Məhkəmə qərarları › İş №e-2(042)-268/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-268/2025

20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-268/2025 20.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X6 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı övladı xx.xx.2008-ci il doğum tarixli X3 və xx.xx.2012-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-744/2024 saylı qətnaməsi ilə hər bir uşaq üçün müəyyən edilmiş 40 manat,cəmi 120 manat alimentin miqdarının artırılaraq hər ay sabit pulməbləğində hər bir uşaq üçün 246 manat olmaqla, üç uşaq üçün cəmi 738 manat miqdarında müəyyən edilməsinə, 60 manat mediasiya xərcinin əvəzinin, nümayəndəyə çəkdiyi xərcə görə 17.25 manat məbləğində pulun və vəkilə çəkdiyim xərcə görə 320 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2010-cu il doğum tarixli X10, xx.xx.2013-cü il doğum tarixli X12 və xx.xx.2015-ci il doğum tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-744/2024 saylı qətnaməsi ilə hər bir uşaq üçün müəyyən edilmiş 40 manat,cəmi, 120 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 246 manat olmaqla, üç uşaq üçün cəmi 738 manat miqdarında müəyyən edilməsinə, 60 manat mediasiya xərcinin əvəzinin, nümayəndəyə çəkdiyim xərcə görə 17.25 manat məbləğində pulun və vəkilə çəkdiyi xərcə görə 320 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə 2009-cu ildə nikah bağlamadan ailə qurmuş, nikahlarını Gədəbəy Rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə bağlamişlar. Nikah münasibətlərindən xx.xx.2010-cu il tarixdə X11,xx.xx.2013-cü il tarixdə X12 və xx.xx.2015-ci il tarixdə X9 doğulmuşlar. Cavabdehlə əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarında baş verən narazılığa görə ayrılmişlar. Uşaqlar hazırda iddiaçının himayəsindədirlər. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 40 manat olmaqla, üç uşaq üçün hər ay sabit pul məbləğində cəmi, 120 manat aliment müəyyən edilmişdir. Tərəflər aralarında razılığa gəlmişlər ki, cavabdeh uşaqlara əlavə maddi yardım göstərəcəkdir. Bu səbəbdən alimentin miqdarının hər uşaq üçün 40 manat olaraq təyin edilməsinə razı olmuşdur. Lakin cavabdeh sözünə əməl etməmiş, uşaqlara əlavə maddi yardım etməmişdir. Hazırda iddiaçı həmin məbləğlə uşaqları saxlamaqda çətinlik çəkir. O, heç yerdə işləmir və maddi vəziyyəti pisdir. Ona görə də alimentin miqdarının artırılmasını istəyir. Cavabdeh Rusiyada ticarətlə məşğul olur, maddi vəziyyəti yaxşıdır.Cavabdehin hər uşaq üçün 246 manat aliment ödəməyə kifayət imkanı vardır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X13 iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə 2009-cu ildə nikah bağlamadan ailə qurmuş, nikahlarını Gədəbəy Rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə bağlamişlar. Nikah münasibətlərindən xx.xx.2010-cu il tarixdə X11,xx.xx.2013-cü il tarixdə X12 və xx.xx.2015-ci il tarixdə X9 doğulmuşlar. Tərəflər hazırda ayrılmışlar. Uşaqlar hazırda iddiaçının himayəsindədirlər. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 40 manat olmaqla, üç uşaq üçün hər ay sabit pul məbləğində cəmi, 120 manat aliment müəyyən edilmişdir. Həmin qətnamə çıxarılarkən iddiaçı onu cavabdehi aldadaraq, sosial yardım almaq məqsədi ilə nikahlarının pozdurduğunu bildirmiş, lakin sonda başqa bir şəxslə ailə quraraq, getmişdir. İddiaçı epilepisiya və pisalyas xəstəsidir. Onda ikinci qrup əlillik var. Əlilliyə görə 220 manat müavinət alır. Bundan baqşa, ayağında ikinci dərəcəli qırıq vardir. O, heç bir yeridə işləyə bilmir. Cavabdeh hətta xx.xx.2024-cü il tarixli qətnamə ilə müəyyən edilmiş alimenti belə ödəmək imkanları yoxdur. O, alimenti qohumlarının köməyi ilə ödəyir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-744/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2010-cu il doğum tarixli X5, xx.xx.2013-cü il doğum tarixli X7 və xx.xx.2015-ci il doğum tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir üşaq üçün 40 manat olmaqla, üç uşaq üçün, cəmi,120 manat məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan X2 surətlərindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə, X12 xx.xx.2023cü il tarixdə və X9 xx.xx.2015-ci il tarixdə doğulmuşlar. İşdə olan Çıxarışdan görünür ki, Cavabdeh ümumi xəstəlik 2-ci qrup əlillik var. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 30 mediasiya rüsumu ödəmiş, 17.25 manat etibarnamə, 320 manat isə vəkillə hüquqi yardım göstərilməsi ilə əlaqədar haqq ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2009-cu ildə nikah bağlamadan ailə qurmuş, nikahlarını Gədəbəy Rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə bağlamişlar. Nikah münasibətlərindən xx.xx.2010-cu il tarixdə X11,xx.xx.2013-cü il tarixdə X12 və xx.xx.2015-ci il tarixdə X9 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-744/2022 saylı qətnaməsi ilə tərəflər arasında olmuş nikah pozulmuş, azyaşlı uşaqlar iddiaçının himayəsinə verilmiş, xx.xx.2010-cu il tarixdə doğulmuş X11,xx.xx.2013-cü il tarixdə doğulmuş X12 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər üşaq üçün 40 manat olmaqla, üç uşaq üçün,cəmi, 120 manat mqidarında alimentin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə azyaşlı uşağın saxlanılması xərclərinin artması ilə əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsini, o cümlədən, cavabdehdə 2-ci qrup əlilliyin olmasını və onun qazancları barədə iddiaçı tərəfdən sübutların təqdim edilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X10, X12 və X4 yetkinlik yaşınna çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.15 misli qədər alimentin Cavabdeh alınaraq, İddiaçı verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat mediasiya xərci çəkmiş, 17.25 manat etibarnamə xərci və 320 manat vəkil xərci çəkmişdir. Məhkəmə alimentin artırılması ilə əlaqədar iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ədalətliliyin təmin edilməsi məqsədilə məhkəmə xərcləri cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2010-cu il tarixdə doğulmuş X11,xx.xx.2013-cü il tarixdə doğulmuş X12 və xx.xx.2015-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılamları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.15 misli qədər aliment Cavabdeh alınaraq, İddiaçı verilsin. Ödənilmiş 30 manat mediasiya xərcinin əvəzi, 17.25 manat etibarnamə xərci və 320 manat vəkil xərci Cavabdeh alınaraq, İddiaçı verilsin, 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar