Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1042/2023 20.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən eti: İddiaçı Cavabdeh qarşı Cavabdeh müxtəlif vaxtlarda işlərin görülməsi üçün verdiyi 12000 manat pul vəsaitinin alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, cavabdehlə İİ Qarabağ Müharibəsi dövründə tanış olmuşdur. Müharibədən sonra cavabdeh ona bildirmişdir ki, Gədəbəy rayonunda torpaq sahəsi icarəyə götütüb, tərəvəz məhsulları yetişdirmək və gəlir əldə etmək olar. Onlar birlikdə Gədəbəy rayonunda kartov, kök və kələm əkib-becərmək qərarına gəlmişlər. Aralarında razılıq əldə etmişlər ki, o, cavabdehə torpaq sahəsi icarəyə götürmək üçün pul verəcək, sonra kartof, kök və kələm əkib-becərmək üçün xərcləri çəkəcəkdir. Cavabdeh isə məhsulu satıb, gəliri onunla böləcəkdir. O, əvvəlcə cavabdehə torpaq sahəsi icarəyə götürmək üçün 200 manat vermiş, toxum alınması üçün pul kartına 1000 manat göndərmişdir. Daha sonra cavabdehin təkidi ilə ona əlavə torpaq icarəyə götürmək üçün yenidən 1000 manat göndərmiş, toxum,dərman alınması, anbarda saxlanılması üçün cavabdehə əvvəlcə 980 manat, daha sonra 40 manat göndərmişdir. Bundan sonra da cavabdeh yerin baha olduğunu demiş və pul istəmiş, cavabdehə müxtəif vaxtlarda 500, 200, 250, 800 manat, su pulu olaraq 300 manat göndərmişdir. Onun qardaşı da öz adından cavabdehə iki dəfə 300 manat göndərmişdir. Cavabdeh əkinə gübrə vurmaq üçün də pul istəmiş, o,kredit alaraq, gübrə üçün cavabdehə əvvəlcə 1000 manat, sonra 700 manat göndərmişdir. Beləliklə, cavabdehə müxtəlif vaxtlarda cəmi, 12000 manat vermişdir. Cavabdeh bundan əlavə də ondan pul istəmiş, o, xərclərin çox olduğunu bildirmiş, pul verməkdən imtina etmiş, cavabdehdən yalnız çəkdiyi xərcləri istəmişdir. Cavabdeh məhsulu Rusiya Federasiyasına aparacağını bildirmişdir. Bir qədər sonra o, cavabdehdən satılmış məhsulun pulunu istəyəndə, cavabdeh bildirmişdir ki, malı alan şəxs ölmüşdür. O, cavabdeh barəsində Gədəbəy RPŞ-ə şikayət etmiş, lakin iş üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Ona görə də, o, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştiakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan 22 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın və iddiaçının təhqiqat zamanı verdiyi izahatın surətlərindən görünür ki, iddiaçı cavabdehin ondan 8550 manat aldığını bildirmişdir. İşdə olan Cavabdeh təhqiqat zamanı verdiyi izahatın surətindən görünür ki, o, iddiaçının həqiqətən ona pul göndərdiyini, lakin pulları əkin üçün xərclədiyini bildirmişdir. İşdə olan pul köçürmələrinin qəbzlərinin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin adına cəmi, 2280 manat pul köçürülmüşdür. İşdə olan Qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 126,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izаhаtını və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələb qismən təmin еdilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2; 14.2.1;14.2.6. və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə tapşırıq müqaviləsi bağlamış, ona yerinə yetirəcəyi işlə əlaqədar pul vermiş, iş üzrə təqdim edilmiş sübutlarla həmin məbləğin yalnız 2280 manat miqdarı təsdiq edilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, yetişdirilmiş məhsulun satışından əldə edilmiş gəliri iddiaçıya verməmiş, iddiaçının hesabına əsassız varlanmışdır. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2280 manat və ödənilmiş 126.40 manat dövlət rüsumunun 30 manat hissəsi alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2280 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi, 2310 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-1042/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1042/2023
20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver