Məhkəmə qərarları › İş №e-2(042)-350/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-350/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-350/2024 24.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X2 oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC Cavabdeh qarşı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 14 noyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi, 544.94 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-ə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş ümumi çəkisi 10.90 qram olan 583 əyarlı 3 ədəd üzüyə yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, əldə olunan məbləğin kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun Cavabdeh alınaraq Ləğv prosesində olan İddiaçı ASC-ə ödənilməsi tələbləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələblərini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış10 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 26% ödəmək şərtilə 360 manat məbləğinde kredit verilmişdir.Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh arasında 10 fevral 2020-ci il tarixli Girov müqaviləsi bağlanılmış və 10 fevral 2020-ci il tarixli qiymətləndirmə və təhvil-təslim aktına əsasən cavabdehə məxsus ümumi çəkisi 10.90 qram olan 583 əyarlı 3 ədəd üzük banka girov qoyulmuşdur. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o bu öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh oğlunun xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 14 noyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi, 544.94 manat borcu vardır. Ona görə də, iddia tələblərinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Ləğv Prosesində olan İddiaçı ASC tərəfindən verilmiş borc cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC-ə cəmi, 544.94 manat borcu vardır. İşdə olan 10 fevral 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit verilmişdir. İşdə olan 10 fevral 2020-ci il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh məxsus olan ümumi çəkisi 10.90 qram olan 583 əyarlı 3 ədəd üzüyü banka girov qoyumuşdur. Tərəflərin qarşılıqlı razılığına əsasən girov predmeti olan üzük 567 manat dəyərində qiymətləndirilmişdir. İşdə olan Təhvil-təslim aktından görünür ki, Cavabdeh ümumi çəkisi 10.90 qram çəkidə olan 583 əyarlı 3 ədəd üzüyü banka girov qoymasını öz imzası ilə təsdiq etmişdir. Аzərbаycаn Rеspublikası МPM-inin 14.2-ci маddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Мəcəllənin 77.1-ci маddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Мəcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hакiм) öz qətnаməsini yаlnız məhkəмə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə olan sənədləri sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşdə olan Ödəniş Qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 360 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh arasında 10 fevral 2020-ci il tarixli Girov müqaviləsi bağlanılmış və 10 fevral 2020-ci il tarixli qiymətləndirmə və təhvil-təslim aktına əsasən cavabdehə məxsus ümumi çəkisi 10.90 qram olan 583 əyarlı 3 ədəd üzük banka girov qoyulmuşdur. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də tələbləri təmin edilməli, Cavabdeh 544.94 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq Ləğv Prosesində olan İddiaçı ASC-ə ödənilməli, Cavabdeh məxsus olan çəkisi 10.90 qram olan 583 əyarlı 3 üzükdən ibarət qızıl əşyası açıq hərracdan satılmalı və satışdan əldə edilmiş məbləğ iddiaçının borc tələbinin ödənilməsinə yönəldilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq вə Аzərbаycаn Rеspubliкаsı MPM-nin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, qət etdi : İddia tələbləri təmin edilsin. Cavabdeh cəmi 544.94 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-ə ödənilsin. Tutma Cavabdeh məxsus olan ümumi çəkisi 10.90 olan 583 əyarlı 3 ədəd üzükdən ibarət qızıl əşyalara yönəlsin. Ümumi çəkisi 10.90 olan 583 əyarlı 3 ədəd üzükdən ibarət qızıl əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunmuş məbləğ 544.94 manat məbləğində borcun ödənilməsinə yönəldilsin.Əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədityi halda, qalıq məbləğ Cavabdeh alınaraq, Ləğv Prosesində olan İddiaçı ASC-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar