Məhkəmə qərarları › İş №e-2(041)-2351/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2351/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2351/2024 10.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 340168-CNS-52965 saylı borcun restrukturizasiyasına dair müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 7701,47 manat əsas, 142,80 manat məbləğində faiz, ümumilikdə 7844,27 manat pul məbləği: Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bank xidmətlərinin göstərilməsi müqavilənin ümumi şərtlərinə əsasən xx.xx.2024-cü il tarixli 340168-CNS-52965 saylı borcun restrukturizasiyasına dair müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 7701,47 manat əsas, 142,80 manat məbləğində faiz, ümumilikdə 7844,27 manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 98,44manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 340168-CNS-52965 saylı borcun restrukturizasiyasına dair müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 5% dərəcəsi olmaqla 59 ay müddətinə 7701,47 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə banka 7844,27 manat borcu qalmışdır. Bank ilə borclu şəxs Cavabdeh arasında bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə əsasən xx.xx.2024-cü il tarixli 340168-CNS-52965 saylı borcun restrukturizasiyasına dair müqaviləsinə əsasən illik 5% dərəcəsi olmaqla 59 ay müddətinə kredit verilmiş, ondan 7701,47 manat əsas borc, 142,80 manat məbləğində faiz borcu, ümumilikdə 7844,27 manat borcu mövcuddur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəmə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş; - «BankVTB (Azərbaycan)» ASC ilə Cavabdeh (borclu) arasında xx.xx.2024-cü il tarixli 340168-CNS-52965 saylı borcun restrukturizasiyasına dair müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 5% dərəcəsi olmaqla 59 ay müddətinə kredit verilmişdir. -Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli 340168-CNS-52965 saylı borcun restrukturizasiyasına dair müqaviləsi üzrə Cavabdeh banka 7701,47 manat əsas borc, 142,80 manat məbləğində faiz borcu, ümumilikdə 7844,27 manat borcu mövcuddur. - iddiaçı ««BankVTB (Azərbaycan)» ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziyada borc məbləğinin 3 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən etdi ki, xx.xx.2024-cü il tarixli 340168-CNS-52965 saylı kredit müqaviləsinə əsasən 7701,47 manat əsas, 142,80 manat məbləğində faiz, ümumilikdə 7844,27 manat borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı 98,44manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli 340168-CNS-52965 saylı kredit müqaviləsinə əsasən 7701,47 manat əsas, 142,80 manat məbləğində faiz, ümumilikdə 7844,27 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,44(doxsan səkkiz manat 44 qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 340168-CNS-52965 saylı borcun restrukturizasiyasına dair müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 7701,47 manat əsas, 142,80 manat məbləğində faiz, ümumilikdə 7844,27 (yeddi min səkkiz yüz qırx dörd manat 27 qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,44 (doxsan səkkiz manat 44 qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar