Məhkəmə qərarları › İş №e-2(042)-1077/2025

Gədəbəy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(042)-1077/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1077/2025 17.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 6000 manatın və ödədiyi 80 manatın dövlət rüsumunun Cavabdeh alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, 2024-cü ilin dekabr ayında qızı üçün cehizlik mebel almaq istəmişdir. “TikTok” sosial şəbəkəsində “mebeldunyasiyedek” səhifəsində bir neçə mebeli bəyənmiş və səhifədə olan nömrə ilə əlaqə saxlayaraq, onları almaq istədiyini bildirmişdir. “TikTok” sosial şəbəkəsində “mebeldunyasiyedek” səhifəsində olan ***-***-**-** telefon nömrəsinin sahibi olan cavabdeh ona mebellərin ümumi qiymətinin 7000 manat olduğunu bildirmişdir. Onlar həmən qiymətə razılaşmışlar. O, mebel dəstini almaq üçün cavabdehin ona vatsapda göndərdiyi "xxxx" ASC-nin X2 adına olan 4169 7388 4025 3417 nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə saat 10:29-da 590 manat, həmin gün saat 16:31-də 210 manat, saat 18:40-da isə 700 manat, "xxxx" ASC-nin“ Əliyev Elşənin adına olan 4724 9425 2555 7047 nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə saat 20:03-də 1100 manat, həmin gün saat 20:05-də 400 manat, 08 dekabr 2024-cü il tarixdə saat 19:05-də 500 manat və"xxxx" ASC-ə məxsus 5315 9921 5672 8856 nömrəli kart hesabına 27 noyabr 2024-cü il tarixdə, saat 19:02-də 200 manat, həmin gün saat 19:12-də 2300 manat olmaqla ümumilikdə 6000 manatə telefonda olan mobil tətbiq vasitəsilə qeyd edilən kart hesablarına göndərmişdir. Lakin cavabdeh onun etibarından sui-istifadə edərək, onu aldatmış və ünvanına heç bir mebel göndərməişdir. O, 20 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Polis Şöbəsinə müraciət etmişdir Zərdab Rayon Polis X1 müstəntiqi X4 “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə qərar qəbul etmiş və ona mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.O, cavabdehədən verdiyi pulu və ya mebeli istədikdə, cavabdeh müxtəlif bəhanələr gətirərək, onun pulunu geri qaytarmamışdır. Nəticədə cavabdehin ona 6000 manat borcu yaranmışdır.Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Мəhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılması haqqında ərizəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki,iddiaçı onun anasıdır.O, həyat yoldaşı ilə mebel secmiş və həmin mebelin görə anası cavabehə ayrı-ayrı vaxtlarda 6000 manat ödəmişdir. Lakin cavabdeh mebeli onlara çatdırmamışdır. İşdə olan 09 may 2025-ci il tarixdə çıxarılmış cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçı tərəfindən göndərilmiş pulları Cavabdeh almışdır. İddia ərizəsinə əlavə edilmiş diskdəki səs yazılarından görünür ki, cavabdeh iddiaçıya mebeli tezliklə göndərəcəyi barədə vədlər verir. İşdə olan Qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 80 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini və işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə mebel sifariş vermiş, ona mebelin hazrılanması və çatdırıması üçün müxtəlif vaxtlarda 6000 manat ödəmişdir. Lakin cavabdeh ona tapşırılan işi yerinə yetirməmiş, ona sifarış edilmiş mebeli hazırlamamış və iddiaçıya çatdırmamış, iddiaçının hesabına əsassız varlanmışdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 6000 manat borc və 80 manat məhkəmə xərcinin əvəzi alınaraq, İddiaçı oğluna verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233, 238,358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6000 manat borc və 80 manat məhkəmə xərcinin əvəzi alınaraq, İddiaçı oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar