Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1121/2025 06.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi,İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti
1. İddiaçı Cavabdeh qarçı cavabdehdən dəyəri 60 manat olan 21 ədəd gavalı ağacının, dəyəri 1860 manat olan 5 ədəd gilas ağacının və 5 ədəd akasiya ağacının, həmin torpaq sahəsi üçün 500 metr məsafədən 4500 manat vəsait xərcləməklə çəkilmiş su xəttinin, 300 manat dəyərində su motorunun, 500 metr su borusunun, fəhlələrə verilmiş 2000 manat vəsaitin, torpaq sahəsinin kənarına çəkilmiş dəyəri 650 manat olan 1.5 metr hündürlükdə, 130 metr uzunluqda dəmir torun, dəyəri 3000 manat olan birotaqlı taxta evin qurulması üçün çəkilmiş xərclərin, torpaq sahəsi üçün ödənilmiş 1000 manat pulun, dəyəri 5 manat olan 100 ədəd armaturların, ümumilikdə 11510 manat məbləğində pulun və ödənilmiş 126 manat dövlət rüsumunun cavabdehdən alınaraq, ona verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır.Cavabdeh və onun ailə üzvlərinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.32 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh və digər mülkiyyətçilər həmin torpaq sahəsinin 0.3833 ha hissəsini 1999-cu ildə ona satmışlar. Satılmış torpaq sahəsi satıldığı vaxtdan naturada ona təhvil verilmiş və o, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir.O, torpaq sahəsində hər birinin dəyəri 60 manat olmaqla 31 ədəd meyvə ağacı əkmişdir. Bu ağaclar uzun illərdir bar verir. Həmçinin o, 4500 manat vəsait xərcləməklə torpaq sahəsinə 500 metr məsafədən su çəkdirmiş, 1.5 metr hündürlüyündə 130 metr uzunluqda dəmir tor quraşdırmışdır. Setkanın möhkəmləndirilməsi məqsədilə hər birinin dəyəri 5 manat olan 100 ədəd armatur almışdır. Bundan əlavə, həmin sahədə 3000 manat dəyərində 24 kvm sahəsi olan taxta ev inşa etmişdir.Cavabdeh tezliklə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanacağına dair vəd vermiş və o da bu vədə inanaraq torpağı tərəflər arasında şifahi razılaşma əsasında əldə etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh notarial qaydada alqı-satqı müqaviləsinin bağlanmasından imtina etmiş, nəticədə torpaq sahəsinin hüquqi vəziyyəti qeyri-müəyyən qalmışdır. Hazırda cavabdeh ondan torpaq sahəsini tərk etməyi tələb edir.O, hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulmuşdur. Belə ki, hər birinin dəyəri 60 manat olan 31 ədəd meyvə ağacı (21 ədəd gavalı, 5 ədəd gilas və 5 ədəd akasiya ağacı) əkmişdir. Ümumilikdə vurulmuş ziyan 11510 manat məbləğində qiymətləndirilir. Bu məbləğə ağacların dəyəri olan 1860 manat, su xəttinin çəkilməsi üçün çəkilmiş 4500 manat, 1.5 metr hündürlükdə 130 metr uzunluqda 650 manatlıq metal tor hasar, 500 manat dəyərində 100 ədəd armatur, 3000 manat dəyərində 24 kvm sahəsi olan taxta ev və torpaq sahəsinə görə ödənilmiş 1000 manat daxildir.Cavabdehin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyanın tam həcmdə ödənilməsi barədə qərar çıxarılmasını xahiş edir. .
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat vermiş,iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəm iclasında İddiaçı nümayəndəsi X1 da iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası MPM-nin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
8. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2(042)-53/2024 saylı Qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı iddia tələbləri təmin edilmiş, İddiaçı Cavabdeh məxsus olan, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1.32 ha torpaq sahəsinin zəbt etdiyi 0.3833 ha hissəsindən çıxarılması, Cavabdeh məxsus olan torpaq sahəsində yerləşən, İddiaçı məxsus taxta materialdan olan tikilinin cavabdehin hesabına sökülməsi qət edilişdir. 9.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
10. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. Azərbaycan Respublikası MPM-nin - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
12. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
13. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
14. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə məxsus torpaq sahəsini zəbt etmiş və orada tikili inşa etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-53/2024 saylı Qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı iddia tələbləri təmin edilmiş, İddiaçı Cavabdeh məxsus olan, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1.32 ha torpaq sahəsinin zəbt etdiyi 0.3833 ha hissəsindən çıxarılması, Cavabdeh məxsus olan torpaq sahəsində yerləşən, İddiaçı məxsus taxta materialdan olan tikilinin İddiaçı hesabına sökülməsi qət edilişdir. Yəni, cavabdeh iddiaçıya qarşı hər hansı təqsirli, hüquqazidd əməl törətməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir.
V. Nəticə:
15. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
qət etdi:
İddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən : Fizuli Mirzəquliyev