Məhkəmə qərarları › İş №e-2(041)-775/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-775/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-775/2024 15.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti. 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh20 iyun 2013-cü il tarixli 9726 saylı kredit müqaviləsi üzrə əsas 13519.49 manat, faiz borcu 3795.54 manat olmaqla, cəmi 17315.03 manat borc məbləğinin İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin xeyrinə tutulması, Borc tələbinin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən 0,0352 ha torpaq sahəsində yerləşən 3 girişli, 244.8 kv.m ümumi, 213.4 kv.m əsas, 31.4kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli ipoteka qoyulmuş qeyri yaşayış binasına yönəldilməsi, İpoteka Predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin xeyrinə əsas borc 13519.49 manat, faiz borcu 3795.54 manat olmaqla, cəmi 17315.03 manat kredit borcunun və 141.94 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, “Azərbaycan Beynəlxalq Bankı“ Açıq Səhimdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında «Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixcli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar» "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı Cavabdeh "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-KUR-56 saylı təhviltəslim Aktı əsasında İddiaçı Qapalı Səhimdar Cəmiyyətinə ötürülmüşdür."xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2013-cü il tarixli 9726 nömrəli kredit müqaviləsinə əsasən Cavabdehna istehlak məqsədi üçün 24 ay müddətinə illik 18 faizlə 32000 ( otuzikimin ) manat kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdehna mülkiyyətində olan Kürdəmir rayonu, Ərəşli kəndində yerləşən 0,0352 ha torpaq sahəsində yerləşən 3 girişli, 244,8 kv.m ümumi, 213,4 kv.m əsas, 31,4 kv.m köməkçisahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (yeməkxana) ipoteka qoyulmuş və bununla bağlı Azərbaycan Beynəlxalq Bankının Kürdəmir filialı ilə ipoteka qoyan Cavabdeh arasında 20 iyun 2013-cü il tarixli25 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və ipoteka hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdehqrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməletməmişdir. Bununla da Cavabdeh kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. Cavabdeh İddiaçı QSC-yə olan əsas borc13519,49 manat, faiz borcu 3795,54 manat olmaqla, cəmi borc 17315,03 (on yeddi min üç yüz on beşmanat, 03qəpik) manat məbləğində təşkil edir. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubu və ipoteka bildirişi nəticəsiz qalmışdır. Borcun ödənilməsi tələbi ilə Cavabdeh dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Ona görə də Cavabdeh İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin xeyrinə 20 iyun 2013-cü il tarixli 9726 saylı kredit müqaviləsi üzrə əsas borc13519,49 manat, faiz borcu 3795,54 manat olmaqla, cəmi 17315,03 (on yeddi min üç yüz on beş manat, 03 qəpik) manatborc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması; 2. Borc tələbinin ipoteka predmeti olanCavabdeh mülkiyyətində olan Kürdəmir rayonu, Ərəşli kəndində yerləşən 0,0352 ha torpaq sahəsində yerləşən 3 girişli, 244,8 kv.m ümumi, 213,4 kv.m əsas, 31,4 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli ipoteka qoyulmuş qeyri yaşayış binasına yönəldilməsi; 3. İpoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh İddiaçı QSC-yə olan əsas borc 13519,49 manat, faiz borcu 3795,54 manat olmaqla, cəmi 17315,03 (on yeddi min üç yüz on beş manat, 03 qəpik) manat kredit borcunun vəödənilmiş 141.94 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən təkrar məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş xx.xx.2013-ci il tarixli 9726 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə illik 18 faizlə 32000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İpoteka saxlayan "xxxx" ASC-nin Kürdəmir filialı ilə İpoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 25 nömrəli müqavilənin surətindən görünür ki, xx.xx.2013-ci il tarixli 9726 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X3 mülkiyyətində olan Kürdəmir rayonu Ərşəli kəndində yerləşən 0,0352 ha torpaq sahəsində yerləşən 3 girişli, 244,8 kv.m ümumi, 213,4 kv.m əsas, 31,4 kv,m köməkçi sahədən ibarət 12 mərtəbəli qeyri-yaşayış binası (yeməkxana) iproteka qoymuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Ərşəli kəndində mülkiyyətində olan 0,0352 ha torpaq sahəsində yerləşən 3 giriş, 244,8 kv.m ümumi, 213,4 kv.m əsas, 31,4 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli Qeyri yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın reyestrində 1 nömrəli reyestr kitabının 13 nömsrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC -yə olan problemli borc üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli, S-FK-KUR-56 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhimdar Cəmiyyətinə xx.xx.2013-cü il tarixli, 9726 nömrəli kredit müqaviləsi üzrə 13519,49 manat əsas, 3795,54 manat faiz borcu olmaqla, cəmi 17315,03 manat məbləğində kredit borcu var. İş materiallarına əlavə olunmuş və İddiaçı QSC-nin Ucar Filialı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2021-ci il tarixli, 043 nömrəli bildirşdən görünür ki, ona İddiaçı QSC-yə olan kredit borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı“ Açıq Səhimdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında «Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixcli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar» "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı Cavabdeh "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-KUR-56 saylı təhvil-təslim Aktı əsasında İddiaçı Qapalı Səhimdar Cəmiyyətinə ötürülmüşdür."xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2013-cü il tarixli 9726 nömrəli kredit müqaviləsinə əsasən Cavabdehna istehlak məqsədi üçün 24 ay müddətinə illik 18 faizlə 32000 ( otuzikimin ) manat kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdehna mülkiyyətində olan Kürdəmir rayonu, Ərəşli kəndində yerləşən 0,0352 ha torpaq sahəsində yerləşən 3 girişli, 244,8 kv.m ümumi, 213,4 kv.m əsas, 31,4 kv.m köməkçisahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (yeməkxana) ipoteka qoyulmuş və bununla bağlı Azərbaycan Beynəlxalq Bankının Kürdəmir filialı ilə ipoteka qoyan Cavabdeh arasında 20 iyun 2013-cü il tarixli25 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və ipoteka hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdehqrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməletməmişdir. Bununla da Cavabdeh kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. Cavabdeh İddiaçı QSC-yə olan əsas borc13519,49 manat, faiz borcu 3795,54 manat olmaqla, cəmi borc 17315,03 (on yeddi min üç yüz on beşmanat, 03 qəpik) manat məbləğində təşkil edir. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubu və ipoteka bildirişi nəticəsiz qalmışdır. Borcun ödənilməsi tələbi ilə Cavabdeh dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 279-cu maddənin tələbinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və satılmadığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında itcra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə, qeyri-yaşayış sahəsinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşpayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini tərk etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh 20 iyun 2013-cü il tarixli, 9726 saylı kredit müqaviləsi üzrə 13519,49 manat əsas borc, 3795,54 manat olmaqla, cəmi 17315,03 manat borc məbləği İddiaçı QSC-nin xeyrinə tutulmalı, borc tələbinin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən 0,0352 ha torpaq sahəsində yerləşən 3 girişli, 244,8 kv.m ümumi, 213,4 kv.m əsas, 31,4 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli ipoteka qoyulmuş qeyri yaşayış binasına yönəldilməli, İpoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh İddiaçı QSCyə olan əsas borcu 13519,49 manat, faiz borcu 3795,54 manat olmaqla, cəmi 17315,03 manat kredit borcunun və ödənilmiş 141,94 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin.

1. Cavabdeh 20 iyun 2013-cü il tarixli, 9726 saylı kredit müqaviləsi üzrə 13519,49 manat əsas borc, 3795,54 manat olmaqla, cəmi 17315,03 manat borc məbləği İddiaçı QSC-nin xeyrinə tutulsun.

2. Borc tələbinin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən 0,0352 ha torpaq sahəsində yerləşən 3 girişli, 244,8 kv.m ümumi, 213,4 kv.m əsas, 31,4 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli ipoteka qoyulmuş qeyri yaşayış binasına yönəldilsin.

3. İpoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh İddiaçı QSC-yə olan əsas borcu 13519,49 manat, faiz borcu 3795,54 manat olmaqla, cəmi 17315,03 manat kredit borcunun və ödənilmiş 141,94 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar