Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-690/2025 15.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Cavabdeh8 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC (bundan sonra BOKT "xxxx" MMC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, L-KD-0064075-F saylı Kredit, Birgə Borcluluq və KD-00007277, KD-00007278, KD- 00007942 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh6, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh9və Cavabdeh1 müştərək qaydada ödənilməmiş əsas məbləğ üzrə 16061,87 (on altı min altmış bir manat 87 qəpik) manat, faiz borcu üzrə 800,42 (səkkiz yüz manat 42 qəpik) manat, cərimə üzrə 193,65 (bir yüz doxsan üç manat 65 qəpik) manat və 1857,37 (bir min səkkiz yüz əlli yeddi manat 37 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 18913,31 (on səkkiz min doqquz yüz on üç manat 31 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh6, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh7 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nin Kürdəmir filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmişlər və onlarla təşkilat arasında xx.xx.2023-cü il tarixili, L-KD-0064075-F nömrəli X3 bağlanmışdır. Daha sonra X2 əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh6 ilə xx.xx.2023-cü il tarixili, L-KD-0064075-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, aylıq 2.92 %, illik 23 % olmaqla 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh2, Cavabdeh4, Cavabdeh9 və Cavabdeh1 ilə müvafiq olaraq ilə KD-00007277, KD-00007278, KD00007942 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 8938,13 (səkkiz min doqquz yüz otuz səkkiz manat 13 qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 6850,73 (altı min səkkiz yüz əlli manat 73 qəpik) manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 231,14 (iki yüz otuz bir manat 14 qəpik) manat olmaqla cəmi 16020 (on altı min iyirmi) manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 16061,87 (on altı min altmış bir manat 87 qəpik) manat, faiz borcu üzrə 800,42 (səkkiz yüz manat 42 qəpik) manat, cərimə üzrə 193,65 (bir yüz doxsan üç manat 65 qəpik) manat məbləğində borcu var. Bundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixili, L-KD-0064075- F saylı Kredit Müqaviləsinin 6.6 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər(əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər(əldən çıxmış fayda) 1857,37 (bir min səkkiz yüz əlli yeddi manat 37 qəpik) manat təşkil edir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X1 Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə borcu olduğunu etiraf etmiş, işləmədiyi üçün borcunu hissə-hissə icra etməsi üçün ona vaxt verilməsini istəmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh6, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh7 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nin Kürdəmir filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmişlər və onlarla təşkilat arasında xx.xx.2023-cü il tarixili, L-KD-0064075-F nömrəli X3 bağlanmışdır. Daha sonra X2 əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh6ilə xx.xx.2023-cü il tarixili, L- KD-0064075-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, aylıq 2.92 %, illik 23 % olmaqla 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 8938,13 (səkkiz min doqquz yüz otuz səkkiz manat 13 qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 6850,73 (altı min səkkiz yüz əlli manat 73 qəpik) manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 231,14 (iki yüz otuz bir manat 14 qəpik) manat olmaqla cəmi 16020 (on altı min iyirmi) manat məbləğində pul ödənilmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş; - Cavabdehlər Cavabdeh6, Cavabdeh8, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh7 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nin Kürdəmir filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmişlər və onlarla təşkilat arasında xx.xx.2023-cü il tarixili, L-KD-0064075-F nömrəli X3 bağlanmışdır. Daha sonra X2 əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh6ilə xx.xx.2023-cü il tarixili, L-KD-0064075-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh2, Cavabdeh4, Cavabdeh9 və Cavabdeh1ilə müvafiq olaraq ilə KD-00007277, KD-00007278, KD00007942 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 8938,13 (səkkiz min doqquz yüz otuz səkkiz manat 13 qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 6850,73 (altı min səkkiz yüz əlli manat 73 qəpik) manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 231,14 (iki yüz otuz bir manat 14 qəpik) manat olmaqla cəmi 16020 (on altı min iyirmi) manat məbləğində pul ödənilmişdir. Təşkilatla borclunun zamini arasında bağlanmış KD-00007277, KD-00007278, KD- 00007942Zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə verib. - BOKT "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə əsas məbləğ üzrə 16061,87 (on altı min altmış bir manat 87 qəpik) manat, faiz borcu üzrə 800,42 (səkkiz yüz manat 42 qəpik) manat, cərimə üzrə 193,65 (bir yüz doxsan üç manat 65 qəpik) manat, cəmi 18913.31 manat məbləğində borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən etdi ki, cavabdehin qeyd edilən müqavilə üzrə 16061.87 manat əsas, faiz borcu üzrə 800.42 manat, cərimə borcu üzrə 193.65 manat və 1857.37 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla cəmi 18913.31 manat məbləğində kredit borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini təmamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti cavabdehlərdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada 16061.87 manat əsas, 800.42 manat faiz borcu, 193.65 manat cərimə, əldən çıxmış faydanın əvəzi olaraq 1857.37 manat olmaqla, 18913.31 manat manat tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməlidir İş materiallarından görünür ki, iddiaçı 147 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 241-244,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada 16061.87 manat əsas, 800.42 manat faiz borcu, 193.65 manat cərimə, əldən çıxmış faydanın əvəzi olaraq 1857.37 manat olmaqla, 18913.31 (on səkkiz min doqquz yüz on üç manat 31 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147 (bir yüz qırx yeddi) manat tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-690/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-690/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver