Məhkəmə qərarları › İş №e-2(041)-332/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-332/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-332/2024 17.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına və sait tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 27 faiz olmaqla 24 ay müddətinə 2170 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1808,25 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 175,93 manat məbləğində faiz borcu və 246,68 manat məbləğində dəbbə borcu, cəmi 2230,86 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeha məxsus olan qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı müqaviləyə əsasən 1 ədəd çəkisi 9,5 qr, əyarı 585 olan paxlava kulonlu boyunbağını, 1 ədəd çəkisi 7 qr, əyarı 585 olan göy qaş sırğa-üzük dəstini, 1 ədəd çəkisi 6 qr, əyarı 585 olan yaşıl qaş şəbəkə bəzək üzüyünü, 1 ədəd çəkisi 5,3 qr, əyarı 585 olan nişan üzüyünü, 1 ədəd çəkisi 4,7 qr, əyarı 585 olan nişan üzüyünü, 1 ədəd çəkisi 5,7 qr, əyarı 583 olan zarya qadın saatını banka girov qoyulmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında ixcra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər. Ona görə də Cavabdeh iddliaçı İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsi üzrə kreditə görə 1808,25 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 175,93 manat məbləğində faiz borcu və 246,68 manat məbləğində dəbbə borcu, cəmi 2230,86 manat pul və dövlət rüsumu kimi ödənilmiş 42,31 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd çəkisi 9,5 qr, əyarı 585 olan paxlava kulonlu boyunbağını, 1 ədəd çəkisi 7 qr, əyarı 585 olan göy qaş sırğa-üzük dəstini, 1 ədəd çəkisi 6 qr, əyarı 585 olan yaşıl qaş şəbəkə bəzək üzüyünü, 1 ədəd çəkisi 5,3 qr, əyarı 585 olan nişan üzüyünü, 1 ədəd çəkisi 4,7 qr, əyarı 585 olan nişan üzüyünü, 1 ədəd çəkisi 5,7 qr, əyarı 583 olan Zarya qadın saatına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsi üzrə 1808,25 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 175,93 manat məbləğində faiz borcu və 246,68 manat məbləğində dəbbə borcu, cəmi 2230,86 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 42,31 manat məbləğində pulun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdiriliş qaydada baxılmasına yol verilir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 27 faiz olmaqla 24 ay müddətinə 2170 manat məbləğində kredit verilmişdir. İş materiallarına əsasən olunmuş Saxlanc girovu haqqında xx.xx.2023-cü il tarixli, KRLMB-10754 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC-nin Kürdəmir filialı ilə X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı ASC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, KRLMB-10754 nömrəli Saxlanc girovu haqqında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh girov qəbul edilmiş 1 ədəd çəkisi 9,5 qr, əyarı 585 olan paxlava kulonlu boyunbağını, 1 ədəd çəkisi 7 qr, əyarı 585 olan göy qaş sırğa-üzük dəstini, 1 ədəd çəkisi 6 qr, əyarı 585 olan yaşıl qaş şəbəkə bəzək üzüyünü, 1 ədəd çəkisi 5,3 qr, əyarı 585 olan nişan üzüyünü, 1 ədəd çəkisi 4,7 qr, əyarı 585 olan nişan üzüyünü, 1 ədəd çəkisi 5,7 qr, əyarı 583 olan Zarya qadın saatından ibarət qızıl əşyaları 3395,98 manat məbləğində qiymətləndirilmiş və İddiaçı ASC-nin Kürdəmir filialının kassasına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli, RB-02/PK-5151 nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, KRLMB-10754 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-nə 1808,25 manat əsas, 175,93 manat faiz borcu, 246,68 manat cərimə borcu, cəmi 2230,86 manat borcu qalmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti tələb etməkdə haqlıdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağrılmaqla dindirilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRLMB-10754 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı ASC-nin qarşısında öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 279-cu maddənin tələbinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və satılmadığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İş materiallarından görünür ki, iddiaçı 42,31 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddliaçı İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsi üzrə kreditə görə 1808,25 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 175,93 manat məbləğində faiz borcu və 246,68 manat məbləğində dəbbə borcu, cəmi 2230,86 manat pul və dövlət rüsumu kimi ödənilmiş 42,31 manat məbləğində pulun tutulmalı, Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd çəkisi 9,5 qr, əyarı 585 olan paxlava kulonlu boyunbağını, 1 ədəd çəkisi 7 qr, əyarı 585 olan göy qaş sırğa-üzük dəstini, 1 ədəd çəkisi 6 qr, əyarı 585 olan yaşıl qaş şəbəkə bəzək üzüyünü, 1 ədəd çəkisi 5,3 qr, əyarı 585 olan nişan üzüyünü, 1 ədəd çəkisi 4,7 qr, əyarı 585 olan nişan üzüyünü, 1 ədəd çəkisi 5,7 qr, əyarı 583 olan Zarya qadın saatına yönəldilməli, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsi üzrə 1808,25 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 175,93 manat məbləğində faiz borcu və 246,68 manat məbləğində dəbbə borcu, cəmi 2230,86 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 42,31 manat məbləğində pul ödənilməli, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin.

1. Cavabdeh iddliaçı İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsi üzrə kreditə görə 1808,25 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 175,93 manat məbləğində faiz borcu və 246,68 manat məbləğində dəbbə borcu, cəmi 2230,86 manat pul və dövlət rüsumu kimi ödənilmiş 42,31 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun.

2. Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd çəkisi 9,5 qr, əyarı 585 olan paxlava kulonlu boyunbağını, 1 ədəd çəkisi 7 qr, əyarı 585 olan göy qaş sırğa-üzük dəstini, 1 ədəd çəkisi 6 qr, əyarı 585 olan yaşıl qaş şəbəkə bəzək üzüyünü, 1 ədəd çəkisi 5,3 qr, əyarı 585 olan nişan üzüyünü, 1 ədəd çəkisi 4,7 qr, əyarı 585 olan nişan üzüyünü, 1 ədəd çəkisi 5,7 qr, əyarı 583 olan Zarya qadın saatına yönəldilsin.

3. Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsi üzrə 1808,25 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 175,93 manat məbləğində faiz borcu və 246,68 manat məbləğində dəbbə borcu, cəmi 2230,86 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 42,31 manat məbləğində pul İddiaçı ASC-yə ödənilsin.

4. Girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, KRLMB-10754 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar