Məhkəmə qərarları › İş №e-2(041)-2202/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2202/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2202/2025 06.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi ilə İddiaçı MM QBKT-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı MM QBKT Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh **********0431 saylı kredit müqaviləsi borcun məbləği 1373.00 manat əsas, faiz borcu üzrə 42.52 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1415.52 (bir min dörd yüz on beş manat, əlli iki qəpik) manat, **********0421 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3350.22 manat əsas, faiz borcu üzrə 65.82 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 3416.04 (üç min dörd yüz on altı manat, dörd qəpik) manat və 68.32 manat məbləğində ödənilmiş dövlət rusumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Kürdəmir Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin onlar qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, borc verən İddiaçı MM QBKT və Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, **********0421 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GUZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 3420.00 (min dörd yüz iyirmi) manat, həmçinin eyni tarixli, **********0431 saylı GUZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 1373.00 (min üç yüz yetmiş üç) manat, qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Borc verən İddiaçı MM QBKT ilə borc alan Cavabdeh tərəfindən imzalanmış **********0431 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.18 manat, dörd il müddətində isə hər ay 29.20 manat və **********0421 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 2.85 manat, dörd il müddətində isə hər ay 72.73 manat bərabər hissələrdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MM QBKT-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli **********0431 saylı müqavilə üzrə əsas borca görə 1373 manat, 42.52 manat faiz borcu və 0.00 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli **********0421 saylı müqavilə üzrə əsas borca görə 3350.22 manat, 65.82 manat faiz borcu və 0.00 manat cərimə borcu vardır. İş materialları ilə sübut olunur ki, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddiası əsaslıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə qeyd edir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli **********0431 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 1373 manat, faiz borcu üzrə 42.52 manat və cərimə borcu üzrə 0.00 manat olmaqla, cəmi 1415.52 manat, xx.xx.2019-cu il tarixli **********0421 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 3350.22 manat, faiz borcu üzrə 65.82 manat və cərimə borcu üzrə 0.00 manat olmaqla, cəmi 3416.04 manat, ümumilikdə 4831.56 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MM QBKT-yə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı 68.32 (altmış səkkiz manat otuz iki qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azerbaijan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı MM QBKT-nin xeyrinə xx.xx.2019-cu il tarixli **********0431 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 1373 manat, faiz borcu üzrə 42.52 manat və cərimə borcu üzrə 0.00 manat olmaqla, cəmi 1415.52 manat, xx.xx.2019-cu il tarixli **********0421 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 3350.22 manat, faiz borcu üzrə 65.82 manat və cərimə borcu üzrə 0.00 manat olmaqla, cəmi 3416.04 manat, ümumilikdə 4831.56 (dörd min səkkiz yüz otuz bir manat əlli altı qəpik) manat borc və ödənilmiş dövlət dövlət rüsumunun əvəzi olan 68.32 (altmış səkkiz manat otuz iki qəpik) manat məbləğində pul İddiaçı MM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar