Məhkəmə qərarları › İş №e-2(042)-364/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-364/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-364/2023 24.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X1 oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəm iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 6939.22 manat, həmin vəsaitin ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 89.39 manat dövlət rüsumunun alınaraq, iddiaçıya verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Cavabdeh plastik kart vermişdir. Cavabdeh İddiaçı ASC-ə məxsus plastik kart istifadəçisidir. Cavabdeh ona məxsus kart hesabına keçirilmiş ona aid olmayan bank vəsaitini bir neçə dəfə əməliyyatlar aparmaqla istifadə etmişdir. Cavabdeh kart hesabından onlayn ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından digər hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh İddiaçı ASC-nin hesabına 6939.22 manat miqdarında əsassız varlanmışdır. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 260.0.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada bildiriş göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ASC-nin hesabına 6939.22 manat miqdarında əsassız varlanmışdır. İşdə оlаn ödəniş tаpşırığındаn görünür ki, İddiaçı ASC işə məhkəmədə baxılması üçün 89.39 mаnаt məbləğində dövlət rüsumu ödəmişdir. Аzərbаycаn Rеspublikası МPM-inin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Мəcəllənin 77.1-ci маddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Мəcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1 və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması, o cümlədən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-cimaddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh heç bir hüquqi əsas olmadan İddiaçı ASC-nin hesabına əsassız olaraq, əmlak əldə etmiş, varlanmışdır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdeh Elvin Ellaz oğlundan İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 6939.22 manat, həmin vəsaitin ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlər və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 89.39 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı ASC-ə verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspubliкаsı MPMnin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 6939.22 manat, həmin vəsaitin ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlər və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 89.39 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı ASC-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar