Məhkəmə qərarları › İş №e-2(041)-1883/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1883/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1883/2025 06.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək; 1) Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli KRLMB- 12142 saylı kredit müqaviləsi üzrə kreditə görə 825,3 manat əsas, faiz borcuna görə 68,4 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 893,7 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması; 2) Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, 1. Boyunbağısünbül toxunuş -1 ədəd,çəkisi – 9,2 qr,əyarı - 750; 2. Qolbaq 8 güllü -1 ədəd,çəkisi – 2,3 qr,əyarı – 585; 3. Sırğa üzük dəsti badamı -1 ədəd,çəkisi – 12,3 qr,əyarı – 750; 4. Bəzək üzüyü tək qaş -1 ədəd,çəkisi – 3,6 qr,əyarı – 750; 5. Kulon ürək -1 ədəd,çəkisi – 0,9 qr,əyarı – 585; 3) Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı kredit müqaviləsi üzrə 825,3 manat əsas, faiz borcuna görə 68,4 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 893,7 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi; 4) Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Kürdəmir” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KRLMB12142 saylı kredit müqaviləsinə əsasən illik 32 % dərəcəsi olmaqla 24 ay müddətinə 2069 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4. bəndləri). xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 825,3 Manat əsas, faiz borcuna görə 68,4 manat,cərimə borcuna görə 0 manat, borcun cəmiməbləği 893,7 manat təşkiledir. xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Kürdəmir” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: 1. Boyunbağı sünbül toxunuş -1 ədəd,çəkisi – 9,2 qr,əyarı - 750;

2. Qolbaq 8 güllü -1 ədəd,çəkisi – 2,3 qr,əyarı – 585; 3. Sırğa üzük dəsti badamı -1 ədəd,çəkisi – 12,3 qr,əyarı – 750; 4. Bəzək üzüyü tək qaş -1 ədəd,çəkisi – 3,6 qr,əyarı – 750; 5. Kulon ürək -1 ədəd,çəkisi – 0,9 qr,əyarı – 585. Cəmi: 28,3 qr. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işmateriallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC-nin “Kürdəmir” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KRLMB12142 saylı kredit müqaviləsinə əsasən illik 32 % dərəcəsi olmaqla 24 ay müddətinə 2069 manat məbləğində cavabdehə kredit verilmiş, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə hesablanmış və ödənilməmiş 825,3 manat əsas, faiz borcuna görə 68,4 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 893,7 manat manat təşkil edir. İş materiallarına əlavə edilmiş; - İddiaçı ASC-nin “Kürdəmir” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KRLMB12142 saylı kredit müqaviləsinə əsasən illik 32% dərəcəsi olmaqla 24 ay müddətinə 2069 manat məbləğində cavabdehə kredit verilmişdir. -xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. -xx.xx.2023-cü il tarixində İddiaçı ASC ilə Cavabdeh arasında “Saxlanc girovun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair” Akt imzalanmışdır. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli KRLMB- 12142 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 825,3 manat əsas, faiz borcuna görə 68,4 manat, cərimə borcuna görə 0 manat, cəmi 893,7 manat borcu mövcuddur. - İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdə borc məbləğinin 3 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən etdi ki, cavabdehlərin qeyd edilən müqavilə üzrə 825.3 manat əsas borc, 68.4 manat məbləğində faiz borcu, 0 manat cərimə, ümumilikdə 893.7 manat məbləğində kredit borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. - 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. - 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 296.2. Girov predmetinə tutma aşağıdakı hallarda yalnız məhkəmənin qərarı ilə yönəldilə bilər: 296.2.1. girov müqaviləsinin bağlanması üçün başqa şəxsin razılığı və icazəsi tələb olunduqda; 296.2.2. girov predmeti cəmiyyət üçün mühüm tarixi, bədii və ya mədəni dəyərli əşya olduqda. - 297.Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298.1. Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2. Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. 298.3. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı verdiyi krediti cavabdehdən girov kimi götürdüyü qızıl-zinət əşyalarının dəyəri ilə balanslaşdırmış, borcun digər əmlaka yönəldilməsi və həmin əmlakların nədən ibarət olması müqavilə ilə razılaşdırılmamışdır. Öhdəliyin yaranmasına səbəb olan müqavilə şərtlərindən kənara çıxmaqla irəli sürülən tələblər əsassızdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələblərinin Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsaitin xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi hissəsində rədd edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı kredit müqaviləsi üzrə kreditə görə 825,3 manat əsas, faiz borcuna görə 68,4 manat, borcun cəmi məbləği 893,7 (səkkiz yüz doxsan üç manat 70 qəpik) manat borc və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. 893,7 (səkkiz yüz doxsan üç manat 70 qəpik) manat məbləğində borc Cavabdeh məxsus olan girov qoyulmuş; boyunbağı (sünbül toxunuş) -1 ədəd, çəkisi – 9,2 qr,əyarı - 750; qolbaq (8 güllü) -1 ədəd, çəkisi – 2,3 qr, əyarı – 585; sırğa üzük dəsti (badamı) -1 ədəd, çəkisi – 12,3 qr, əyarı – 750; bəzək üzüyü (tək qaş) -1 ədəd, çəkisi – 3,6 qr, əyarı – 750; kulon ürək -1 ədəd, çəkisi – 0,9 qr,əyarı – 585 olan qızıl-zinət əşyalarına yönəldilməlidir. Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı kredit müqaviləsi üzrə 893,7 (səkkiz yüz doxsan üç manat 70 qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi təmin edilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı kredit müqaviləsi üzrə kreditə görə 825,3 manat əsas, faiz borcuna görə 68,4 manat, borcun cəmi məbləği 893,7 (səkkiz yüz doxsan üç manat 70 qəpik) manat borc və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. 893,7 (səkkiz yüz doxsan üç manat 70 qəpik) manat məbləğində borc Cavabdeh məxsus olan girov qoyulmuş; boyunbağı (sünbül toxunuş) -1 ədəd, çəkisi – 9,2 qr,əyarı - 750; qolbaq (8 güllü) -1 ədəd, çəkisi – 2,3 qr, əyarı – 585; sırğa üzük dəsti (badamı) -1 ədəd, çəkisi – 12,3 qr, əyarı – 750; bəzək üzüyü (tək qaş) -1 ədəd, çəkisi – 3,6 qr, əyarı – 750; kulon ürək -1 ədəd, çəkisi – 0,9 qr,əyarı – 585 olan qızıl-zinət əşyalarına yönəldilsin. Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli KRLMB-12142 saylı kredit müqaviləsi üzrə 893,7 (səkkiz yüz doxsan üç manat 70 qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi təmin edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar