Məhkəmə qərarları › İş №e-2(042)-948/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-948/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-948/2024 25.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, 5500 manat məbləğində pulun və məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, Cavabdeh İddiaçı məxsus obyektdə işləmişdir. Cavabdeh İddiaçı 5500 manat borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixdə imza etdiyi qəbzə əsasən, İddiaçı 5500 manat borcunun olduğunu və 6 ay müddətinə qaytaracağını bildirmişdir. Cavabdeh qəbzdə olan imzanın ona məxsus olmadığını bildirsə də, bunu qəti olaraq təkzib etmir və qeyri-müəyyən izahat verir. İzahatında 8500 manat borcunun olması barədə qəbzə imza etməsini bildirir. Cavabdehin izahatı ilə həmin qəbzdə olan imzanın ona məxsus olmasını, iddiaçıya borcunun olmasını təsdiq edir. Cavabdeh borcunu qaytardığını bildirsə də, bunu sübuta yetirməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, İddiaçı özünə məxsus obyekti aralarında bağlanmış müqaviləyə əsasən 15 yanvar 2023-cü il tarixdən onlara icarəyə vermişdir. Onlar həmin obyekti işlətmişdir. İddiaçı ilə aralarında 5500 manat pul haqq-hesabı olmuş və o həmin pul məbləğini Mehman adlı şəxsə qaytarmışdır. Əlavə olaraq isə 23000 manat pul vermişdir. Onlar müqavilədə icra haqqı kimi 300 manat qeyd etsə də, hər ay icarə haqqı kimi iddiaçıya 2000 manat pul vermişdir. İcarə müqaviləsi X1 adı ilə bağlanmışdır. Lakin iddiaçı ilə pul haqq-hesabı onun arasında olmuşdur. İddiaçı özü Rusiya Federasiyasında yaşadığından onun bütün işlərini Mehman adlı şəxs görür. O, borcunun olması barədə qəbzə imza etsə də, onun imza etdiyi qəbzdə borclu olduğu məbləğ 5500 manat yox, 8500 manat olmuşdur. O, həmin borcu ödəmişdir. O, işdə olan qəbzin onun tərəfindən imza edilib-edilməməsini xatırlamır və onun imzası olubolmamasını bilmir. O, 2024-cü ilin aprel ayınadək iddiaçının obyektində işləmişdir. Qəbzi isə həmin vaxtdan 7-8 ay əvvəl, təxminən 2023-cü ilin oktyabr-noyabr ayında imzalamışdır. O, qəbzi imza edərkən sərxoş vəziyyətdə olmuş, özündə olmamışdır. O, borcunu ödəmişdir. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları tədqiq edib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sadə yazılı formada tərtib edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, həmin qəbzdə Cavabdeh İddiaçı 5500 manat borcunun olduğunu və 6 ay müddətinə borcunu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı cavabdehdən tələb etdiyi 5500 manat pulu cavabdehə borc olaraq verdiyini və cavabdehin həmin borcu qaytarmadığını sübut etməlidir. İddiaçı Cavabdeh ona 5500 manat borcu olduğunu və cavabdehin həmin borcu qaytarmadığını məhkəmə iclasında tam sübuta yetirə bildi. Belə ki, iddiaçı iddia tələbinin əsaslılığını sübut etmək üçün məhkəməyə cavabdeh tərəfindən yazılmış, borcun mövcudluğunu təsdiq edən sadə yazılı qəbz təqdim etmişdir. Bu da onu göstərir ki, iddiaçı, həqiqətən, cavabdehə 5500 manat borc pul vermişdir. Cavabdeh isə həmin borcu iddiaçıya qaytarmamışdır. Həmçinin Cavabdeh məhkəmə iclasında verdiyi izahatında İddiaçı 5500 manat borcunun olması təsdiqini tapır. Belə ki, cavabdeh məhkəmə iclasında iş materialında olan yazılı qəbzdə olan imzanın əvvəlcə ona məxsus olmadığını bildirsə də, sonradan onun tərəfindən iddiaçıya borcunun olması barədə qəbz yazıldığını, iş materialında olan qəbzin onun tərəfindən yazılıb-imza edilməsini xatırlamadığını, onun tərəfindən yazılmış qəbzdə 8500 manat borcunun olması qeyd edildiyini bildirmişdir. Göründüyü kimi cavabdeh qəbzdə olan imzanın ona məxsus olmamasını heç cür əsaslandıra bilməmiş və tamamilə təkzib etməmişdir. Həmçinin iddiaçıya olan borcunu ödədiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında verdiyi qeyri-müəyyən izahat iddiaçıya olan borcunun ödənilməsindən yayınmaq niyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində borcluya zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5500 məbləğində pul alınıb İddiaçı verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5500 manat məbləğində pul və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 5600 (beş min altı yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar