Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-434/2024 08.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Qədimalı oğluna qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən eti: İddiaçı Cavabdeh qarşı Cavabdeh 6714.95 manat, 492.73 manat 7 faiz icra ödənişi və ödənilmiş 93 manat dövlət rüsumunun, cəmi, 7301 manat məbləğində pul vəsaitinin ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılması, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı 2015-ci ilin dekabr ayında iş yoldaşı Cavabdeh pul lazım olduğu üçün ikisi birlikdə bankdan 5350 manat məbləğində kredit almış, iş yoldaşları X5 borcun ödənilməsi üçün üzərinə zaminlik məsuliyyəti götürmüşdür. Cavabdeh krediti ödəmədiyi üçün borc zamin X2 əməkhaqqısından tutulmuşdur. Bundan sonra X1 yaranmış borcun ödənilməsi üçün məhkəməyə vermiş və Pirallahı Rayon Məhkəməsinin 2(094)-85/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ondan və cavabdehdən müştərək qaydada 7039 manatın alınaraq, X4 verilməsi qət edilmişdir. İcra zamanı icra məmuru tərəfindən borc onun əməkhaqqısına yönəldirlmiş, ondan 7309 manat tutularaq, X4 ödənilmişdir. Bundan başqa, onun əməkhaqqısından 492,73 manat icra haqqı da tutulmuşdur. O, dəfələrlə cavabdehdən pulunu tələb etmiş, lakin o, müxtəlif bəhanələrlə borcu ödəməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. İşdə olan Pirallahı Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(094)-85/2019 saylı qətnamədən görünür ki, İddiaçı və Cavabdeh müştərək qaydada ümumillikdə, 7039 manatın tutularaq, X4 ödənilməsi qət edilmişdir. İşdə olan Arayışdan görünür ki, İddiaçı əməkhaqqısından tələbkar X3 xeyrinə 6714.95 manat borc və 492.73 manat icra haqqı tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2; 14.2.1;14.2.6. və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı məhkəməyə müraciət edən zaman 93 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh pul lazım olduğu üçün iddiaçı cavabdehin xahişi ilə onunla birlikdə bankdan 5350 manat məbləğində kredit almış, iş yoldaşları X5 borcun ödənilməsi üçün üzərinə zaminlik məsuliyyəti götürmüşdür. Cavabdeh krediti öhdəliklərini yerinə yetirmədiyi üçün müqavilə üzrə borc zamin X2 əməkhaqqısından tutulmuşdur. Bundan sonra X1 yaranmış borcun ödənilməsi üçün məhkəməyə müraciət etmiş, Pirallahı Rayon Məhkəməsinin 2(094)-85/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ondan və cavabdehdən müştərək qaydada 7039 manatın alınaraq, X4 verilməsi qət edilmişdir. İcra zamanı icra məmuru tərəfindən borc onun əməkhaqqısına yönəldilmiş, ondan 7309 manat tutularaq, X4 ödənilmişdir. Bundan başqa, onun əməkhaqqısından 492,73 manat icra haqqı da tutulmuşdur. İddiaçı cavabdehdən borcunun ödənilməsini tələb etsə də, cavabdeh əsassız varlandığı pul məbləğini qaytarmamışdır. Ona görə də iddiaçının işə məhkəmədə baxılması üçün rüsum ödəmədəyi nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7207.68 manat alınaraq,İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7207.68 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-434/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-434/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver