Məhkəmə qərarları › İş №e-2(041)-420/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-420/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-420/2024 14.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı Adullayev Səddam-Hüseyn Sadiq oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Adullayev Səddam-Hüseyn Sadiq oğlu kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona məxsus Zongshen 150 CC 99 B 863 dövlət qeydiyyat qişanlı moteskleti ilkin ödəniş 500 AZN olmaqla hər ay 500 AZN ödəməklə Cavabdeh ilə ikitərəfli müqavilə bağlamaqla satmaq barədə razılaşmışlar. Ona görə də o, ona məxsus motoskleti Cavabdeh verib. Lakin cavabdeh razılaşdıqları müddətdə ödəməli olduğu pulu qaytarmadığına görə motoskleti onun yaşadığı kirayə evindən götürərək başqa şəxsə satmışdır. Lakin ona məxsus motosklet cavabdehin istifadəsində olan zaman yol-hərəkəti haqqında qanunun tələblərinə uyğun idarə etmədiyindən onun adına xx.xx.2023-cü il tarixdə 500 manat və 60 manat cərimə gəlmişdir. Cavabdeh həmin cərimələri ödəyəcəyinə dair söz verərək yazılı iltizam versə də, həmin cərimələri ödəmədiyindən o, məcbur olub həmin cərimələri ödəyib. Beləliklə cavabdehin ona 500 manat borcu yaranmışdır. İddiaçı dəfələrlə həmin məbləği cavabdehdən tələb etsədə, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınır. Ona görə də Cavabdeh 500 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 30.40 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdiriliş qaydada baxılmasına yol verilir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdeh Adullayev Səddam-Hüseyn Sadiq oğluna prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əlavə edilmiş razılaşmadan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ilkin olaraq 500 manat ödəniş edir və gələcəkdə hər ayın 26-da geridə qalan aylıq 500 manat pulu Adullayev Səddam-Hüseyn Sadiq oğluna ödəməyi öz öhdəsinə götürüb. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, Adullayev Səddam-X1 150 CC 99 B 863 dövlət qeydiyyat qişanlı moteskleti kredit müqaviləsi əsasında Cavabdeh vermişdir. İş materiallarına əlavə edilmiş İXP5492355 nömrəli, Protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Səbail DYPŞ-də İXM-nin 334.1-ci maddəsi ilə Nəqliyyət vasitəsini idarə etmək hüqququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 500 AZN, Adullayev Səddam-Hüseyn Sadiq oğlu isə 60 AZN cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş MPAY QSC: VÖEN ********** nömrəli, Qəbz – 17363, Terminal - 3686 qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə DYP protokoluna görə Cavabdeh adından 500 AZN ödənilmışdır. İş materiallarından görünür ki, Zongshen 150 CC 99 B 863 dövlət qeydiyyat qişanlı motesklet Cavabdeh istifadəsində olan zaman yol-hərəkəti haqqında qanunun tələblərinə uyğun idarə etmədiyindən onun Adullayev Səddam-Hüseyn Sadiq oğlunun adına xx.xx.2023-cü il tarixdə 500 manat və 60 manat cərimə gəlmişdir. Cavabdehin həmin cərimələri ödəyəcəyinə dair söz verərək yazılı iltizam versə də həmin cərimələri ödəmədiyindən onun iddiaçı Adullayev Səddam-Hüseyn Sadiq oğluna 500 manat və 60 manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş “EXPRESSPAY” Ödəniş sistemi "xxxx"ASC Terminal – 865 nömrəli, 26.12.23-cü il tarixli qəbzin surətindən görünür ki, Kürdəmir royon məhkəməsində iddia qaldırmaq üçün 31 manat pul ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən edir ki, Cavabdeh iddiaçı Adullayev Səddam-Hüseyn Sadiq oğluna ümumilikdə 500 manat borcu var. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağrılmaqla dindirilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci madsdəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci madsdəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madsdəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı 31 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 500 manat məbləğində vurulmuş ziyan və 31 manat ödənilmiş dpvlət rüsumu alınaraq iddiaçı Adullayev Səddam-Hüseyn Sadiq oğluna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 500 manat əsas və 31 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 531 manat məbləğində pul alınaraq iddiaçı Adullayev Səddam-Hüseyn Sadiq oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar