Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-734/2025 09.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulnması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli KRLMB-11341 saylı kredit müqaviləsi üzrə kreditə görə 775,66 manat əsas, faiz borcuna görə 61,1 manat, cərimə borcuna görə 137,83 manat, borcun cəmi məbləği 974,59 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması; Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi,1. 1. Boyunbağızəncir -1 ədəd,çəkisi – 8,8 qr,əyarı - 750; 2. Qolbaq zəncir -1 ədəd,çəkisi – 4,5 qr,əyarı – 750; 3. Sırğa fantaziya -1 ədəd,çəkisi – 7,7 qr,əyarı – 583; 4. Kişi üzüyü -1 ədəd,çəkisi – 4,6 qr,əyarı – 583; 5. Nişan üzüyü -1 ədəd,çəkisi – 3,2 qr,əyarı – 583; cəmi: 28,8 qr. Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli KRLMB-11341 saylı kredit müqaviləsi üzrə 775,66 manat əsas, faiz borcuna görə 61,1 manat, cərimə borcuna görə 137,83 manat borcun, cəmi 974,59 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli KRLMB- 11341 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulnması tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-734/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-734/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver