Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-594/2024 08.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndələri X15, Nümayəndə və Cavabdeh iştirakları ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X22 və Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X22 və Cavabdeh qarşı 30 iyul 2016-cı il tarixdə vəfat etmiş X5 adına ilkin qeydiyyatdan keçmiş Gədəbəy şəhəri, X21, 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrində,yəni, çörəkbişirmə sexində və mağazada lisenziyası olan memar tərəfindən yerində layihə sənədlərinin hazırlanmasına şərait yaradılması və cavabdehlər X22 və X7 tərəfindən həmin işlərin aparılmasına maneələr törədilməsinin onlara qadağan edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxışı iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, iddaçılar 30 iyul 2016-cı il tarixdə vəfat etmiş nənələri X5 vərəsələridirlər. Vərəsə kimi tanınma haqqında Gədəbəy Rayon Notariat Ofisinin 31 iyul 2019-cu il tarixli 327 saylı məktubuna əsasən mərhum nənələri X5 adına ilkin qeydiyyatdan keçmiş Gədəbəy şəhəri, X21, 2 ünvanında 5 yaşayış otağından ibarət fərdi yaşayış evi, çörəkbişirmə sexi, “Azərcell” Telekom kimi fəaliyyət göstərən qeyriyaşayış sahəsi və boş torpaq sahəsi var. Vərəsələrin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün həmin əmlaka mərhum nənələri X5 adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar verilməlidir. İlkin qeydiyyatdan keçmiş miras əmlakların çörək sexi və mağazanın qeydə alınması üçün yeni qaydalarla lisanziyası olan memar tərəfindən layihə sənədləri hazırlanmalıdır. Bunun üçün əmlaklara dair yerində ölçü işləri aparılmalıdır. Lakin, cavabdehlər X22 və X7 memar tərəfindən layihə işlərinin aparılmasına maneələr törədirlər. Cavabdehlərin yaratdıqları maneələrə görə onlar həmin əmlaklardan onlara çatası paylardan məhrum olmuş, onların mülkiyyət hüququ pozulmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi X15 eyniməzmunlu izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, X3 hər hansı bir miras qalmamışdır. Ona adına verilmiş sərəncam ləğv edilmişdir. Əmlak hazırda onun və digər vərəsənin mülkiyyətindədir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan qeyddən çıxarışdan görünür ki, X10 30 iyul 2016-cı il tarixdə ölmüşdür. İşdə olan X9 surətindən görünür ki, X1 Faiq Cəmil oğlunun anası olmuşdur. İşdə olan X13 surətindən görünür ki, X23 26 iyul 2010-cu il tarixdə ölmüşdür. İşdə olan X6 surətlərindən görünür ki, X17 və X2 Faiq Cəmil oğlu və X11 övladlarıdır. İşdə olan Gədəbəy Rayon XDS Rəyasət Heyətinin 30 mart 1994-cü il tarixli 49 saylı iclas protokolunun qərarının surətindən görünür ki, “Qoşqar” kiçik müəssisəsinə mağaza tikmək üçün X8 məxsus həyətyanı torpaq sahəsinin 60 kvm hissəsi ayrılmışdır. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 1996-cı il tarixli 284 saylı Sərəncamının surətindən görünür ki, Gədəbəy şəhəri, M.Rəsulzadə küçəsi, 3 saylı evin sakini X8 çörək sexi və mağaza tikintisi üçün özünə məxsus torpaq sahəsinin cənubqərb tərəfindən 320 kvm yer ayrılmışdır. İşdə olan Texniki Pasportun surətindən görünür ki, X8 məxsus 320 kvm torpaq sahəsi üzərində sahəsi 234, 4 kvm olan çörək sexi və mağaza inşa edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(102)-6152/2022 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinir Mülki kollegiyasının 25 may 2022-ci il tarixli 2(104)-151/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(042)-291/2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarmaqla iddianın qismən təmin edilməsi cavabdehlər X22 və Cavabdeh 30 iyul 2016-ci il tarixdə vəfat etmiş X8 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli 03 nömrəli qərarı əsasında verilmiş 699,27 ha həyətyanı torpaq sahəsində, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 1996-cı il tarixli 284 saylı sərəncamı ilə ünvan 3 ünvanında X8 çörək sexi və mağaza tikintisnə icazə verilmiş 320 kvm torpaq sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquq Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçü işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehlər X22 və Cavabdeh 30 iyul 2016-ci il tarixdə vəfat etmiş X8 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli 03 nömrəli qərarı əsasında verilmiş 699,27 ha həyətyanı torpaq sahəsində, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 1996-cı il tarixli 284 saylı sərəncamı ilə ünvan 3 ünvanında X8 çörək sexi və mağaza tikintisnə icazə verilmiş 320 kvm torpaq sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquq Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçü işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilmişdir. Lakin hazırda qanunda edilmiş dəyişikliklərə əsasən qeyri-yaşayış obyektlərinin qeydiyyata alınması üçün ölçmə işləri deyil, lisenziyası olan memar tərəfindən layihə sənədləri hazırlanmalıdır. Ona görə də iddiaçıların vərəsəlik hüquqlarının təmin edilməsi üçün iddia tələbi təmin edilməlidir. İddia ərizəsi təmin edildiyindən iddiaçılar tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat miqdarında dövıət rüsumu cavabdehlərdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. X22 və Cavabdeh tərəfindən 30 iyul 2016-cı il tarixdə vəfat etmiş X5 adına ilkin qeydiyyatdan keçmiş Gədəbəy şəhəri, X21, 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrində,yəni, çörəkbişirmə sexi və mağazada lisenziyası olan memar tərəfindən yerində layihə sənədlərinin hazırlanmasına şərait yaradılsın, X22 və X4 həmin işlərin aparılmasına maneələr törədilməsi qadağan edilsin. X22 və Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat alınaraq, İddiaçı2 və İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-594/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-594/2024
08.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver