Məhkəmə qərarları › İş №e-2(042)-514/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-514/2025

12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-514/2025 12.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil X8 və Cavabdeh iştirakları ilə İddiaçı cavabdehlər X9 və Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X9 və Cavabdeh mübahisə prednmeti olan torpaq sahəsində bar verən 54 ədəd meyvə ağacı-36 ədəd müxtəlif növ ərik ağacı, 6 ədəd şaftalı ağacı, 4 ədəd gilas ağacı, 4 ədəd alma və 4 ədəd armud ağacının, hər ağacın dəyəri 80 manat olmaqla cəmi, 4320 manat,14 ildə orta hesabla hər il 1300 manat olmaqla əldə edəcəyi 18 000 manat dəyərində əldən çıxmış faydanın, 3000 manat dəyərində 120 metr uzunluqda, 1 metr 60 sm hündürlükdə mübahisəli torpaq sahəsinin ətrafına çəkmiş olduğu dəmir toru, hər birinin dəyəri 20 manat olmaqla 60 ədəd beton dirəyin dəyəri olan 1200 manat pulun, 1000 manat vəkil xidmət haqqının, 169 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 27520 manatın cavabdehlərdən müştərək qaydada alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Şəmkir rayonu, Sarıtəpə kəndində mərhum anası X1 məxsus torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini satışa çıxarmışdır. 2006-cı ildə tanışı Akif Cəfərov torpaq sahəsini qohumuna almaq istədiyini bildirmişdir. Onlar cavabdehlərlə 2006-cı ildə 8500 ABŞ dollarına torpaq sahəsinin alğı-satqısı barədə razılaşmışlar.Həmin torpaq sahəsində bar verən meyvə ağacları var idi. O, lazımi sənədləri və torpaq sahəsini cavabdehlərə naturada təhvil vermişdir.Həmin vaxtdan cavabdehlər torpaq sahəsində fərdi yaşayış evi tikdirmək üçün tikinti materiallarını torpaq sahəsinə tökdürmüş, torpaq sahəsində bar verən meyvə ağaclarını kəsib götürmüşlər.Uzun müddət keçdikdən sonra cavabdehlər ona bildirmişlər ki, həmin torpaq sahəsini geri qaytarmaq istəyirlər. O, cavabdehlərə onların pulunu qaytarıacağını bildirmiş, lakin onlardan vvurduqları ziyanı qaytarmalarını tələb etmişdir. Torpaq sahəsində 54 ədəd bar verən müxtəlif meyvə ağacları, yəni, 36 ədəd müxtəlif növ ərik ağacı, 6 ədəd şaftalı ağacı, 4 ədəd gilas ağacı, 4 ədəd alma və 4 ədəd armud ağacı olmuşdur. Hər ağacın dəyəri 80 manat olmaqla cəmi, 4320 manat dəyərində ağaclar olmuşdur. Həmin ağaclardan 14 ildə orta hesabla hər il 1300 manat olmaqla, cəmi, 18 000 manat miqdarında gəlir əldə edə bilərdi. Bundan başqa, torpaq sahəsuinin ətrafına 3000 manat dəyərində metal tor çəkdirmişdir, dəyəri 1200 manat olan 60 ədəd beton dirək basdırmışdır. Cavabdehlər ağacları, metal toru və dirəkləri məhv etmişlər. Cavabdehlər onun ziyanın əvəzini ödəmək tələbi ilə razılaşmamış, Şəmkir Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmışdır. Onların iddia tələbi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Ona görə də o, cavabdehlərə qarşı ziyan tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərə satdığı torpaq sahəsi mərhum anası və qardaşına məxsus olmuşdur. Məhkəmə İclasında İddiaçı nümayəndəsi Nümayəndə eyniməzumlu izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki,oğlu X9 yaşayış evi tikmək məqsədilə iddiaçi İddiaçı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında iddiaçının anası X2 və X3 ümümi birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsini almışdır. Həmin torpaq sahəsinin İddiaçı tərəfindən satılmsına dair 30 mart 2011-ci il tarixdə akt tərtib edilmiş və onlar iddiaçıya 8500 ABŞ dolları ödəmişlər. Lakin torpaq sahəsi iddiaçının anası və X4 məxsus olduğu üçün alğı-satqını sənədləşdirmək mümkün olmamışdır. Onlar dəfələrlə iddiaçıdan torpaq sahəsi ilə əlaqədar alğı-satqının sənədləşdirməsini tələb etmiş, lakin iddiaçı bunu etməmiş və onlar iddiaçıdan ona torpaq sahəsi üçün verdikləri pulu geri tələb etmişlər. Lakin iddiaçı pulu verməkdən imtina etmişdir və onlar məhkəməyə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə onların iddia tələbi təmin edilmişdir. Həmin torpaq sahəsinin ətrafına çəkilmiş olduğu dəmir tor hasar iddiaçının özündədir. Onlar torpaq sahəsində olan ağacları da məhv etməmişlər. Əgər iddiaçı lazımı qaydada sənədləşdirməklə alğı-satqı müqaviləsi bağlayarsa, torpaq sahəsini hazırda da almağa razıdırlar. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirlimiş X5 izahat vererək bildirmişdir ki,iddiaçı onun qaradşıdır. Qardaşı həmin Torpaq sahəsini cavabdehə satmışdır.Lakin bir müddət keçdikdən sonra həmin torpaq sahəsini cavabdeh qardaşına geri qayatarmış və həmin torpaq sahəsində olan meyvə ağaclarını cavabdeh kəsmişdir. Həmçinin torpaq sahəsinə cavabdeh tikini materialları tökmüşdür. Torpaq sahəsi anası və X4 məxsus olmuşdur. Onların anası 2008-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid kimi dindirlmiş X7 eyniməzmunli ifadə vermişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 2(076)-1868/2024 saylı qətnaməsindən görünür ki, Şəmkir rayonu, Sarıtəpə kəndində X2 və X4 0,12 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəlləniin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məcəllənin 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin məhkəmə müdafiə hüququ var. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da nümayiş etdirilmiş və qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədlərini müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Xarici cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olmayan torpaq sahəsini cavabdehlərə satmış, bununla əlaqədar alğı-satqı müqaviləsinin qanunda nəzərdə tutulmuş qaydada tərtib edilməsi və bağlanılması mümkün olmamışdır. Torpaq sahəsi iddiaçıya məxsus olmadığı üçün həmin torpaq sahəsi ilə əlaqədar vurulması ehtimal edilən zərərin əvəzini tələb etməyə də onun subyektiv hüququ yoxdur. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, torpaq sahəsinə zərər vurulmuşsa da belə, bu zərər cavabdehlərin deyil, iddiaçının başqa şəxslərə məxsus hüquqları mənimsəməklə hüquqi nəticə doğurmayan etibarsız müqavilə bağlaması nəticəsində vurulmuşdur və buna görə cavabdehlər məsuliyyət daşımırlar. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar