Məhkəmə qərarları › İş №e-2(042)-296/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-296/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-296/2025 16.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçının Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı Cavabdeh ona olan 8000 manat məbləğində borcunun, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin və vəkilə çəkdiyi xərcə görə 630 manat məbləğində pulun, cəmi 8730 manatın alınıb ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, İddiaçı Cavabdeh ilə Gədəbəy rayon sakini olaraq tanışlığı olmuşdur. İddiaçı 20 dekabr 2021-ci il tarixdə Cavabdeh bir il müdətinə qaytarmaq şərtilə 8000 manat borc vermiş, bu barədə Gədəbəy rayon notariat ofisində aralarında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh borcu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh borcundan bu günədək 12000 manat qaytarmışdır. Sonuncu dəfə 2024-cü ilin mart ayının 27-də cavabdeh borcundan ödəniş etmişdir. Hazırda cavabdehin həmin müqavilə üzrə 8000 manat borcu qalmışdır. Bundan sonra iddiaçı dəfələrlə cavabdehdən borcunu tələb etmiş, lakin cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Cavabdeh iddiaçıya razılşadırılmaq şərtilə borcdan 15000 manat ödədiyini bildirsə də, o, iddiaçıya cəmi 12000 manat ödəmişdir. Əgər borc məhkəmədə iddia qaldırılmamaışdan əvvəl, yəni vaxtında ödənilərdisə, iddiaçı qalan borcdan 3000 manat cavabdehə güzəşt edəcəyini bildirmişdir. Bu şərtə əsaslanaraq, cavabdeh həmin 3000 manatı da qaytarılmış hesab edir. Halbuki, cavabdeh deyilən müddətdə borcu ödəməmişdir. Hazırda cavabdehin iddiaçıya qalan borcu 8000 manatdır. Ona görə də, iddia tələbinin təmin edilməsini, eləcə də məhkəmə xərclərinin cavabdehdən alınıb ididaçıya verilməsini xahiş edir. Cavabdeh məhkəməyə ərizə göndərərək iddiaçıdan 1 il müddətinə qaytarmaq şərtilə 20000 manat borc pul aldığını, həmin pulun 8000 manatını bir il müddətində qaytardığını, iddiaçı ilə razılaşdırmaq şərtilə 2023-cü ildə 3000 manat, 2024-cü ildə isə 4000 manat qaytardığını, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək, bildirmişdir ki, cavabdeh onun oğludur. Cavabdeh iddiaçıdan bir il müddətinə qaytarmaq şərtilə 20000 manat borc pul almış, həmin borcdan 15000 manatını qaytarmış, qalan 5000 manatı isə qaytaracaqdır. Cavabdehin iddiaçıya qaytardığı 15000 manatdan 3000 manatı o, iddiaçı ilə razılığa əsasən borcun 2025-ci ilin yayına qədər tam ödəniləcəyi şərtilə iddiaçı tərəfindən silinməli idi. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan xx.xx.2021-ci il tarixli 3M-1030 reyestr nömrəli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Əliyev X1 Zülfəli Mahir oğluna xx.xx.2022-ci il tarixədək 20000 manat borc vermiş, Cavabdeh borcu həmin müddətə qaytaracağını öhdəsinə götürmşüdür. İşdə olan sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəmiş, hüquqi yardım üçün vəkil xidmətlərinin haqqı olaraq, 630 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı 20 dekabr 2021-ci il tarixdə cavabdehə 20000 maat məbləğində borc vermiş, cavabdeh borcu bir il müddətinə, yəni 11 yanvar 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin müddət bitməsinə baxmayaraq, cavabdeh borcu tam şəkildə qaytarmamışdır. Belə ki, cavabdeh iddiaçıya 12000 manat qaytarmış, onun 8000 manat borcu qalmışdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 8000 manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əssən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu, nümayəndə və vəkil üçün çəkilmiş xərclər cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və АzərbаycаnRеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddiа tələbi təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat alınaraq, İddiaçı verilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və hüquqi yardım üçün vəkil xidmətlərinin haqqı olaraq ödənilmiş 630 manat alınaraq, Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar