Məhkəmə qərarları › İş №e-2(042)-144/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-144/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-144/2025 22.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı Cavabdeh 27 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 10619.95 manat əsas borc, 1662.60 manat faiz borcu olmaqla, cəmi, 12282.55 manat borc və 18 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 390.65 manat əsas,80.60 manat faiz, cəmi, 471.25 manat borc və ödənilmiş 128.26 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-ə verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli GTKR3253274B299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 11764 manat kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRCB7170423A299 saylı Kredit müqaviləsinə əsasən illik 25 faiz dərəcəsi ilə 500 manat onun kartına mədaxil edilmişdir.Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək, öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2023-cü il tarixli GTKR3253274B299 saylı kredit müqaviləsinə əsasən 10619,95 manat əsas; 1662,60 manat faiz, cəmi, 12282,55 manat borcu, xx.xx.2022-ci il tarixli BRCB7170423A299 saylı kredit müqaviləsinə əsasən 390,65 manat əsas, 80,60 manat faiz; cəmi 471,25 manat borcu yaranmışdır.Ona görə də iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 259.0.6-cı maddələrinin tələblərinə əsasən işə tərəflərin işştirajkı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan xx.xx.2023-cü il tarixli GTKR3253274B299 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 11764 manat kredit verilmişdir. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehin kart hesabına illik 25 faiz dərəcəsi ilə 500 manat mədaxil edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-ə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10619.95 manat əsas borc, 1662.60 manat faiz borcu olmaqla, cəmi,122882.55 manat borcu xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 390.65 manat əsas, 80.60 manat faiz,cəmi 471.25 manat borcu vardır. İşdə olan Qəbzdən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün 128.26 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli GTKR3253274B299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 11764 manat kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRCB7170423A299 saylı Kredit müqaviləsinə əsasən illik 25 faiz dərəcəsi ilə 500 manat onun kartına mədaxil edilmişdir.Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin İddiaçı ASC-ə 27 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 10619.95 manat əsas borc, 1662.60 manat faiz borcu olmaqla, cəmi, 12282.55 manat borcu və 18 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 390.65 manat əsas,80.60 manat faiz, cəmi, 471.25 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 227; 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 27 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 10619.95 manat əsas borc, 1662.60 manat faiz borcu olmaqla, cəmi, 12282.55 manat və 18 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 390.65 manat əsas,80.60 manat faiz, cəmi, 471.25 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 128.26 manat alınaraq, İddiaçı ASC-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar