Məhkəmə qərarları › İş №e-2(041)-475/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-475/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-475/2025 27.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, İsayev Orxaan Mahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı QSC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 014A********** saylı kredit müqaviləsi üzrə 3814.8 manat məbləğində kredit borcu, 588.50 manat faiz borcu,159.32 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 4562.62 manat məbləğində borcun, həmçinin Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli,014K**********01 saylı kredit müqaviləsi üzrə 488.28 manat məbləğində kredit borcu, 86.58 manat məbləğində faiz borcu və 50.08 manat məbləğində cərimə olmaqla, cəmi 624.94 manat məbləğində borcun və ödənilmiş 71.88 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli, 014A********** saylı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”,Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdını öz imzası ilə təsdiq etmişdir. Həmin müqavilyə əsasən Cavabdeh Abdulhüeyn oğluna aylıqfaiz dərəcəsi 1.6667 faiz olmaqla 36 ay müddətibə kredir müqaviləsinin ayrılmaz hissə olan 1 aylıq əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində krediti götürmüşdür. O,xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1185.20 manat ödəniş etmiş və onun iddiaçıya 3814.8 manat məbləğində kredit borcu qalmışdır. Müqaviləsinin 7.6-cı bəndinə əsasən kreditin ərizdə razılaşdırılmış kartı hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab eilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizllərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılıır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilər ki, o, kredi borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 291 gün üçün hesablanmış faiz borcu 588.50 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda,hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il atrixinə 291 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 159.32 manat təşkil edir. Bundan başqa Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 014KK**********01 saylı kredit müqaviləsi əsasında cavabadehə “Master Platinum” Credir Card” növlü kart hesabı və 36 ay müddətinə 500 manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh əsas borcu üzrə 488.28 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə müvafiq olaraq xx.xx.2024cü il tarixə 352 gün üçün hesablanmış faiz borcu 86.58 manat, cərimə borcu isə 50.08 manat təşkil edir.Cvabdehə yaranmış borcun ödənilməsinə dair rəsmi xəbərarlıq edilməsinə baxmayaraq,cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. Odur ki, o, yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı QSC tərəfindən elektron formada daxil olan ərizəsində işə iddiaçının iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, qismən iddia tələbi ilə razıdır. Belə ki, o,uşaqlarının müalicəsi üçün kredit götürmüşdür. İşdən çıxdığı üçün pulu ödəyə bilməmişdir.O, bank əməkdaşlarından borcu endirmələrini xahiş etmiş, lakin onlar razı olmamışlar. O, yeni iş yeri tapmışdır. Odur ki, onun maddi vəziyətini nəzərə almağı xahiş etdi. Məhkəmə işdəki sübutları tədqiq edərək və cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan cavabdehə aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mehdiyev X2 rayonu, Qarabucaq qəsəbəsində qeydiyyatdadır. İşdə olan xx.xx.2019-cu il tarixli, “Bank xidmətləri X1 Ümumi Şərtləri” haqqında müqavilədən görünür ki, CavabdehTariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və imzası ilə təsdiq etmişdir. Həmin müqavilyə əsasən Cavabdeh Abdulhüeyn oğluna aylıqfaiz dərəcəsi 1.6667 faiz olmaqla 36 ay müddətibə kredir müqaviləsinin ayrılmaz hissə olan 1 aylıq əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində krediti, ödəniş planına əsasən razılaşdırılmış tarixdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli, 014KK**********01saylı saylı kredit müqaviləsi əsasında cvabadehə “Master Platinum” Credir Card” növlü kart hesabı və 36 ay müddətinə 500 manat məbləğində kredit limiti açılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli, 014A********** saylı kredit müqaviləsi üzrə borcu 3814.8 manat məbləğində əsas borc, 588.50 manat məbləğində faiz borcu və 159.32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4562.62manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli, 014KK8481901 saylı Master Platinum” Credir Card” növlü kart hesabı üzrə borcu 488.28 manat məbləğində əsas borc, 86.58 manat məbləğində faiz borcu və 50.08 manat məbləğində cərimə borcu olmaqla, cəmi 624.94 manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli, 002A********** saylı kredit müqaviləsi üzrə borcu 488.28 manat məbləğində əsas borc, 86.58 manat məbləğində faiz borcu və 50.08 manat məbləğində cərimə borcu olmaqla, cəmi 624.94 manat təşkil edir. Məhkəmə maddi hüquq normaları baxımından qeyd etməyi zəruri sayır ki, cavabdeh kreditor İddiaçı QSC ilə bağlanmış kredit razılaşması əsasında yaranmış öhdəlik münasibətlərinin tərəfi kimi öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə ki, kreditor İddiaçı QSC Cavabdeh kredit verilməsi barədə müqavilə bağlayarkən müəyyən edilmiş müddətdə əsas borcun qaytarılması ilə yanaşı həmin məbləğə hesablanmış faizlərin ödənilməsinə ümid etmiş, lakin Cavabdeh tərəfindən öhdəlik icra edilmədiyindən iddiaçının mənafeləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh ilə arasında bağlanmış müqavilələr əsasında kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri və cərimləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İşin faktiki hallarından məlum olur ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı kredit borcunun və faizin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının cərimənin tutulması hissəsində tələbini araşdıraraq hesab edir ki, bu hissədə tələb qismən təmin edilməli və cərimə azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzər alınır. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı işin faktiki hallarını, kreditorun əmlak mənafelərini nəzərə alaraq xx.xx.2022-ci il tarixli, 014A********** nömrəli müqavilə üzrə tələb edilən 159.32 manat məbləğində cərimənin 30 manat, xx.xx.2022-ci il tarixli, 014KK**********01 saylı müqavilə üzrə tələb edilən 50.08 manat məbləğində cərimənin 10 manat məbləğinədək azaldılması qənaətinə gəlir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən tələbi təmin olunmalı, Cavabdeh xx.xx.2022-ci il tarixli, 014A********** saylı kredit müqaviləsi üzrə 3814.8 manat məbləğində əsas borc, 588.50 manat faiz borcu və 30 manat cərimə borcu olmaqla cəmi 4433.3 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli, 014KK**********01 saylı kredit müqaviləsi üzrə 488.28 manat məbləğində əsas borc, 86.58 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 584.86 manat məbləğində borc və ödənilmiş 71.88 manat məbləğində dövlət rüsumu, ümumilikdə 5090.04 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 014A********** saylı kredit müqaviləsi üzrə 3814.8 manat məbləğində əsas borc, 588.50 manat faiz borcu və 30 manat cərimə borcu olmaqla, cəmi 4433.3 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli, 014KK**********01 saylı kredit müqaviləsi üzrə 488.28 manat məbləğində əsas borc, 86.58 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 584.86 manat məbləğində borc və ödənilmiş 71.88 manat məbləğində dövlət rüsumu, ümumilikdə 5090 (beş min doxsan) manat 04(dörd) qəpik məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar