Məhkəmə qərarları › İş №e-2(042)-389/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №e-2(042)-389/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № e-2(042)-389/2025 26.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Quliyeva Nübar Yusif qızının katibliyi ilə, İddiaçı BOKT MMC-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında, məhkəmə müəyyən etdi: İddiaçı BOKT MMC-nümayəndəsi Nümayəndə ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, Cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Lakin, kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina hallarında ərizə verilərək iddia ərizəsinin geri qaytarılması MPM-də nəzərdə tutulmayıb. Ona görə də Məhkəmə hesab edir ki, analoji prosessual münasibəti tənzimləyən MPM-in 259.0.11-ci maddəsində ifadə olunmuş norma hazırkı münasibətə də tətbiq edilməli, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı BOKT MMC-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı BOKT MMC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar