Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Kürdəmir rayon İş № e-2(041)-863/2024 07.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Kreditor MMC-nin (Bakı şəh., Yasamal rayonu, Mətbuat pr., 24), Borclu (xx.xx.1992-ci il təvəllüdlü, Kürdəmir rayonu Qarabucaq kəndi) qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor Kürdəmir Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Borclu 21 dekabr 2019-cu il tarixli SXK5709541 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 253 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 453 manat məbləğində borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, kreditor tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 21 dekabr 2019-cu il tarixli SXK5709541 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borclu cəmiyyətdən dəyəri 554 manat olan məişət avadanlığı əldə etmişdir. Hazırda borclunun qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən 253 manat əsas, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu yaranmışdır. İşdə olan, maliyyə arayışından görünür ki, Borclu 21 dekabr 2019-cu il tarixli SXK5709541 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 253 manat əsas, 100 manat faiz borcu qalmışdır. İşdə olan sənədlərdən məlum olur ki, yaranmış borc Borclu tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1. alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Ona görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq, ƏMRETDİ: Ərizə təmin olunsun. Borclu (xx.xx.1992-ci il təvəllüdlü, Kürdəmir rayonu Qarabucaq kəndi) 21 dekabr 2019-cu il tarixli SXK5709541saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 253 manat əsas borc, 100 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 453 (dörd yüz əlli üç) manat tutularaq Kreditor MMC-yə (Bakı şəh., Yasamal rayonu, Mətbuat pr., 24) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir və icra sənədidir. Məhkəmə əmrindən şikayət verilə bilməz. H A K İ M: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-863/2024
Kürdəmir Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(041)-863/2024
07.03.2024 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver