Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-255/2025 15.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzə mübahisələr) Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdeh X4 qarşı (bundan sonra – cavabdeh) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 475,13 manat əsas, 247,54 manat faiz borcu olmaqla, cəmi 722,67 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 36%-dək olmaq şərtilə 60 ay müddətinə 10000 manatdək kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16-cı maddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç birəlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə X2 vərəsələrinin Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir.
5. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən, xx.xx.2024-cü il tarixli maliyyə arayışı və digər sənədlərdən görünür ki, "xxxx" KB ASC-nin tərəfindən X3 istehlak məqsədləri üçün illik 36%-dək olmaq şərtilə 60 ay müddətinə 10000 manatdək kredit limiti ayrılmışdır. Kredit müqaviləsi üzrə X2 borcu 475,13 əsas, 247,54 manat faiz borcu olmaqla, cəmi 722,67 manat təşkil edir.
6. İşdə olan ünvan 1 ünvanlanmış 22 avqust 2024-cü il tarixli məktub və əlavə edilmiş məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixli, 2V-1873 nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 mərhum X2 vərəsələri olaraq müəyyən edilmiş və ondan qalmış miras əmlak həmin şəxlər tərəfindən qəbul edilmişdir.
7. İş materiallarında olan bildiriş məktubunun surətindən görünür ki, cavabdeh banka olan borc barədə və borc ödənilmədiyi təqdirdə Bank tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmş addımlar barədə məlumatlandırılmışdır.
8. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
10. İşin faktiki hallarından məlum olur ki, X5 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. X5 vəfat etmidir. xx.xx.2022-ci il tarixli, 2V-1873 nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 mərhum X2 vərəsələri olaraq müəyyən edilmiş və ondan qalmış miras əmlak həmin şəxlər tərəfindən qəbul edilmişdir. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 iddiaçının qarşısında kredit müqaviləsi üzrə 475,13 manat əsas, 247,54 manat faiz borcu olmaqla, cəmi 722,67 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır.
11. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC sözügedən kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. - 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
13. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 475,13 manat əsas, 247,54 manat faiz borcu olmaqla, cəmi 722,67 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
IV. Nəticə:
16. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 475,13 manat əsas, 247,54 manat faiz borcu olmaqla, cəmi 722 (yeddi yüz iyirmi iki) manat 67 (altmış yeddi) qəpik və ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul tutularaq “X7” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Sədrlik edən: Zamiq Rəsulov