Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-946/2022 01.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldıraraq, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, New Klassika çarpayı, dolab, termo, tumba, Matras üçün 2424.4 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Lenovo komputer üçün 1934 manat ödənilməmiş hissə, 316 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********02363 olan X6 9S markalı telefon, Hoco TWS qulaqlıq üçün 230.3 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********96629 olan iPhone 8 plus markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 56.6 manat dəbbə pulu, 5.xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01204 olan X6 8 markalı telefon üçün 18.7 manat ödənilməmiş hissə, ümumilikdə 5607 manat borc, 76.07 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, New Klassika çarpayı, dolab, termo, tumba, Matras, Lenovo komputer, İMEİ kodu **********02363 olan X6 9S markalı telefon, Hoco TWS qulaqlıq, İMEİ kodu **********96629 olan iPhone 8 plus, İMEİ kodu **********01204 olan X6 8 markalı telefonlar almış və nəticədə 5607 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2644.8 manat (24 ay x 110.2 manat + 0 manat ilkin ödəniş) New Klassika çarpayı, dolab, termo, tumba, Matras üçün ümumilikdə, 2787.4 manat olmaqla ondan, 2424.4 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2550.8 manat (24 ay x 96.7 manat + 230 manat ilkin ödəniş) Lenovo komputer üçün ümumilikdə 2250 manat olmaqla ondan, 1934 manat ödənilməmiş hissə, 316 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 manat (12 ay x 50 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********02363 olan X6 9S markalı telefon, Hoco TWS qulaqlıqüçün ümumilikdə 305.3 manat olmaqla ondan, 230.3 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1045 manat (15 ay x 63 manat + 100 manat ilkin ödəniş) İMEİ kodu **********96629 olan iPhone 8 plus markalı telefon üçün ümumilikdə 245.6 manat olmaqla ondan, 189 manat ödənilməmiş hissə, 56.6 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 581 manat (20 ay x 27.1 manat + 39 manat ilkin ödəniş) İMEİ kodu **********01204 olan X6 8 markalı telefon üçün ümumilikdə 18.7 manat olmaqla ondan, 18.7 manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2625.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən ərizəyə əlavə olunan tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Maps arayışından görünür ki, Cavabdeh Gədəbəy rayonu, Samanlıq kəndi qeydiyyatdadır. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, İsgəndərov X1 üçün hər ay 96.7 manat olmaqla 24 aya 2550.8 manat (24 ay x 96.7 manat +230 manat ilkin ödəniş) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh İMEİ kodu **********02363 olan X6 9S markalı telefon üçün hər ay 50 manat olmaqla 12 aya 600 manat (12 ay x 50 manat +0 manat ilkin ödəniş) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli müqavilədən və həmin müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh İMEİ kodu **********96629 olan iPhone 8 plus telefon üçün hər ay 63 manat olmaqla 15 aya 1045 manat (15 ay x 63 manat +100 manat ilkin ödəniş) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli müqavilədən və həmin müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh İMEİ kodu **********01204 olan X6 8 markalı telefon üçün hər ay 27.1 manat olmaqla 20 aya 581 manat (20 ay x 27.1 manat +39 manat ilkin ödəniş) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh New Klassika çarpayı, dolab, termo, tumba, Matras üçün hər ay 110.2 manat olmaqla 24 aya 2644.8 manat (24 ay x 110.2 manat +0 manat ilkin ödəniş) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 23 avqust 2022-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2019cu il tarixli müqavilələr üzrə ümumilikdə 5607 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə iclasında iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən, New Klassika çarpayı, dolab, termo, tumba, Matras, Lenovo komputer, İMEİ kodu **********02363 olan X6 9S markalı telefon, Hoco TWS qulaqlıq, İMEİ kodu **********96629 olan iPhone 8 plus, İMEİ kodu **********01204 olan X6 8 markalı telefon almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 5607 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2644.8 manat (24 ay x 110.2 manat + 0 manat ilkin ödəniş) New Klassika çarpayı, dolab, termo, tumba, Matras üçün ümumilikdə, 2787.4 manat olmaqla ondan, 2424.4 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2550.8 manat (24 ay x 96.7 manat + 230 manat ilkin ödəniş) Lenovo komputer üçün ümumilikdə 2250 manat olmaqla ondan, 1934 manat ödənilməmiş hissə, 316 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 manat (12 ay x 50 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********02363 olan X6 9S markalı telefon, Hoco TWS qulaqlıqüçün ümumilikdə 305.3 manat olmaqla ondan, 230.3 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1045 manat (15 ay x 63 manat + 100 manat ilkin ödəniş) İMEİ kodu **********96629 olan iPhone 8 plus markalı telefon üçün ümumilikdə 245.6 manat olmaqla ondan, 189 manat ödənilməmiş hissə, 56.6 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 581 manat (20 ay x 27.1 manat + 39 manat ilkin ödəniş) İMEİ kodu **********01204 olan X6 8 markalı telefon üçün ümumilikdə 18.7 manat olmaqla ondan, 18.7 manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu borcu yaranmışdır. cavabdehin cəmi ödədiyi məbləğ 2625.2 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, borc verən borc öhdəliyinin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş formada zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində borcluya zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə New Klassika çarpayı, dolab, termo, tumba, Matras üçün 2424.4 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Lenovo komputer üçün 1934 manat ödənilməmiş hissə, 316 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********02363 olan X6 9S markalı telefon, Hoco TWS qulaqlıq üçün 230.3 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********96629 olan iPhone 8 plus markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 56.6 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********01204 olan X6 8 markalı telefon üçün 18.7 manat ödənilməmiş hissə, ümumilikdə 5607 manat borc və 76.07 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5683.06 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə New Klassika çarpayı, dolab, termo, tumba, Matras üçün 2424.4 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Lenovo komputer üçün 1934 manat ödənilməmiş hissə, 316 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********02363 olan X6 9S markalı telefon, Hoco TWS qulaqlıq üçün 230.3 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********96629 olan iPhone 8 plus markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 56.6 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********01204 olan X6 8 markalı telefon üçün 18.7 manat ödənilməmiş hissə, ümumilikdə 5607 manat borc və 76.07 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5683 (beş min altı yüz səksən üç) 06 (altı) qəpik məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(042)-946/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-946/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver