Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № e-2(042)-905/2022 19.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə baxış iclası 24 oktyabr 2022-ci il tarixə, saat 10:30a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Ona görə də, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(042)- 905/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə İddiaçı ASC məhkəmə qərardadından şikayət vermiş, Gədəbəy rayon Məhkəmsinin xx.xx.2022-ci il tarixli, e-2(042)-905/2022 saylı qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(042)-905/2022 saylı qərardadına əsasən, İddiaçı ASC-nin şikayəti təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(042)-905/2022 saylı qərardadı ləğv edilmiş və mülki işin məhkəmə baxış iclası 19 dekabr 2021-ci il tarixə, saat 17:30-a məhkəmə binasına təyin edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəyə əsasən, məhkəmə iclasının onların iştirakları olmadan keçirilərək qətnamə çıxarılmasını xahiş etsələr də, sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 259.0 və 259.0.6-cı maddələrinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Tərəflərə izah edilməlidir ki, MPM-in 260.5-ci maddəsinin tələbinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barədə öz qərardadını ləğv edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0, 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsinin tələbin görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barədə öz qərardadını ləğv edir. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(042)-905/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №e-2(042)-905/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver