Məhkəmə qərarları › İş №e-2(042)-48/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-48/2022

18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-48/2022 18.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı "xxxx" X4 nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi X3 iştirakları ilə iddiaçı "xxxx" X4 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X8 Cavabdeh qarşı cavabdehdən 6092 manat miqdarında vurulmuş maddi ziyanın əvəzinin alınaraq, "xxxx" X5 verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" X8 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaltmış, Cavabdeh 4198.31 manat miqdarında vurulmuş maddi ziyanın əvəzinin alınaraq, verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" X4 nümayəndəsi X6 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Cavabdeh 17.12.2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospektində etibarnamə əsasında idarə etdiyi “Vaz 21213”, minik markalı,2l-BF-538 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı Şəhər İşığı" X5 məxsus olan 1 ədəd “Palermo” tipli işıq dirəyini vuraraq, müəssisəyə 6092 manat dəyərində maddi ziyan yetirmişdir. Vurulmuş maddi zərərin 1893 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir. Qalan borcun ödənilməsi ilə əlaqədar dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh vurulmuş maddi ziyanı ödəməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddia tələbini qismən etiraf etmiş, keçirilmiş ekspertizanın rəyinə əsasən qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan İnzibati xəta Haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Rəydən görünür ki, 1 ədəd 2014-cü il istehsallı “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 6695 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (9%) qalıq qiyməti 6092.50 manat müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2. və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması ilə əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 17.12.2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospektində etibarnamə əsasında idarə etdiyi “Vaz 21213”, minik markalı,2l-BF-538 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, Bakı Şəhər İşığı" X5 məxsus olan bir ədəd “Palermo” tipli işıq dirəyini vuraraq müəssisəyə 6092 manat dəyərində maddi ziyan yetirmişdir. Vurulmuş maddi zərərin 1893 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir. İş üzrə ekspertiza təyin edilmiş, verilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, 1 ədəd 2014-cü il istehsallı “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 6695 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (9%) qalıq qiyməti 6092.50 manat müəyyən edilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4198.31 manat miqdarında vurulmuş maddi ziyanın əvəzi alınaraq, "xxxx" X5 verilməlidir. İş materiallarından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi üçün xərclər olmuşdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; ` 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Yəni, ödənilmiş dövlət rüsumu və qızılların qiymətləndirilməsi üçün xərc, cavabdehdən alınaraq, iddiaçıya verilməli, keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4198.31 manat miqdarında vurulmuş maddi ziyanın əvəzi alınaraq, "xxxx" X5 verilsin Cavabdeh 50 manat ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (A MEM, VÖEN ********** AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu - 3) keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar