Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-771/2025 16.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X1 oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə İddiaçı MM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı MM QBKT Cavabdeh qarşı Cavabdeh 895.96 manat əsas, 23.77 manat faiz, borcu olmaqla, cəmi, 919.73 manat borc və ödənilmiş 34.63 manat dövlət rüsumunun tutularaq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0026 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 526.37 manat, eyni tarixli, **********0013 saylı Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 895.96 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir.**********0026 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.45 AZN, dörd il müddətində isə hər ay 11.19 AZN olmaqla və **********0013 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.77 AZN, dörd il müddətində isə hər ay 19.05 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Ona görə iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı MM QBKT-nın nümayəndəsi məhkəməyə teleqram göndərərək, iştirakı olmadan mülki işə baxılaraq, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məluamat verməmişlər Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019-cü il tarixli kredit müqaviləsinə əsasən 895.96 manat məbləğində kredit verilmişdir. İşdə olan Maliyyə Arayışından görünür ki, Cavabdeh İddiaçı MM QBKT-ə 895.96 manat əsas, 23.77 manat faiz, borcu olmaqla, cəmi, 919.73 manat borcu var. İşdə olan Qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 34.63 manat dövlət rüsumu ödəmişdir. Аzərbаycаn Rеspublikası МPM-inin 14.2-ci маddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Мəcəllənin 77.1-ci маddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Мəcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hакiм) öz qətnаməsini yаlnız məhkəмə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 895.96 manat məbləğində kredit verilmişdir Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə İddiaçı MM QBKT-ə 895.96 manat əsas, 23.77 manat faiz, borcu olmaqla, cəmi, 919.73 manat borcu yaranmışdır.Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 895.96 manat əsas, 23.77 manat faiz borcu və ödənilmiş 34.63 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı MM QBKT-ə verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq вə Аzərbаycаn Rеspubliкаsı MPM-nin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh müştərək qaydada 895.96 manat əsas, 23.77 manat faiz borcu və ödənilmiş 34.63 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı MM QBKT-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-771/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-771/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver