Məhkəmə qərarları › İş №e-2(042)-1053/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1053/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1053/2024 05.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1891.64 manat əsas, 26.96 manat faiz borcu olmaqla ümumilikdə 1918.6 manat kredit borcunun, ödənilmiş 39.19 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2018-ci il tarixli BPM**********52 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 27 %-lə 37 ay müddətinə 2660 manat nağd kredit verilmişdir. X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 794 saylı cavab məktubundan görünür ki, X6 vərəsəsi Cavabdehdur. Bankın “Gədəbəy” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən,X3 Banka ödənilməmiş 1891.64 manat əsas, 26.96 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə verərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi vermiş və etirazını onunla əsaslandırmışdır ki, mərhum atası X6 “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən krediti onun xəbəri olmadan götürmüşdür. Atası xx.xx.2019-cu il tarixdə rəhmətə getmişdir. Atası rəhmətə getdiyi gündən təxminən bir ay sonra atasının sağlığında işlətdiyi mobil telefon nömrəsinə bank əməkdaşı tərəfindən zəng gələrkən atasının kreditinin olmasında xəbəri olmuş, bank əməkdaşına atasının vəsat etdiyini bildirmiş, bank əməkdaşı isə atasının ölüm haqqında şəhadətnaməsini tələb etmiş və ölüm haqqında şəhadətnaməni banka təqdim etmişdir. Həmçinin bank əməkdaşı atası rəhmətə getdiyi üçün kredit borcunun silinəcəyini bildirmişdir. O, bu qeyd edilən kredit borcuna görə cavabdehlik daşımır. Ölmüş şəxsin borcunu kiminsə ödəməsi qanunauyğun deyil. Hesab edir ki, həmin borc silinməlidir. Azərbaycan Beynəlxalq Bankı" ASC onunla yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün heç bir danışıq aparmamış və səy göstərməmişdir. Maddi vəziyyəti çox pisdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli, BPM**********52 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X5 illik 27 %-lə 37 ay müddətinə 2660 manat nağd kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 "xxxx" ASC-yə borcu 891.64 manat əsas, 26.96 manat faiz borcu olmaqla ümumilikdə 1918.6 manat təşkil edir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İşdə olan ünvan 1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, X1 qalmış mirasla bağlı vərəsəlik işi açılmış və Cavabdeh qanun üzrə vərəsəsi olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Azərbaycan Respublikası MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İşin faktiki hallarından məlum olur ki, X7 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı kredit borcunun və faizin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2018-ci il tarixli, BPM**********52 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən X5 illik 27 %-lə 37 ay müddətinə 2660 manat nağd kredit verilmişdir. X7 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X2 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 891.64 manat əsas, 26.96 manat faiz borcu olmaqla ümumilikdə 1918.6 manat boru yaranmışdır. X1 qalmış mirasla bağlı vərəsəlik işi açılmış və Cavabdeh qanun üzrə vərəsəsi olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Qeyd olunana hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, miras qoyan kredit müqaviləsi üzrə borclu X1 miras aktivi ilə yanaşı miras kütləsinə daxil olan miras passivi də miras qalmışdır. Ona görə də, X2 qanun üzrə vərəsəsi kimi hazırki iş üzrə Cavabdeh iddia tələbi üzrə cavab verməli şəxsdir və iddiaçının ona qarşı iddia qaldırmaq üçün subyektik hüququ vardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2018ci il tarixli kredit müqaviləsi üzrə 1891.64 manat əsas borc, 26.96 manat faiz borcu olmaqla, cəmi 1918.60 manat məbləğində borc və 39.19 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 1957.79 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1891.64 manat əsas borc, 26.96 manat faiz borcu olmaqla, cəmi 1918.60 manat məbləğində borc və 39.19 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 1957 (bir min doqquz yüz əlli yeddi) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar