Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2671/2025 19.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2025-ci il tarixli 339769-1-65196 saylı “Yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 10312,06 manat məbləğində əsas borc, 87,85 manat məbləğində faiz borcu, ümumilikdə 10399,91 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 121,20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh arasında (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2025-ci il tarixli “Yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 21,01% faiz hesablanması şərti ilə 59 ay müddətinə 10860 manat məbləğində kredit (“Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.27.2-ci bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2025-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 10399,91 manat məbləğində borcu qalmışdır. İddiaçı ASC xx.xx.2026-cı il tarixində məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2025-ci il tarixli 339769-1-65196 saylı “Yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2026-cı il tarixinə Banka borclu olduğu 9164,04 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 121,20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, fəhlə işləyir. Son 2 aydır ki, ödənişləri edə bilmir. Ailədə bəzi problemləri olduğuna görə kredit borcunu ödəyə bilməmişdir. İddianı qəbul edir və maddi vəziyyətini nəzərə alaraq köməklik edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2025-ci il tarixli “Yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 21,01% faiz hesablanması şərti ilə 59 ay müddətinə 10860 manat məbləğində kredit (“Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.27.2-ci bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli, 339769-1-65196 saylı kredit müqaviləsi üzrə xx.xx.2026-cı il tarixə 9164.04 manat əsas, 0.00 manat faiz borcu, 0.00 manat cərimə olmaqla, cəmi 9164.04 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, borc məbləğinin 3 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu qalmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli, 339769-1-65196 saylı kredit müqaviləsi üzrə 9164.04 (doqquz min yüz altmış dörd manat dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 121.20 (yüz iyirmi bir manat iyirmi qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, 339769-1-65196 saylı kredit müqaviləsi üzrə 9164.04 (doqquz min yüz altmış dörd manat dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 121.20 (yüz iyirmi bir manat iyirmi qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(041)-2671/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2671/2025
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver