Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-2669/2024 29.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, tərəflərin iştirakı olmadan, iddiaçı "xxxx" KB ASC-nin cavabdeh Nı̇ yazov Elməddı̇ n Qədı̇ r oğluna qarşı borc tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında baxaraq, MÜƏYYƏNETDİ: iddiaçı "xxxx" KB ASC cavabdeh Nı̇ yazov Elməddı̇ n Qədı̇ r oğluna qarşı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5731.26 AZN əsas, 924.69 AZN faiz və 70.84 AZN cərimə olmaqla, cəmi 6726.79 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 87.67 AZN məbləğin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırki iş üzrə iddiaçı cavabdeh Nı̇ yazov Elməddı̇ n Qədı̇ r oğlundan 6726.79 manat pul tələb etdiyi halda iddia ərizəçi sadələşdirilmiş iddia icraatı qaydasında eletron məhkəmə sisteminə yükləmiş, bu isə işin baxılması zamanı müəyyən çətinliklər yaradır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: iddiaçı "xxxx" KB ASC-nin cavabdeh Nı̇ yazov Elməddı̇ n Qədı̇ r oğluna qarşı borc tələbi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-2669/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-2669/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver