Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-2091/2025 25.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSCnin xeyrinə 12981.65 manat məbləğində kredit bоrcu, 1161.58 manat məbləğində faiz bоrcu və 305.34 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 14448 (on dörd min dörd yüz qırx səkkiz) manat 57 (əlli yeddi) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 133.35 manat məbləğində dövlət rüsumunun tutulmas barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işin baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiası baxılmamış saxlanılsın. İşdə olan sənədlər və ödənilmiş 133.35 (bir yüz otuz üç manat 35 qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı “X2” ASC-nə qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aran Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-2091/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-2091/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver