Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-478/2025 18.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı “İnkişaf üçün Maliyyə» Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra BOKT "xxxx" MMC) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiaya dair mülki işə məhkəmənin binasında sadələşdirilmiş yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT "xxxx" MMC məhkəmədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə 2174.24 manat əsas, 454.19 manat faiz borcu olmaqla, cəmi 2628.43 manat, dövlət rüsumu olaraq ödənilmiş 47 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, lakin, bildirişin cavabehə çatıb-çatmaması barədə məhkəməyə hər hansı sənəd daxil olmamışdır. İddiaçı BOKT "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, borclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Kürdəmir filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmişlər və onlarla təşkilat arasında xx.xx.2022-ci il tarixli L-KD-0058959-F nömrəli X7 bağlanmışdır. Daha sonra X4 əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh2 ilə xx.xx.2022-ci il, L-KD- 0058959-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, birgə borclulara 24 ay müddətinə, aylıq 2.25%, illik 27 % olmaqla 6000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh4 və Cavabdeh1 ilə KD-00003218 VƏ KD-00005653 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, bu günə qədər borclu tərəfindən əsas məbləğ üzrə 3825 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 1898.69 manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 625.55 manat olmaqla, cəmi 6350 manat ödənilmişdir. Beləliklə, hal-hazırda borclunun təşkilata ödənilməmiş 2174.24 manat əsas, 454.19 manat faiz borcu borcu qalmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə 2174.24 manat əsas, 454.19 manat faiz borcu olmaqla, cəmi 2628.43 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlər Cavabdeh2, X11 və X12 və zamin Cavabdeh4 və Cavabdeh1 dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayara, lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli L-KD-0058959-F saylı müqaviləsindən görünür ki, birgə borclular Cavabdeh2, X8 və X6 24 ay müddətinə, aylıq 2.25%, illik 27 % olmaqla 6000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, KD-00003218-F saylı “Zaminlik” müqaviləsindən görünür ki, Cavabdeh4 birgə borcluların Kredit Təşkilatına ödəməli olan borcu ilə əlaqədar olaraq onların kredit təşilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Kredit Təşkilatı qarşında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli, KD-00005653 saylı “Zaminlik” müqaviləsindən görünür ki, Cavabdeh1 birgə borcluların Kredit Təşkilatına ödəməli olan borcu ilə əlaqədar olaraq onların kredit təşilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Kredit Təşkilatı qarşında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan borcun ödənilməsinə dair “sənədlərinizin məhkəməyə müraciəti” barədə bildirişdən görünür ki, borclular Cavabdeh2, X8 və X6 və Cavabdeh4 və Cavabdeh1 borcun ödənilməsi təklif edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 BOKT "xxxx" MMC-yə olan borcu 2174.24 manat əsas, 454.19 manat faiz borcu olmaqla, cəmi 2628.43 manat təşkil edir. Məhkəmə sübutları tədqiq edərək müəyyən edir ki, borclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ilə bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Kürdəmir filialı arasında xx.xx.2022-ci il tarixli, L-KD-0058959-F nömrəli X7 bağlanmış, birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh2 ilə bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Kürdəmir filialı arasında xx.xx.2022-ci il, L-KD-0058959-F saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, birgə borclulara 24 ay müddətinə, aylıq 2.25%, illik 27 % olmaqla 6000 manat məbləğində kredit verilmişdir. Borclular öhdəliyi lazımınca icra etməmişlər və nəticədə 2174.24 manat əsas, 454.19 manat faiz borcu olmaqla, cəmi 2628.43 manat borc qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənlişdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər iddiaçı ilə bağladıqları kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh4 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2, X3, X1 Cavabdeh4 və Cavabdeh1 zamin olduqlarından və sonuncular kredit müqaviləsi üzrə öhdəliyi icra etmədiyindən onlar iddiaçı qarşısında borclularla ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. İş materiallarından görünür ki, BOKT "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılarkən 47 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu və bank xidməti haqqı iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə 2174.24 manat əsas borc, 454.19 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 manat, ümumilikdə 2675,43 manat məbləğində pul vəsaiti alınıb iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 284-1 – 284-6, və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 2174.24 manat əsas borc, 454.19 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 manat olmaqla, ümumilikdə 2675 (iki min altı yüz yetmiş beş) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(041)-478/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-478/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver