Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Kürdəmir rayon İş № e-2(041)-842/2024 07.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən, Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu ünvan 1 ünvanda yerləşən Kreditor MMC-nin Kürdəmir rayonu, Qarasaqqal kəndində yaşayan Borclu qarşı pulun tutulması tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib Məyyən etdim: Məhkəməyə daxil olmuş ərizə və ərizəyə əlavə olunmuş sənədlərdən məlum olur ki, iş üzrə cavabdeh Borclu iddiaçı Kreditor MMC ilə müddəti 12 ay olmaqla 10 iyul 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 584 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 540 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqısatqı müqaviləsinə əsasən borclu müqavilə müddəti bitdikdən sonra ərizəçiyə qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürüb. Belə ki, borclunun ərizəçiyə əsas borcdan əlavə olaraq 3078 manat faiz borcu yaranmışdır. (540 manat x 570 gün x 1%=3078 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 manat məMMC bləğində tələb edir. Kreditor xx xxxxxx 1996-cı il təvəllüdlü Borclu 10 iyul 2021-ci il tarixli, QQK5992742 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 540 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 840 manat məbləğində pulun alınaraq iddiaçı Kreditor MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Kreditor MMC ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, QQK5992742 nömrəli Borc müqaviləsindən görünür ki, cavabdeh Borclu Kreditor MMC-dən hissə-hissə ödəniş şərti ilə 584 manat məbləğində məişət avadanlığı almış, 44 manat ilkin ödəniş etmiş, qalan 540 manat məbləği 12 ay müddətinə aylıq 45 manat olmaqla Kreditor MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 190 nömrəli maliyyə arayışından görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, QQK5992742 nömrəli Borc müqaviləsi üzrə ödənilməmiş 540,00 manat əsas borcu qalmışdır. İş materiallarında olan Dövlət qeydiyyatı haqqında 0102-A1-570 nömrəli şəhadətnamədən görünür ki, Kreditor 12 iyun 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası MPM-nin 276-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə, sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 280-ci maddəsinə görə məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatlar dinlənilmək üçün tərəflər çağrılmadan çıxarılır. Həmin məcəllənin 284.1-ci məddəsinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Həmin məcəllənin 284.2-ci maddəsində göstərilir ki, əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Məhkəmə hesab edir ki, kreditorun tələbi aşkar olmaqla, borclunun mübahisə edilməyən vəzifəsinə, sadə yazılı formada bağlanmış əqdə əsaslanır və buna görə də məhkəmə əmri verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 276, 281-284-cü maddələrini rəhbər tutaraq, Əmr edirəm: xx xxxxxx 1996-cı il təvəllüdlü cavabdeh Borclu 10 iyul 2021-ci il tarixli, QQK5992742 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 540 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 840 manat məbləğində pulun alınaraq iddiaçı Kreditor MMC-yə ödənilsin. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(041)-842/2024
Kürdəmir Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(041)-842/2024
07.03.2024 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver