Məhkəmə qərarları › İş №e-2(042)-932/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-932/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-932/2023 24.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X1 oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, idddiaçı İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəm iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 18 sentyabr 2010-cu il tarixli 0061/PB/19 saylı kredit müqaviləsinə əsasən 4318.42 manat əsas, 142.31 manat hesablanmış faiz borcu, 4417.74 manat dəbbə pulu olmaqla, cəmi, 8878.47 manat kredit borcu və 108.80 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı BOKT ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 18 sentyabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlanılmış və cavabdehə 5 il müddətinə illik 01 faiz dərəcəsi ilə 4330 manat kredit verilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərə əsasən borcu müəyyən olunmuş qaydada və müddətdə qaytarmalı olduğu halda, götürdüyü öhdəliyi lazımınca icra etməmiş, onun iddiaçıya əsasən 4318.42 manat əsas, 142.31 manat hesablanmış faiz borcu, 4417.74 manat dəbbə pulu olmaqla, cəmi, 8878.47 manat kredit borcu yaranmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli 0061/PB/19 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 5 il müddətinə, illik 01 faiz ödəmək şərtilə 4330 manat kredit verilmişdir. İşdə olan Sənədlərdən görünür ki, 18 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 4330 manat kredit verilmişdir. İşdə olan Maliyyə Arayışından görünür ki, Cavabdeh Cümçüd oğlunun 4318.42 manat əsas, 142.31 manat faiz, 4417.74 manat dəbbə, cəmi, 8878.47 manat kredit borcu yaranmışdır. İşdə оlаn Qəbzin surətindən görünür кi, İddiaçı BOKT ASC işə məhkəmədə baxılması üçün 108.8 mаnаt məbləğində dövlət rüsumu ödəmişdir. Азərbаycаn Rеspublikası MPM-inin 14.2-ci mаddəsinə əsаsən məhкəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı вə оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhкəmə (hакim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir кi, iddiа tələbi qismən təmin еdilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, İddiaçı BOKT ASC ilə Cavabdeh Cümçüd oğlu arаsındа 18 sentyabr 2019-də bаğlаnmış кrеdit müqаviləsi üzrə cavabdehə 4330 manat kredit verilmiş, cavabdeh öhdəliklərini lazımınca yеrinə yеtirməmiş, onun iddiaçı qarşısında 4318.42 manat əsas, 142.31 manat faiz, 4417.74 manat dəbbə, cəmi, 8878.47 manat kredit borcu yaranmışdır. Məhkəmə dəbbə pulunun tənasübsüz yüksək olduğu nəticəsinə gəlir və hesab edir ki, dəbbə pulu azaladılmalı və 440 manat miqdarında müəyyən edilməlidir. Ona görə də iddia tələbi qismən təmin edilməli, cavabdehdən 4318.42 manat əsas, 142.31 manat faiz, 440 manat dəbbə, cəmi, 4900.73 manat və 108.8 manat məhkəmə xərcləri alınaraq, İddiaçı BOKT ASC-ə verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq вə Аzərbаycаn Rеspubliкаsı MPM-nin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4318.42 manat əsas, 142.31 manat faiz, 440 manat dəbbə, cəmi, 4900.73 manat və 108.8 manat məhkəmə xərcləri əvəzi alınaraq, İddiaçı BOKT ASC-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar