlərini aparmış, Cavabdeh müqavilənin arxasında aldığı pulu müddətində qaytaracağı, öhdəliyini yerinə yetirmədiyi təqdirdə icra qeydi üzrə pulun qaytarılmalı olduğunu öz xətti ilə qeyd etməklə imzalamışdır. - Bakı şəhəri 11 saylı notariat ofisindən götürülmüş 3M-1583 nömrəli notarius işinə əlavə edilmiş sənədlərin surətindən məlum olur ki, xx.xx.2019-cu ildə İddiaçı tərəfindən 120000 manat Muğanbank ASC-nin Binəqədi filialının dopozitinə təhvil verilmiş, 240 manat dövlət rüsumu tutulmuşdur. Dəpozitdən pulun götürülməsi barədə qəbz Cavabdeh tərəfindən imzalanmışdır. - xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində İddiaçı imzaladığı və imzası notarial qaydada təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, onun X6 qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. - İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, ona İddiaçı ilə aralarındakı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun məhkmədən kənar qaydada qaytarılması təkif olunmuş, əks halda məhkəməyə müraciət edəcəkləri göstərilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)- 598/2019 saylı hökmündən və həmin cinayət işi üzrə ittiham aktında İddiaçı zərərçəkmiş şəxs kimi verdiyi ifadələrində təqsirləndirilən şəxs X3 şikayətçi olması və hər hansı məbləğdə pul tələb etməsi göstərilməmişdir. İş materiallarına eyni zamanda İddiaçı cavabdeh “X14” MMC-yə qarşı iddiası ilə bağlı çıxarılmış məhkəmə qərarları, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 125 kv.m olan qeyri-yaşayış sahəsinə dair sənədlər və digər sənədlərin surətləri əlavə edilmişdir. Məhkəmə tərəflərin ifadələrini və çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehə 120000 manat məbləğində pulun verilməsini cavabdehin xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, 11 saylı notariat ofisində imzaladığı və imzası notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi (ərizəsi) ilə əsaslandırır. Həmin ərizədən görünür ki, Cavabdeh İddiaçı 120000 manat məbləğində borc pul almış, həmin məbləği xx.xx.2021-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürür. Cavabdeh isə iddianı qəbul etməyib, iddiaçının tələb etdiyi 120000 manat məbləğində kredit müqaviləsini formal əqd kimi, yəni X1 məhkəmədə işinin yüngülləşməsi və yüngül cəza verilməsi üçün formal bağlandığını, qardaşı Aqilin Firudinə 50.000 ABŞ dollar məbləğində borcu olduğunu və həbsxanadan çıxandan sonra qaytaracağını bildirərək, onun iddiaçıya borclu olmadığını bildirmiş, həmin əqdin formal xarakter daşımasını göstərsə də, bunu təsdiqləyən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. - 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. 742.4. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır. - 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 745.1. Bu Məcəllənin 742.5.3-cü maddəsi kredit öhdəliyinin icrası təminatının itirilməsi və yaxud dəyərinin azalması hallarına yalnız bu şərtlə tətbiq edilir ki, borcalan kredit müqaviləsində müəyyən edilmiş müddətdə təminatı əvəz etməmiş və ya əlavə təminat təqdim etməmiş olsun. 745.2. Kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəlik vaxtından əvvəl ödənilərsə, borcverən bu Məcəlləyə uyğun olaraq zərərin əvəzinin ödənilməsi üçün kompensasiya ödənilməsini yalnız kredit müqaviləsində nəzərdə tutulduqda tələb edə bilər. 745.3. Bu Məcəllənin 740.7-ci maddəsi kredit müqavilələrindən irəli gələn münasibətlərə bu şərtlə tətbiq edilir ki, ödəniş əməliyyat gününün (borcverənin ödənişlərin qəbulu üçün müəyyən etdiyi vaxt) sonuna kimi həyata keçirilmiş olsun. Borcverən tərəfindən kredit müqaviləsində daha qısa müddət müəyyən edilməmişdirsə, əməliyyat günü bitdikdən sonra ödəniş terminalı vasitəsilə və ya digər üsulla həyata keçirilən ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilən ödəniş hesab edilir. 745.4. Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 745.6. Əgər kredit üzrə ödənişlərin gecikdirilməsinə görə borcverənə dəyən zərər bu Məcəllənin 745.5-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi məhkəmə qaydasında və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla ayrıca razılıq əldə etməklə tələb edə bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kredit münasibətlərindən yaranan mübahisələrə dair iddia müddətinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı təmin edilməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). Məhkəmə işin faktiki hallarına şərh edilən qanunvericilik normaları daxilində hüquqi qiymət verərək hesab edir ki, cavabdeh aldığı borc məbləğini borc verənə qaytarmağa borcludur. İddiaçının da verdiyi borcu cavabdehdən tələb etmək hüququdur. Cavabdehin tərəfin mövcud kredit müqaviləsinin uydurma əqd hesab edilməsi il bağlı dəlillərinə gəldikdə isə məhkəmə bununla bağlı aşağıdakıları bildirməyi zəruri hesab edir. Əvvələn, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında belə bir nəticəyə gəlmişdir ki, MM-nin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Hazırki iş üzrə də, cavabdeh tərəf 21 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilən, reyestrdə 3M-1583 nömrəsi ilə qeydə alınmış kredit müqaviləsini uydurma əqd hesab etsə də, bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. İddiaya dair etirazında və məhkəmədə verdiyi izahatında cavabdeh kredit müqavilsini qardaşının xahişi ilə bağladığını bildirmiş və göstərmişdir ki, 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən ona yüngül cəza təyin olunması və bunun üçün barışıq ərizəsinin alınmasından ötrü qardaşı ilə İddiaçı borc məbləğinin ödənilməsi ilə bağlı razılığa gəlmiş, həmin razılaşmaya uyğun olaraq və qardaşının göstərişinə əsasən qeyd edilən kredit müqaviləsini imzalamışdır. X1 İddiaçı 50.000 ABŞ dolları, yəni 85.000 manat borcu olmuş, həmin məbləği qardaşı tərəfindən borc olaraq 2014-cü ildə almışdır. Burada əsas niyyət kredit müqaviləsinin bağlanması yox, X5 yüngül cəza almağı, daha sonra isə cəzasını çəkib qurtardıqdan sonra İddiaçı olan borcunu ödəməsi idi. İşə əlavə edilmiş, Bakı şəhəri 11 saylı notariat ofisindən götürülmüş 3M-1583 nömrəli notarius işinə əlavə edilmiş sənədlərin surətindən məlum olur ki, xx.xx.2019-cu ildə İddiaçı tərəfindən 120000 manat Muğanbank ASC-nin Binəqədi filialının depozitinə təhvil verilmiş, 240 manat dövlət rüsumu tutulmuşdur. Depozitdən pulun götürülməsi barədə qəbz Cavabdeh tərəfindən imzalanmışdır. Bundan əlavə, iddiaçının X5 təqsirləndirilməsinə dair cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınması “X14” MMCnin ona verdiyi, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 125 kv.m olan qeyri-yaşayış sahəsinə digər şəxslərin də iddia etməsi olmuşdur. Cinayət işinə 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı halda, iddiaçının Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 125 kv.m olan qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə cavabdeh “X14” MMCyə qarşı iddiası Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi təmin edildiyindən İddiaçı X6 qarşı heç bir tələbi və şikayəti olmamış, bu hal cinayət işi üzrə olan ittiham aktında və məhkəmənin hökmündə də öz tədiqini tapmışdır. Əgər cavabdeh bu müqaviləni qardaşının xahişi ilə bağlamışdırsa və müqavilədə göstərilən məbləği almamışdırsa onda, iddiaçının həmin borcu tələb etdiyi halda borcunu yaxın vaxtlarda qaytaracağını bildirmiş və şəxsi istifadəsində olan avtomobilini borcundan çıxmaqla iddiaçıya təklif etmişdir. Verilmiş suallara cavab olaraq Cavabdeh məhkəməyə verdiyi izahatında borc müqaviləsini, depozitə qoyulmuş pulun alınması barədə qəbzi özü imzalamış, 85.000 manat pulun yaxınlıqdakı Exchangendən gətirilməsində iştirak edən şahidləri şəxsən tanımır, onların şahid qismində dindirilmələri üçün məhkəməyə gətirilməsi mümkün olmamış, İddiaçı qızına toy etdiyini və pula ehtiyacı olduğunu ona bildirmiş və pulu olmadığından borcuna görə öz avtomobilini ona təklif etməsini etiraf etmişdir. Kredit müqaviləsi qardaşının xahişi ilə bağlanmışdırsa, onda iddiaçı cavabdehin X1 ona olan borcundan imtina etməli və həmin borc məbləğində kredit müqaviləsi bağlanılmalı idi. Cavabdeh bağladığı müqaviləni uydurma hesab edirsə, qardaşının iddiaçıya olan borcunu bağlamalı və mübahisələndirilən kredit müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmalı idi. Halbuki, 21 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilən, reyestrdə 3M-1583 nömrəsi ilə qeydə alınmış kredit müqaviləsi bağlanarkən müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, “Borc verən” və “Borc alan” imzaları ilə bərabər borc müqaviləsinin iradələrinə uyğunluğu barədə qeydlərini aparmış, Cavabdeh müqavilənin arxasında aldığı pulu müddətində qaytaracağı, öhdəliyini yerinə yetirmədiyi təqdirdə icra qeydi üzrə pulun qaytarılmalı olduğunu öz xətti ilə qeyd etməklə imzalamışdır. Məhkəmə araşdırması zamanı bir daha müəyyən edildi ki, hazırki iddia ərizəsi məhkəməyə daxil olana kimi və sonrakı müddətdə cavabdeh müqavilənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, cavabdeh iddiaçıdan 120000 manat pulu borc olaraq almış, həmin borcu iddiaçıya xx.xx.2021-ci ilə kimi qaytaracağını öhdəsinə götürmüş, lakin qaytarılmamışdır. Odur ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilən, reyestrdə 3M- 1583 nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinə əsasən ödənilməmiş 120 000 (bir yüz iyirmi min) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki iddia ərizəsi üçün 410 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğuna görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilən, reyestrdə 3M-1583 nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinə əsasən ödənilməmiş 120 000 (bir yüz iyirmi min) manat borc və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 410 (dörd yüz on) manat olmaqla, cəmi 120410 (bir yüz iyirmi min dörd yüz on) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar