Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-333/2024 09.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli KRLMB-10572 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2641.08 manat, faiz borcuna görə 273.3 manat, dəbbə borcuna görə 622.85 manat, cəmi 3537.23 manat məbləğində pulun və 55,38 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh Əliheydər qızına məxsus olan girov qoyulmuş boyunbağı zəncir 1 ədədə çəkisi 2.9 qr, əyarı 583, boyunbağı kolye 1 ədəd çəkisi 17qr, əyarı 583 , boyunbağı kardinal 1 ədəd çəkisi 19.9 qr. əyarı 583, qolbaq kardinal 1 ədəd çəkisi 5.1 qr. əyarı 583, qolbaq zəncir kulonlu 1 ədəd çəkisi 1.7 qr. əyarı 583, sırğa paxlava 1 ədəd çəkisi 1.7 qr.əyarı 583, bəzək üzüyü badamı fantaziya 1 ədəd çəkisi 3.6 qr, əyarı 583, bəzək üzüyü naxışlı 1 ədəd çəkisi 2.7 qr.əyarı 583, bəzək üzüyü oval paxlava 1 ədəd çəkisi 1.7 qr. əyarı 583, bəzək üzüyü fantaziya 1 ədəd çəkisi 1.9 qr. əyarı 583, nişan üzüyü güzgülü 1 ədəd çəkisi 1.5 qr. əyarı 583, bəzək üzüyü badamı 1 ədəd çəkisi 3.5 qr. əyarı 583, tay sırğa 1 ədəd çəkisi 0.4 qr. əyarı 583, sırğa oval güzgülü 1 ədəd çəkisi 1.8qr əyarı 583. bu əmlakların hərracda satılması və onun satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh Əliheydər qızının xx.xx.2023-cü il tarixli KRLMB-10572 saylı kredit müqaviləsi üzrə 2641.08 manat, faiz borcuna görə 273.3 manat, dəbbə borcuna görə 622.85 manat, cəmi 3537.23 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 55.38 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli KRLMB-10572 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1. ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2. cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik mübahisələr üzrə mülki işi sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) gün iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli KRLMB-10572 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 27% dərəcəsi olmaqla 18 ay müddətinə 3720 manat məbləğində kredit verilmişdir. Müqavilənin təminatı üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları boyunbağı zəncir 1 ədədə çəkisi 2.9 qr, əyarı 583, boyunbağı kolye 1 ədəd çəkisi 17qr, əyarı 583 , boyunbağı kardinal 1 ədəd çəkisi 19.9 qr. əyarı 583, qolbaq kardinal 1 ədəd çəkisi 5.1 qr. əyarı 583, qolbaq zəncir kulonlu 1 ədəd çəkisi 1.7 qr. əyarı 583, sırğa paxlava 1 ədəd çəkisi 1.7 qr.əyarı 583, bəzək üzüyü badamı fantaziya 1 ədəd çəkisi 3.6 qr, əyarı 583, bəzək üzüyü naxışlı 1 ədəd çəkisi 2.7 qr.əyarı 583, bəzək üzüyü oval paxlava 1 ədəd çəkisi 1.7 qr. əyarı 583, bəzək üzüyü fantaziya 1 ədəd çəkisi 1.9 qr. əyarı 583, nişan üzüyü güzgülü 1 ədəd çəkisi 1.5 qr. əyarı 583, bəzək üzüyü badamı 1 ədəd çəkisi 3.5 qr. əyarı 583, tay sırğa 1 ədəd çəkisi 0.4 qr. əyarı 583, sırğa oval güzgülü 1 ədəd çəkisi 1.8qr əyarı 583 olan əşyaları girov qoyulmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqavilənin şərtləri daxilində borc alana şəxsi istehlak məqsədilə 3720 manat məbləğində kredit etməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kredit ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. İş materiallarına əlavə edilmiş; - İddiaçı ASC (bank) ilə Cavabdeh (borclu) arasında xx.xx.2023-cü il tarixli KRLMB- 10572 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 27% dərəcəsi olmaqla 18 ay müddətinə 3720 manat məbləğində kredit verilmişdir.(1.1-ci bənd). -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-ci il tarixli KRLMB- 10572 saylı kredit müqaviləsi üzrə Cavabdeh Əliheydər qızının banka əsas borcuna görə 2641.08 manat, faiz borcuna görə 273.3 manat, dəbbə borcuna görə 622.85 manat, cəmi 3537.23 manat məbləğində pulun borcu mövcuddur. - İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdə borc məbləğinin 3 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən etdi ki, cavabdehin qeyd edilən müqavilə üzrə əsas borcuna görə 2641.08 manat, faiz borcuna görə 273.3 manat, dəbbə borcuna görə 622.85 manat, cəmi 3537.23 manat məbləğində kredit borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh Əliheydər qızı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit və zaminlik müqavilələrinə görə cavabdehlər öz üzərinə götürdüyü öhdəliyi heç bir üzürlü səbəb olmadan yerinə yetirməmişdir. Ona görə də, cavabdeh həmin müqavilə üzrə iddiaçı qarşısında məsuliyyət daşıyır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında və lazımı qaydada icra etmədiyi üçün borc məbləği onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Tələb girov predmeti olan, Cavabdeh Əliheydər qızına məxsus qızıl əşyalara yönəldilməli, həmin əşyalar açıq hərraca çıxarılaraq satılmalı, əldə edilmiş vəsait hesabına kredit müqaviləsi üzrə olan borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia girov predmetinin hərracda satışından əldə edilən vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğin cavabdehdən digər əmlakına yönəldilməsi hissəsində təmin edilə bilməz. Belə ki, qətnamədə cavabdehdən tutulmalı ümumi məbləğ göstərildiyindən əlavə olaraq girov predmetlərinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğin cavabdehin digər əmlakına yönəldilməsinin qeyd edilməsinə heç bir əsas yoxdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır və bu hal müqavilədə öz əksini tapmalıdır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etmədikdə hüquq pozuntusuna yol verdikdə, o zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Odur ki, məhkəmə iddiaçı tərəfindən hesablanmış 622.85 manat cərimənin 2641.08 manat əsas borcun 10 faizinədək, yəni 264 manat məbləğədək azaldılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh Əliheydər qızından xx.xx.2023-cü il tarixli KRLMB-10572 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə əsas borcuna görə 2641.08 manat, faiz borcuna görə 273.3 manat, dəbbə borcuna görə 264 manat, cəmi 3178.38 manat məbləğində pul və 55.38 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməli, həmin əmlaklar hərracda satılmalı və onun satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh Əliheydər qızının xx.xx.2023-cü il tarixli KRLMB-10572 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2641.08 manat , faiz borcuna görə 273.3 manat, dəbbə borcuna görə 264 manat, cəmi 3178.38 manat borcuna sərf edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı 55,38 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun 50 manatı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli KRLMB-10572 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2641.08 manat, faiz borcuna görə 273.3 manat, dəbbə borcuna görə 264 manat, cəmi 3178.38() manat məbləğində pul və 50 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilsin: 1) boyunbağı zəncir 1 ədəd, çəkisi 2.9 qr, əyarı 583; 2) boyunbağı kolye 1 ədəd, çəkisi 17qr, əyarı 583; 3) boyunbağı kardinal 1 ədəd, çəkisi 19.9 qr. əyarı 583; 4) qolbaq kardinal 1 ədəd çəkisi 5.1 qr. əyarı 583; 5) qolbaq zəncir kulonlu 1 ədəd çəkisi 1.7 qr. əyarı 583; 6) sırğa paxlava 1 ədəd çəkisi 1.7 qr.əyarı 583; 7) bəzək üzüyü badamı fantaziya 1 ədəd çəkisi 3.6 qr, əyarı 583; 8) bəzək üzüyü naxışlı 1 ədəd çəkisi 2.7 qr.əyarı 583; 9) bəzək üzüyü oval paxlava 1 ədəd çəkisi 1.7 qr. əyarı 583; 10) bəzək üzüyü fantaziya 1 ədəd çəkisi 1.9 qr. əyarı 583; 11) nişan üzüyü güzgülü 1 ədəd çəkisi 1.5 qr. əyarı 583; 12) bəzək üzüyü badamı 1 ədəd çəkisi 3.5 qr. əyarı 583; 13) tay sırğa 1 ədəd çəkisi 0.4 qr. əyarı 583; 14) sırğa oval güzgülü 1 ədəd çəkisi 1.8qr əyarı 583 olan əmlaklar hərracda satılsın və onun satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli KRLMB-10572 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2641.08 manat, faiz borcuna görə 273.3 manat, dəbbə borcuna görə 264 manat, cəmi 3178.38 manat borcuna və dövlət rüsumu kimi ödənilmiş 55,38 manat məbləğində pulun ödənilməsinə sərf edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-333/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-333/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver