Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-155/2025 27.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X12 oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X8 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı X5 vərəsəsi və digər vərəsələr X10 və X11 qanuni nümayəndəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 02 fevral 2021-ci il tarixli Tam Kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4170.77 manat əsas, 0.03 manat faiz borcu olmaqla cəmi, 4170.80 manat, 02 fevral 2021-ci il tarixli Tam Kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 2497.49 manat əsas, 68.73 manat faiz borcu olmaqla, cəmi, 2566.22 manat kart kredit borcu, 11 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3724.44 manat əsas kredit borcu, 01 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə 867.82 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi, 867.83 manat borc, ümumilikdə 11329.29 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 123.99 manat və 0.4 manat xidmət haqqının tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X13 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli BPM**********62 saylı Tam kart çərçivə müqaviləsinə əsasən ona illik 20 faizlə 48 ay müddətinə 10000 manat nağd kredit, xx.xx.2021-ci il tarixli BPM**********62 saylı Tam kart çərçivə müqaviləsinə əsasən illik 24 faizlə 36 ay müddətinə 2500 manat məbləğində kart krediti, xx.xx.2022-ci il tarixli CL- EE********** saylı Kredit müqaviləsinə əsasən illik 19.9 faizlə, 4200 manat məbləğində nağd krediti və xx.xx.2023-cü il tarixli CL-EE********** saylı Kredit müqaviləsinə əsasən illik 19.9 faizlə, 900 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2023-cü il tarixdə X3 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə X13 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********62 saylı Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4170.77 manat əsas, 0.03 manat faiz borcu olmaqla cəmi, 4170.80 manat borc, xx.xx.2021-ci il tarixli BPM**********62 saylı Tam kart çərçivə Müqaviləsinə əsasən kart kredit limiti üzrə 2497.49 manat əsas borc, 68.73 manat faiz borcu olmaqla cəmi, 2566.22 manat kart kredit borc, xx.xx.2022-ci il tarixli, CL-EE********** saylı Kredit müqaviləsi üzrə 3724.44 manat əsas borc kredit borc və xx.xx.2023-cü il tarixli, CL-EE********** saylı Kredit müqaviləsi üzrə 867.82 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi, 11329.29 manat borcu yaranmışdır. X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Gədəbəy Rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 812 saylı cavab məktubu ilə müəyyən edilmişdir ki, mərhum X5 vərəsələri cavabdehlər X10, X19 və X6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə X3nunun vərəsələri X10,X19 və X6 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq,cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələblərini nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X14 məhkəmə iclasında iddia tələbinə qismən etiraz etmiş, izahat verərk bildirmişdir ki, mərhum X13 həqiqətən iddiaçı ilə bağladığı kredit müqavilələri üzrə borclar almıdır. O, 03 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh onun vərəsəsidir. Lakin o, vərəsə kimi yalnız yalnız 960.42 manat miqdarında məcburi dövlət sosial sığorta haqqı almışdır və qəbul etdiyi miras həddi miqdarında da yaranmış borcu ödəməldir. Yəni, mirasqioyanın borcundan iddiaçıya yalnız 960.42 manat qaytarmalıdır. Ona görə də iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan xx.xx.2021-ci il tarixli BPM**********62 saylı Tam Kart müqaviləsinin surtəindən görünür ki, iddiaçı tərəfindən X9 illik 20 faizlə 48 ay müddətinə 10000 manat kredit verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli BPM**********62 saylı Tam Kart müqaviləsinin surtəindən görünür ki, iddiaçı tərəfindən X9 illik 24 faizlə 36 ay müddətinə 2500 manat kart krediti verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli CL-EE********** saylı Kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən X9 illik 19.9 faizlə 4200 manat kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli CL-EE********** saylı Kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən X9 illik 19.9 faizlə 900 manat kredit verilmişdir. İşdə olan Maliyyə Arayışlarının surətlərindən görünür ki, X5 xx.xx.2021-ci il tarixli BPM**********62 saylı Tam Kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4170.77 manat əsas, 0.03 manat faiz borcu olmaqla cəmi, 4170.80 manat borcu, xx.xx.2021-ci il tarixli BPM**********62 saylı Tam Kart çərçivə Müqaviləsinə əsasən kart kredit limiti üzrə 2497.49 manat əsas borc, 68.73 manat faiz borcu olmaqla cəmi, 2566.22 manat kart kredit borcu, xx.xx.2022-ci il tarixli, CL-EE********** saylı Kredit müqaviləsi üzrə 3724.44 manat əsas kredit borcu, xx.xx.2023-cü il tarixli CL-EE********** saylı Kredit müqaviləsi üzrə 867.82 manat əsas və 0.01 manat faiz borcu olmaqla, bütün müqavilələr üzrə,cəmi, 11329.29 manat borcu yaranmışdır. İşdə olan Qəbzdən görünür ki, iddiaçı tərəfindən işə məhkəmədə baxılması üçün 123,99 manat dövlət rüsumu ödənilmiş, 0.4 manat xidmət haqqı ödənilmişdir. İşdə olan X7 surətindən görünür ki, X13 03 sentyabr 2023-cü il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy Rayon Notariat Ofisinin məktubunun surətindən görünür ki, Cavabdeh, nəvələri X10 və X1 Sabir Hüseyn oğlunun vərəsələri kimi ondan miras qalmış 960.42 manatı miras kimi qəbul etmişlər. İşdə olan Ərizələrin surətlərindən görünür ki, X10 və X15 miras paylarının Cavabdeh verilməsinə razı olmuşlar. Аzərbаycаn Rеspublikası МPM-inin 14.2-ci маddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Мəcəllənin 77.1-ci маddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Мəcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hакiм) öz qətnаməsini yаlnız məhkəмə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mirasqoyan X16 iddiaçı ilə kredit müqavilələri bağlamış və borc almışdır. O, 03 sentyabr 2023-cü il tarixdə ölmüş, iddiaçıya kredit müqavilələri üzrə cəmi, 11329.29 manat borcu qalmışdır. Cavabdeh mirasqoyanın arvadı kimi qanun üzrə vərəsəlik üzrə ondan miras qalmış 960.42 manat miqdarında mirası mirasqoyanın nəvələri olan digər vərəsələrlə birlikdə qəbul etmiş, lakin miras qalmış pul vəsaitini digər vərəsələrin də əvəzinə bütünlüklə özü almış, yəni, onun iddiaçı qarşısında miras passivinə daxil olan mirasqoyanın borclarını ödəmək öhdəliyi yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehdən 11329.29 manat borc və 124.39 manat məhkəmə xərclərinin əvəzi alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq вə Аzərbаycаn Rеspubliкаsı MPM-nin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, qət etdi : İddia tələbi təmin edilsin. X2 11329,29 manat borc və məhkəmə xərclərinin əvəzi olan 124.39 manat alınaraq, "xxxx" ASC-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-155/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-155/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver