Məhkəmə qərarları › İş №e-2(041)-37/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-37/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-37/2024 16.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh2 və X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsinə tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1849/2022 saylı qətnaməsi ilə qət edilmiş Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh7 xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən, 17821.83 ABŞ Dolları əsas, 16979.19 ABŞ Dolları faiz, 1500 ABŞ Dolları cərimə olmaqla, cəmi 36301.02 ABŞ Dolları, 20 manat dövlət rüsumu və hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzilə və ünvan 3 ünvanında xüsusimülkiyyətdə olan 0.0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0.0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinin və ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzilin açıq hərracdan satılması, xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən, 17821.83 ABŞ Dolları əsas, 16979.19 ABŞ Dolları faiz, 1500 ABŞ Dolları cərimə olmaqla, cəmi 36301.02 ABŞ Dolları, 20 manat dövlət rüsumu və hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, X4 və Cavabdeh9 ümumimüştərək qaydada tutulması, ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0.0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4 həmin evdən çıxarılması,əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi, Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsi,ev 9 ünvanında xüsusimülkiyyətdə olan 2 otaqlı, 6 nömrəlimənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin mənzilə Cavabdeh3, Cavabdeh6, Cavabdeh8,X6 və Cavabdeh9 həmin evdən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh4 vəsatətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)- 1184/2023 nömrəli qərardadına əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi verilməsi üçün qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/2104-9/2088 nömrəli ekspert rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/2104, 9/2088 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X10 iddia tələbini müdafiə edərək göstərdi ki, iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-982/2019 saylı qətnaməsi ilə İddiaçı QSC-nin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh6, X7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh7 xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən, 17821,83 ABŞ dolları əsas, 16979,19 ABŞ dolları faiz, 1500 ABŞ dolları cərimə olmaqla, cəmi 36301,02 ABŞ dolları, 20 manat dövlət rüsumuİddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1849/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-982/2019 saylı qətnaməsi X11 münasibətdə ləğv edilmişdir. Qətnamədən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-813/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. xx.xx.2013-cü il tarixli, 26L********** kredit xətti müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh-ipoteka verən və zamin X19 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 26L000000357 saylı iproteka müqaviləsi əsasında ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışla ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzili Cavabdeh6 kredit öhdəliklərinin icrasını təmin etimək məqsədi ilə mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2013-cü il tarixli, 26L********** saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh-ipoteka verən və zamin Cavabdeh4 ilə Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 26M00000475 saylı ipoteka müqaviləsi əsasında ünvan 5 ünvanında xüsusi mülkiyyətdə olan 0,0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 7 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışla ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzili Cavabdeh6 kredit öhdəliklərinin icrasını təmin etimək məqsədi ilə mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixdə verdiyi arayışdan ipoteka qoyan X16 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuş, bununla bağlı notariat ofisinə və digər aidiyyəti orqanlara sorğular yazılmışdır. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilmiş arayışa əsasən, X16 vərəsələri Cavabdeh6, X12 və Cavabdeh9 kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 84570.1222 nömrəli cavab məktubuna əsasən, X16 adına VAZ- 21011 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka qoyana “İpoteka haqqında“ Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxiledilməklə tam həcmdə təmin edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasıəsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1849/2022 saylı qətnaməsi ilə qət edilmiş Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh7 xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən 17821,83 ABŞ dolları əsas, 16979,19 ABŞ dolları faiz, 1500 ABŞ dolları cərimə olmaqla, cəmi 36301,02 ABŞ dolları, 20 manat dövlət rüsumu hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzilə və ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0,0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0,0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinin və ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzilin açıq hərracdan satılması, xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən, 17821,83 ABŞ dolları əsas, 16979,19 ABŞ dolları faiz, 1500 ABŞ dolları cərimə olmaqla, cəmi 36301,02 ABŞ dolları, 20 manat dövlət rüsumu və hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət ruüsumunun və 60 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tama ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, X4 və Cavabdeh9 ümumi müştərək qaydada tutulması, ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0,0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4 həmin evdən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin mənzilə Cavabdeh3, Cavabdeh6, Cavabdeh8, X6 və Cavabdeh9 həmin evdən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh6 özünün əmlakı var. O, krediti özünə məxsus əmlakı vasitəsi ilə ödəməlidir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh7 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia tələbini qəbul etmədiyini bildirib təmin edtilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh9, Cavabdeh8, X13, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-813/2023 nömrəli qərarının surətindən görünür ki, danin İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə X16 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 26M000000357 nömrəli İpoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 26L000001173 nömrəli Kredit xətti müqaviləsi üzrə ööhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ünvan 6 ünvanında xüsusi mülkiyyətində olan, 81,8 kv.metr ümumi, 40,4 kv.metr yaşayış, 41,4 kv.metr yardımçı sahədən ibarət 2 otaqlı 6 nömrəli mənzili İddiaçı QSCnə ipotka qoymuşdur. İş matteriallarına əlavə edilmiş İddiaçı QSC ilə X8 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 26M000000475 nömrəli İpoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 26L000001173 nömrəli Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ünvan 3 ünvanında xüsusi mülkiyyətində olan, 0,0166 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətində olan 35,7 kv.metr yardımçı sahədən, 52,1 kv.metr yaşayış sahəsindən, 87,8 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini İddiaçı QSCnə ipotka qoymuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, M.Ə.Sabir küçəsi 7A, 1-ci dalan ünvanında xüsusi mülkiyyətində olan, 0,0166 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, Cavabdeh4 xüsusi mülkiyyətində olan 35,7 kv.metr yardımçı sahədən, 52,1 kv.metr yaşayış sahəsindən, 87,8 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə hüquqi yüklü edilərək Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 7 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 6 ünvanında yerləşən X17 məxsus mənzil mənzil İddiaçı QSC-nin xeyrinə hüquqi yüklü edilərək Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 2 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş və İddiaçı QSC tərəfindən Cavabdeh4 göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2022-ci il tarixli, 3439 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli, 26L000001173 nömrəli Kredit Xətti üzrə müqavilə üzrə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı QSC tərəfindən X16 vərəsəsi X9 göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2022-ci il tarixli, 3027 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli, 26L000001173 nömrəli Kredit Xətti üzrə müqavilə üzrə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı QSC tərəfindən X16 vərəsəsi Cavabdeh6 göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2022-ci il tarixli, 3026 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli, 26L000001173 nömrəli Kredit Xətti üzrə müqavilə üzrə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı QSC tərəfindən X16 vərəsəsi X2 göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2022-ci il tarixli, 3029 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli, 26L000001173 nömrəli Kredit Xətti üzrə müqavilə üzrə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı QSC tərəfindən X16 vərəsəsi Cavabdeh8 göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2022-ci il tarixli, 3027 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli, 26L000001173 nömrəli Kredit Xətti üzrə müqavilə üzrə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/2104-9/2088 nömrəli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq: Qərardadın birinci sualı ilə bağlı: ünvan 2 ünvanında olan, 6 nömrəli mənzilə yaxın ərazilərdə yerləşən mənzillərə aid analoji satış elanları olmadığına görə, həmin mənzilin mövcüd orta bazar qiymətlərinə uyğun bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualı ilə bağlı: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 5 ünvanında xüsusi mülkiyyətdə olan 0,0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 14000.0 manat məbləğində müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə dəyişiklik olması istisna edilmir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh7 izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-982/2019 saylı qətnaməsi ilə İddiaçı QSC-nin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh6, X7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh7 xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən, 17821,83 ABŞ dolları əsas, 16979,19 ABŞ dolları faiz, 1500 ABŞ dolları cərimə olmaqla, cəmi 36301,02 ABŞ dolları, 20 manat dövlət rüsumuİddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1849/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)- 982/2019 saylı qətnaməsi X11 münasibətdə ləğv edilmişdir. Qətnamədən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-813/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. xx.xx.2013-cü il tarixli, 26L********** kredit xətti müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh-ipoteka verən və zamin X19 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 26L000000357 saylı iproteka müqaviləsi əsasında ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışla ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzili Cavabdeh6 kredit öhdəliklərinin icrasını təmin etimək məqsədi ilə mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2013-cü il tarixli, 26L********** saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək üçün cavabdehipoteka verən və zamin Cavabdeh4 ilə Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 26M00000475 saylı ipoteka müqaviləsi əsasında ünvan 5 ünvanında xüsusi mülkiyyətdə olan 0,0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 7 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışla ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzili Cavabdeh6 kredit öhdəliklərinin icrasını təmin etimək məqsədi ilə mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixdə verdiyi arayışdan ipoteka qoyan X16 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuş, bununla bağlı notariat ofisinə və digər aidiyyəti orqanlara sorğular yazılmışdır. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilmiş arayışa əsasən, X16 vərəsələri Cavabdeh6, X12 və Cavabdeh9 kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 84570.1222 nömrəli cavab məktubuna əsasən, X16 adına VAZ- 21011 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka qoyana “İpoteka haqqında“ Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 279-cu maddənin tələbinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və satılmadığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq hərracda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İş üzrə 100 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1849/2022 saylı qətnaməsi ilə qət edilmiş Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh7 xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən, 17821.83 ABŞ Dolları əsas, 16979.19 ABŞ Dolları faiz, 1500 ABŞ Dolları cərimə olmaqla, cəmi 36301.02 ABŞ Dolları, 20 manat dövlət rüsumu və hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqı, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzilə və ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0.0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0.0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinin və ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzilin açıq hərracdan satılması, xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən, 17821.83 ABŞ Dolları əsas, 16979.19 ABŞ Dolları faiz, 1500 ABŞ Dolları cərimə olmaqla, cəmi 36301.02 ABŞ Dolları, 20 manat dövlət rüsumu və hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməli, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, X4 və Cavabdeh9 ümumi müştərək qaydada tutulmalı, ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0.0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin evdən çıxarılmalı, əmlak boşaldılmalı və Alıcıya təhvil verilməli, Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsi,ev 9 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Cavabdeh8,X12 və Cavabdeh9 həmin evdən çıxarılmalı, əmlak boşaldılmalı və Alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin.

1. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1849/2022 saylı qətnaməsi ilə qət edilmiş Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh7 xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən, 17821.83 ABŞ Dolları əsas, 16979.19 ABŞ Dolları faiz, 1500 ABŞ Dolları cərimə olmaqla, cəmi 36301.02 ABŞ Dolları, 20 manat dövlət rüsumu və hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqnın tutulması ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzilə və ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0.0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin.

2. ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0.0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinin və ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzilin açıq hərracdan satılması, xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən, 17821.83 ABŞ Dolları əsas, 16979.19 ABŞ Dolları faiz, 1500 ABŞ Dolları cərimə olmaqla, cəmi 36301.02 ABŞ Dolları, 20 manat dövlət rüsumu və hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqı ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilsin.

3. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, X4 və Cavabdeh9 ümumi müştərək qaydada tutulsun.

4. ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0.0166 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin evdən çıxarılsın, əmlak boşaldılsın və Alıcıya təhvil verilsin.

5. ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 2 otaqlı, 6 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Cavabdeh8,X12 və Cavabdeh9 həmin evdən çıxarılsın, əmlak boşaldılsın və Alıcıya təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə, Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) hesabı, X5, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SFİF BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar