Məhkəmə qərarları › İş №e-2(041)-1893/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1893/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1893/2024 25.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, 1. Cavabdeh xx.xx.2022-ci il tarixli KRLMB-10192 saylı kredit müqaviləsi üzrə kreditə görə 438.41 manat əsas, 24.29 manat faiz borcu, 12.82 manat cərimə olmaqla, cəmi 475.52 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun tutulması, 2. Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi: 1. Boyunbağı zəncir -1 ədəd, çəkisi – 6,6 qr, əyarı - 750; 2. Bəzək üzüyü badamı -1 ədəd, çəkisi – 4,3 qr, əyarı – 583; 3. Bəzək üzüyü badamı -1 ədəd, çəkisi – 3,8 qr, əyarı – 583; 4. Kişi üzüyü -1 ədəd, çəkisi – 4,2 qr, əyarı – 583; 5. Nişan üzüyü -1 ədəd, çəkisi – 4 qr, əyarı – 583. cəmi: 22,9 qr. 3. Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli KRLMB-10192 saylı kredit müqaviləsi üzrə 438,41 manat əsas, faiz borcuna görə 24,29 manat, cərimə borcuna görə 12,82 manat, borcun cəmi məbləği 475,52 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi; 4. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsaitdə qeyd olunan xx.xx.2022-ci il tarixli KRLMB-10192 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli KRLMB-10192 saylı kredit müqaviləsinə əsasən illik 28% olmaqla 24 ay müddətinə 1290 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli KRLMB-10192 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İddiaçı ASC xx.xx.2024-cü il tarixdə ərizə göndərək xx.xx.2024-cü il tarixli məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən: - İddiaçı ASC (bank) ilə Cavabdeh (borclu) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış KRLMB-10192 saylı kredit müqaviləsinə əsasən bank 24 ay müddətinə illik 28 % ödənilməsi şərti ilə 1290 manat məbləğində kredit vermişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli KRLMB-10192 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 438.41 manat əsas borc və 24.29 manat müqavilə müddətinə faiz borcu, 12.82 manat cərimə olmaqla, cəmi 475.52 manat borcu mövcuddur. - İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdə borc məbləğinin 3 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli KRLMB-10192 saylı kredit müqaviləsinə əsasən 438.41 manat əsas borc və 24.29 manat faiz borcu, 12.82 manat cərimə olmaqla, cəmi 475.52 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutulmalı, tələb Cavabdeh məxsus girov qoyulmuş qızıl-zinət əşyalarına- Boyunbağı zəncir-1 ədəd, çəkisi-6,6 qr, əyarı-750, bəzək üzüyü badamı -1 ədəd, çəkisi-4,3 qr, əyarı-583, bəzək üzüyü badamı -1 ədəd, çəkisi-3,8 qr, əyarı-583, kişi üzüyü -1 ədəd, çəkisi-4,2 qr, əyarı-583, nişan üzüyü -1 ədəd, çəkisi-4 qr, əyarı-583 cəmi: 22,9 qr yönəldilməli, həmin əmlaklar hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli KRLMB-10192 saylı kredit müqaviləsinə əsasən 438.41 manat əsas borc və 24.29 manat faiz borcu, 12.82 manat cərimə olmaqla, cəmi 475.52 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsinə yönəldilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia girov predmetinin hərracda satışından əldə edilən vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğin cavabdehin digər əmlakına yönəldilməsi hissəsində təmin edilə bilməz. Belə ki, qətnamədə cavabdehdən tutulmalı ümumi məbləğ göstərildiyindən əlavə olaraq girov predmetlərinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğin cavabdehin digər əmlakına yönəldilməsinin qeyd edilməsinə heç bir əsas yoxdur. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli KRLMB-10192 saylı kredit müqaviləsinə əsasən 438.41 manat əsas borc, 24.29 manat faiz borcu, 12.82 manat cərimə olmaqla, cəmi 475.52 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına- 1. Boyunbağı zəncir-1 ədəd, çəkisi-6,6 qr, əyarı-750, 2. Bəzək üzüyü badamı -1 ədəd, çəkisi-4,3 qr, əyarı-583, 3. Bəzək üzüyü badamı -1 ədəd, çəkisi-3,8 qr, əyarı-583, 4. Kişi üzüyü -1 ədəd, çəkisi-4,2 qr, əyarı-583, 5. Nişan üzüyü -1 ədəd, çəkisi-4 qr, əyarı- 583 cəmi: 22,9 qr yönəldilsin. Həmin əmlaklar hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli KRLMB-10192 saylı kredit müqaviləsinə əsasən 438.41 manat əsas borc, 24.29 manat faiz borcu, 12.82 manat cərimə olmaqla, cəmi 475.52 (dörd yüz yetmiş beş manat əlli iki qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsinə yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar