Məhkəmə qərarları › İş №e-2(042)-266/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-266/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-266/2023 23.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X1 oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəm iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı cavabdehdən xx.xx.2022-ci il tarixli, kredit müqaviləsinə əsasən 5608.02 manat əsas borc, 783.95 manat faiz borcu olmaqla cəmi, 6391.97 manat borc və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 3000 manat əsas borc, 603.99 manat faiz borcu, cəmi 3603.99 manat borcun və ödənilmiş 119.96 manat dövlət rüsumunun alınaraq, iddiaçıya verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətə illik 15 faiz dərəcəsi ilə 6873 manat kartına mədaxil edilmiş və xx.xx.2022-cu il tarixli birkart müqaviləsinə əsasən 59 ay müddətinə 25% faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit xətti açılmışdır. Lakin cavabdeh ödəməli olduğu krediti və və hesablanmış faizləri ödəməkdən yayınmış və beləliklə müqavilələrin şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixli elektron qaydada bağlanmış kredit müqaviləsinə əsasən 5608.02 manat əsas, 783.95 manat faiz borcu, cəmi, 6391.97 manat və xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 3000 manat əsas borc, 603.99 manat faiz borcu, cəmi, 3603.99 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq( pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 260.0.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdehi izahat verərək bildirmişdir ki, O, polis orqanında işləyərkən İddiaçı ASC-dən xx.xx.2022-ci il tarixdə elektron qaydada kredit götürmüş və bundan sonra xx.xx.2022-ci il tarixdə də birkart müqaviləsi bağlayaraq kredit götürmüşdür. O, hazırda heç bir yerdə işləmir və onun azyaşlı övladı var. O, işləmədiyindən ödənişlər edə bilmir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli elektron qaydada bağlanmış kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətə illik 15 faiz dərəcəsi ilə 6873 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cu il tarixli, kredit kartına dair müqavilədən görünür ki, cavabdehə 59 ay müddətə 25 % dərəcəsi ilə 3000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan Maliyyə Arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-ə xx.xx.2022-ci il tarixli elektron qaydada bağlanmış kredit müqaviləsinə əsasən 5608.02 manat əsas borc, 783.95 manat faiz borcu olmaqla, cəmi, 6391.97 manat və xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 3000 manat əsas borc, 603.99 manat fazi borcu,cəmi 3603.99 manat borcu yaranmışdır İşdə оlаn ödəniş tаpşırığındаn görünür ki, İddiaçı ASC işə məhkəmədə baxılması üçün 119.96 mаnаt məbləğində dövlət rüsumu ödəmişdir. Аzərbаycаn Rеspublikası МPM-inin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Мəcəllənin 77.1-ci маddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Мəcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə cavabdehinn izahatını və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, İddiaçı ASC ilə Cavabdeh arаsındа xx.xx.2022-ci il tarixli elektron qaydada bağlanmış kredit müqaviləsinə əsasən ona 24 ay müddətə illik 15 faiz dərəcəsi ilə 6873 manat məbləğində kredit onun kartına mədaxil edilmiş və xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 59 ay müddətinə 25% dərəcəsi ilə 3000 manat məbləğində kredit xətti açılmışdır.Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli, elektron qaydada bağlanmış kredit müqaviləsinə əsasən 5608.02 manat əsas, 783.95 manat faiz olmaqla cəmi, 6391.97 manat borc və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 3000 manat əsas, 603.99 manat faiz, cəmi 3603.99 manat borcun və ödənilmiş 119.96 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı ASC-ə verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspubliкаsı MPMnin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5608.02 manat əsas, 783.95 manat faiz olmaqla cəmi, 6391.97 manat borc və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 3000 manat əsas, 603.99 manat faiz, cəmi 3603.99 manat borc və ödənilmiş 119.96 manat ödənilmiş dövlət rüsumunun əvəzi, alınaraq, İddiaçı ASC-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar