Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-463/2025 07.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı (bundan sonra “AZTUR REN A CAR MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəmədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, Cavabdeh 1000 manat əsas məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəmyə müraciət edərək iddiaçı ilə aralarında olan mübaisənin düzgün həll edilməsi məqsədi ilə iddia tələbinə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbində göstərmişdir ki, cavabdehlə xx.xx.2024-cü il tarixli, 196 saylı nəqliyyat vasitəsinini icarə müqaviləsi bağlanmışdır. Müqavilənin təminatı kimi “Hyundai Tucson” markalı, **-CD-*** nömrə nişanlı nəqliyyat vasitəsi günlük 60 manat, ümmilikdə 1500 manat ödəmək şərti ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarəyə verilmişdr. Cavabdeh tərəfindən müqaviləyə əsasən yaranmış öhdəliklər pozulmuş və tam icra edilməmişdir. Belə ki, X4 tərəfindən ödənilməli olan icarə haqqının 500 manat ödənilmiş,1000 manat isə ödənilməmiş qalmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, cavabdeh hər dəfə borcun ödənilməsindən yayınmış, yaranmış problemin aradan qalxması üçün heç bir səy göstərməmişdir. Bu səbəbdən də onlar məhkəməyə müraciət etmək qərarında gəlmişlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı MMC-yə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəmə iclasının iddiaçının iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etdiyindən, MPM-nin 259.7-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X5 məhkəmə iclasında iddia tələbini qismən etiraf etdi və göstərdi ki, o, İddiaçı MMC ilə xx.xx.2024-cü il tarixdə “Hyundai Tucson” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı atomobili günlük 60 manat ödəmək şərti ilə 25 gün müddətədək, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarəyə götürülməsi barədə müqavilə bağlamış və ilkin olaraq 120 manat ödəmişdir. Bundan sonra o, icarəyə verən şəxsə əgər işi alınarsa hər gün onun kartına 60 manat göndərəcəyini, lakin işi alınmayacaqsa, avtomobili vaxtından əvvəl təhvil verəcəyini bildirmişdir. O, 4 günlük icarə haqqın karta ödəmişdir. xx.xx.2024-cü il tarixdə səhhətində problem olduğu üçün X8 avtomobili ilə X3 yerlədirilmiş və təxminən 7 gün müalicə olunmuşdur. O, xəstəxanaya yerləşdirildiyi gündən avtomobili icarəyə verənə zəng edərək xəstəxanada olduğu üçün avtomobili idarə edə bilməyəcəyini və avtomobili təhvil almalarını demiş, lakin onlar tərəfindən heç bir tədbir görülməmişdir. Ona görə də, xx.xx.2024-cü il tarixdə özü avtomobili apararaq təhvil vermişdir. İddiaçı təşkilatın göstərdiyi kimi deyil, əslində o, İddiaçı MMC-yə ümumilikdə 800 manat ödəniş etmiş, bundan başqa o, ödəniş edərkən ödəniləcək puldan 10 manat onun xeyrinə çıxmışlar. Onun az miqdarda borcu qalmışdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, 196 nömrəli “X1 müqaviləsi”nin surətindən görünür ki, İddiaçı MMC və fiziki şəxs Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən, Cavabdeh 2011-ci il buraxılışlı, BAN UMUJİ81BBBU55716 nömrəli,**-CD-*** dövlət qeydiyyat işanlı, “Hyundai Tucson” markalı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarəyə götürərək hər günü üçün 60 manat, cəmi 1500 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışındn görüür ki, Cavabdeh tərəfindən icarə haqqı olaraq 500 manat ödənilmiş, ödənilməli olan 1000 manat icarə haqqı ödənilməmiş qalmışdır. İşdə olan Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki,Cavabdeh ödənilməmiş 1000 manat pulun ödənilməsi təklif edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi vatsap yazışmalarını əks etdirən görüntülərdən görünür ki, İddiaçı MMC-nə Cavabdeh tərəfindən icarə haqqı olaraq ********* nömrəli qəbzlə 50 manat, ********** nömrəli qəbzlə 180 manat, ********* nömrəli qəbzlə 60 manat, ********* nömrəli qəbzlə 120 manat, ********* nömrəli qəbzlə 60 manat, ********* nömrəli qəbzlə 120 manat **********674714 nömrəli plastik karta ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 700.1-ci maddəsində göstərilir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsində göstərilir ki, icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İşin mübahisələndiriləyən halları ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 196 nömrəli “X1 müqaviləsi”nə əsasən İddiaçı MMC fiziki şəxs Cavabdeh 2011-ci il buraxılışlı, BAN UMUJİ81BBBU55716 nömrəli, **-CD-*** dövlət qeydiyyat işanlı, “Hyundai Tucson” markalı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər sutkası üçün 60 manat olmaqla icarəyə vermiş və cavabdeh hər gün üçün 60 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh icarə müqaviləsi bağlanılarkən ilkin ödəniş kimi 120 manat ödəmiş, sonradan səhətində problemlər yarandığı üçün avtomobili idarə edə bilməmiş, xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini icarə verənə qaytarmış, lakin buna baxmayaraq o, iddiaçı tərəfindən təqdim edilən plastik karta 590 manat ödəmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq, belə qənaətə gəlir ki, cavabdeh İddiaçı MMC-dən icarəyə götürdüyü 2011-ci il buraxılışlı, BAN UMUJİ81BBBU55716 nömrəli, **- CD-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Tucson” markalı nəqliyyat vasitəsini iddiaçı təşkilata qaytarmaqla birtərəfli qaydada müqavilənin ləğvi barədə iradə ifadəsi nümayiş etdirmiş, müqavilə müddəti xx.xx.2014-ci il tarixədək razılaşdırılsada, xx.xx.2024-ci il tarixdə müqavilə ləğv edilmişdir. Cavabdeh xx.xx.2024-ci il tarixdən xx.xx.2024-ci il tarixədək müddətdə öhdəliyin icrası ilə əlaqədar cəmi 710 manat ödəniş etmiş, hazırda onun icarə müqaviləsi üzrə ödənilməmiş 250 manat məbləğində borcu qalmışdır. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehin etirazına münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448 və 700-cü maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, icarə müqaviləsi üzrə borcunun ödənilməsi barədə tələb qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə olan sübutlara tətbiq edilməli hüququn normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 250 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu təmin edilən hissədə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 250 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin əvəzi, ümumilikdə 260 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş dövlət rüsumu qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(041)-463/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-463/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver