Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-2071/2025 07.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2024-cü il tarixli KRLMB-13861 saylı kredit müqaviləsi üzrə kreditə görə 986,03 manat əsas, faiz borcuna görə 74,34 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 1060,37 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun tutulması; 2. Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, 1. Boyunbağı kardinal -1 ədəd,çəkisi – 17,4 qr,əyarı - 583; 2. Bəzək üzüyü qırmızı daş -1 ədəd,çəkisi – 3,4 qr,əyarı – 583. Cəmi: 20,8 qr. 3. Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2024-cü il tarixli KRLMB-13861 saylı kredit müqaviləsi üzrə 986,03 Manat əsas, faiz borcuna görə 74,34 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 1060,37 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun ödənilməsi; 4. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024cü il tarixli KRLMB-13861 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa,Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işin baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İşdə olan sənədlər və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-nə qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aran Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-2071/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-2071/2025
07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver