Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Kürdəmir rayon İş № e-2(041)-864/2024 11.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən, Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu ünvan 1 ünvanda yerləşən Kreditor MMC-nin Kürdəmir rayonu, Şilyan kəndində yaşayan Borclu qarşı pulun tutulması tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib Məyyən etdim: Məhkəməyə daxil olmuş ərizə və ərizəyə əlavə olunmuş sənədlərdən məlum olur ki, iş üzrə cavabdeh Borclu iddiaçı Kreditor MMC ilə müddəti 12 ay olmaqla 06 fevral 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 733 manat olan məişət avadanlığı əldə edib. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 732 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqısatqı müqaviləsinə əsasən borcludan müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 5270 manat faiz borcu yaranmışdır. (732 manat x 720 gün x 1%=5270 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Kreditor MMC xx xxx 1995-ci il təvəllüdlü cavabdeh Borclu 06 fevral 2021-ci il tarixli, MHK6001042 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 732 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1032 manat məbləğində pulun alınaraq iddiaçı Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Kreditor MMC ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MNK6001042 nömrəli Borc müqaviləsindən görünür ki, Borclu Kreditor MMC-dən hissə-hissə ödəniş şərti ilə 733 manat məbləğində məişət avadanlığı almış, 1 manat ilkin ödəniş etmiş, qalan 732 manat məbləği 12 ay müddətinə aylıq 61 manat olmaqla Kreditor MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 6025 nömrəli maliyyə arayışından görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MNK6001042 nömrəli Borc müqaviləsi üzrə ödənilməmiş 732,00 manat əsas borcu qalmışdır. İş materiallarında olan Dövlət qeydiyyatı haqqında 0102-A1-570 nömrəli şəhadətnamədən görünür ki, Kreditor 12 iyun 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası MPM-nin 276-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə, sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 280-cı maddəsinə görə məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatlar dinlənilmək üçün tərəflər çağrılmadan çıxarılır. Həmin məcəllənin 284.1-ci məddəsinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Həmin məcəllənin 284.2-ci maddəsində göstərilir ki, əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Məhkəmə hesab edir ki, kreditorun tələbi aşkar olmaqla, borclunun mübahisə edilməyən vəzifəsinə, sadə yazılı formada bağlanmış əqdə əsaslanır və buna görə də məhkəmə əmri verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 276, 281-284-cü maddələrini rəhbər tutaraq, Əmr edirəm: xx.xx.1995-ci il təvəllüdlü Borclu 06 fevral 2021-ci il tarixli, MHK6001042 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 732 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1032 manat məbləğində pulun alınaraq iddiaçı Kreditor MMC-yə ödənilsin. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(041)-864/2024
Kürdəmir Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(041)-864/2024
11.03.2024 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver